Skip to content
19/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 29
  • “3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı – Hind mediası nələr yazır…

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı – Hind mediası nələr yazır…

admin 29/05/2025
3-qardaş
“Türkiyə, Pakistan, Azərbaycan. Bu ölkələr Zəngəzur dəhlizindən çox narahatdır. Zəngəzur dəhlizi bir neçə ölkəyə təsir edə biləcək strateji regiondur. Ekspertlər bildirirlər ki, Hindistan burada Ermənistanı dəstəkləməklə Türkiyə, Azərbaycan və Pakistanın işini çətinləşdirə bilər”.
Hindistanın nüfuzlu media orqanlarından olan “İndia.com” saytı belə yazır. Gördüyünüz kimi, Türkiyə və Pakistan liderlərinin Azərbaycana səfəri Hindistan tərəfindən xüsusi maraqla izlənilir.
Sayt yazır: “Pakistanın Baş naziri Şahbaz Şərif çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və Hindistana qarşı Pakistanı dəstəklədiyinə görə ona təşəkkür edib. Bu görüş Azərbaycanın paytaxtı Bakıda (əslində Laçında) baş tutub. Şərifin səfəri əsasən minnətdarlığını bildirmək məqsədi daşıyırdı, çünki Hindistanın “Sindur əməliyyatı” adlı anti-terror kampaniyası zamanı Türkiyə və Çin Pakistanın yanında yer aldıqdan dərhal sonra Azərbaycan da Pakistana açıq dəstək vermişdi”.
Məqalənin bu hissəsinə Azərbaycanın müvafiq orqanları diqqət yetirməlidir: “Bu arada isə Hindistanda mühüm, lakin daha az diqqət çəkən bir hadisə baş verdi. Keçən həftə Ermənistan Təhlükəsizlik Şurasının katibi sakitcə Dehlidə olub və Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşüb. Onların danışıqlarında “Sindur əməliyyatı” ilə bağlı müzakirələr olub, lakin səfər zamanı başqa bir əsas narahatlıq var idi, o, Zəngəzur dəhlizi idi”.
Məqalədə birmənalı şəkildə deyilir ki, Pakistan və Türkiyə Ermənistanla münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyir, Hindistan isə həmişə Ermənistanın yanındadır.
Hindistan və Pakistan arasında gərginlik dövründə İran (Səudiyyə Ərəbistanından sonra) sülhməramlı rolunda çıxış etməyə çalışıb. İranın xarici işlər naziri “Sindur əməliyyatı” zamanı Dehlidə də olub.
Məqalədə deyilir: “Analitiklər hesab edirlər ki, Hindistan, İran və Ermənistan üçün daha sıx əməkdaşlıq etmək zamanıdır.
Hindistan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanı qəti şəkildə dəstəkləsə, Azərbaycanın qurudan Avropaya çıxışını əngəlləyə və Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyinə böyük zərbə vura bilər”.
Məqalədə qeyd olunur ki, Zəngəzur dəhlizindəki avtomobil və dəmir yolu Ermənistanın Sünik/Zəngəzur vilayətindən keçməlidir. Bu, Ermənistanı İranla birləşdirən yeganə quru yolu kəsəcək. Deməli, dəhlizin tikintisinin böyük strateji nəticələri olacaq.
Əgər dəhlizin çəkilişi baş tutsa, bu marşrut həm də Azərbaycan və Türkiyəyə bir-birinə birbaşa qurudan çıxış imkanı verəcək – hal-hazırda bu ölkələrin belə bir imkanı yoxdur. Ona görə də Türkiyə bu layihəni tam dəstəkləyir.
Sirr deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, türk və islam bölgələrini qurudan yenidən birləşdirməyi xəyal edir və bu dəhliz onun baxışlarına tam uyğun gəlir. Bir çox ekspert hesab edir ki, cənab Ərdoğan Zəngəzur dəhlizini Türkiyənin Asiyadakı təsirini bərpa etmək məqsədinin bir hissəsi kimi görür…
Məqalənin müəllifi Analiza Pathak axırda yazır ki, Zəngəzur dəhlizi təkcə Ermənistanla Azərbaycan arasında lokal məsələ deyil. Bu dəhliz regional güc balanslarını dəyişmək gücündədir:
1) Ermənistanın cənub bölgəsinə nəzarətini zəiflədə bilər.
2) Ermənistanın əsas müttəfiqlərindən biri olan İrana girişinin qarşısını kəsə bilər.
3) Türkiyə-Azərbaycan müttəfiqliyini və onların regiondakı daha geniş planlarını gücləndirəcək.
Bir sözlə, Zəngəzur dəhlizi təkcə nəqliyyatla bağlı deyil, dünyanın çox həssas yerində geosiyasi nəzarət, təsir və gələcək ittifaqları formalaşdıra bilər…
Elbəyi Həsənli, Sürix
PAYLAŞIN:

Continue Reading

Previous: Elbrus Paşayev iki yüz minlik “Lexus”u hansı məqsədlərlə alır
Next: Həftəsonu 45 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

OXŞAR MÖVZULAR

vuf3

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə…

admin 19/05/2026
kerki-nax

Ermənistan Kərkini qaytarır: İran buna görə təşvişə düşdü…

admin 18/05/2026
ferhad-polit1

Fərhad Məmmədov: Ermənistan cəmiyyəti revanşistlərə səs versə, bu, regional geosisayətə təsir edəcək

admin 14/05/2026

XƏBƏR LENTİ

  • WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə… 19/05/2026
  • İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 19/05/2026
  • Rusiya ilə Qərbin növbəti “döyüş meydanı” – Ermənistanda 4 mümkün ssenari, Paşinyanı nə gözləyir? 19/05/2026
  • Quru sərhədlər açıldı: İlk ünvan Tiflis… 19/05/2026
  • DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır 19/05/2026
  • Azərbaycan müxtəlif ekoloji problemlərlə üzləşib – Umayra Tağıyeva 19/05/2026
  • Azad edilmiş ərazilərin bərpasına 14 milyard dollar sərf olunub 19/05/2026
  • WUF13 fonunda dəyişən region: Azərbaycan yeni geosiyasi mərhələyə necə hazırlaşır? 19/05/2026
  • “O buna görə sonda peşman ola bilər” – Si Cin Pin Trampa Putin haqqında nə deyib? 19/05/2026
  • Putin Ermənistana ordu göndərir? – Müəmmalı qərar 19/05/2026
  • Azərbaycan və Gürcüstanın arasında imzalanan sənədlər açıqlanıb 19/05/2026
  • Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir 19/05/2026
  • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ 19/05/2026
  • Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 19/05/2026
  • “Al Mayadeen”: İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib 19/05/2026
  • Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın… 19/05/2026
  • Ukrayna müharibəsi Rusiya ordusuna şok yaşadır – VİDEO 18/05/2026
  • Qurbanlıq heyvan bazarında “gizli faktorlar”…. – Qiyməti kim idarə edir? 18/05/2026
  • Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb 18/05/2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.