Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 2
  • Qızıl girov qoyarkən nələrə diqqət etməli? – Aldanmamaq üçün HÜQUQİ TÖVSİYƏLƏR

Qızıl girov qoyarkən nələrə diqqət etməli? – Aldanmamaq üçün HÜQUQİ TÖVSİYƏLƏR

admin 02/06/2025
qızıl-sep

 

Son vaxtlar bazarda qızılın sürətlə bahalaşdığını müşahidə edirik. Bu bahalaşma fonunda qızıl girovları ilə bağlı vəziyyət ürəkaçan deyil. İnsanlar qızılın girov kimi bazar qiymətindən çox az qiymətləndirildiyini iddia edirlər. Faizlər yüksək, qiymətləndirmə az olduqda isə əsasən vətəndaşlar əziyyət çəkirlər. Məlumat üçün bildirək ki, hazırda bazarda qızılın bir qramının qiyməti əyarına uyğun olaraq, 107-128 manat arasında dəyişir.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Lombardlar qızılın qramını neçəyə dəyərləndirir?

Maraqlıdır, lombardlar qızılı hazırda girov kimi neçəyə dəyərləndirir?

Əgər sizin lombarda girov qoymaq istədiyiniz qızıl 583 əyardırsa, qramı 85 manata, 750 əyardırsa, 95 manata götürülür. Yəni, siz lombarda 583 əyarlı 30 qram qızıl girov göstərirsinizsə, sizin qızılınız 2850 manat dəyərləndirilir, o qızılı bazarda satmaq istəsəniz, 3210 manata sata bilirsiniz. Daha önəmli məqam isə odur ki, girov qoyulduqdan sonra qızılın qiyməti nə qədər artsa da, bu, sizin girov kimi təqdim etdiyinizə təsir etmir, qiymət dəyişmir.

Bank olmayan kredit təşkilatları da hazırda bazarda qızılı eyni məbləğlə qiymətləndirirlər. Üstəlik, onlar minimum 17 qram qızıl götürür, 1500 manat pul ayırır. Siz bu borcu illik 17 faizlə qaytarırsınız.

Banklar da vətəndaşlara girov qarşılığında kredit təklif edirlər. Maksimum 50 min manata qədər 36 aylıq kredit verirlər. Bankaların illik faiz dərəcəsi 21 faizdən başlayır.

“Likvid qiymətə” realizə olunur

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, lombardlar qızılın qramını bazar dəyərindən təxminən 10-15% aşağı qiymətlə dəyərləndirirlər: “Lombardların tətbiq etdiyi qiymətləndirmə metodu fərqlidir. Bu fərqin səbəbi riskin idarə olunmasıdır. Belə ki, əgər vətəndaş ödənişlərini vaxtında etməzsə, xüsusilə iki ay ərzində borc bağlanmazsa, həmin qızıl lombard tərəfindən satışa çıxarılır və “likvid qiymətə” realizə olunur. Yəni, qızılın sürətlə satıla biləcəyi qiymət əsas götürülür”.

3500 dollara qədər yüksələ bilər

Mütəxəssis bildirir ki, buna qarşılıq olaraq, banklar qızılı bazar dəyərinə yaxın qiymətlə qiymətləndirirlər və daha şəffaf sistem tətbiq edirlər: “Hazırda bazarda 999 əyarlı saf qızılın bir qramının qiyməti təxminən 177 manat, yəni təqribən 104 ABŞ dollarıdır. Bu göstərici beynəlxalq qızıl bazarlarında formalaşan qiymətə əsaslanır və gündəlik dəyişə bilər. Müxtəlif əyarlı qızılların qiymətləri isə həm yerli, həm də xarici bazarlarda fərqlənir. Məsələn: 583 əyarlı qızıl yerli bazarda bir qram üçün təxminən 100 manat, xarici bazarda isə 107 manat, yəni təxminən 63 ABŞ dolları dəyərindədir. 750 əyarlı qızıl isə yerli bazarda 125-128 manat, xarici bazarda 82-83 dollar səviyyəsində qiymətləndirilir. Qızılın qiyməti son aylarda kəskin şəkildə artmaqda davam edir. Ötən ilin mart ayında bir qram qızılın qiyməti 68-72 manat civarında idisə, altı ay sonra bu rəqəm 80-85 manata qədər yüksəlib. Hazırda bir unsiya (təxminən 31,1 qram) qızılın dünya bazar qiyməti 3250 ABŞ dollarına çatıb. Bu rəqəm yaxın aylarda 3500 dollara qədər yüksələ bilər”.

Zinyət əşyaları girov qoyulduqda…

V.Orucun sözlərinə görə, qızıl girov kimi qoyularkən zinət əşyası kimi yox, saf qızıl kimi qiymətləndirilir: “Çünki likvidlik – yəni, tez bir zamanda satıla bilmə qabiliyyəti – əsas faktorlardan biridir. Girov saxlayan qurumlar üçün qızılın əl işi və ya zinət əşyası olub-olmaması vacib deyil, əsas olan onun tərkibindəki saf qızılın miqdarıdır. Bu səbəbdən də, zinət əşyaları girov qoyulduqda onların estetik və sənətkarlıq dəyəri nəzərə alınmır, yalnız tərkibindəki qızılın çəkisinə və əyarına əsasən qiymət verilir. Bu da vətəndaşların gözlədiklərindən daha aşağı məbləğdə girov dəyəri ilə qarşılaşmalarına səbəb olur”.

Hüquq nə deyir?

Lombardlarla bağlı problemlər yaşayan, kifayət qədər borcları yaranan insanlar var. Kimisi iki min manat kredit götürüb, 45 min manat ödədiyini deyir, kimisi girov kimi qoyduğu qızılların ona qaytarılmadığını, kimisi oğurlandığını bildirir. Bəs hüquqi baxımdan vətəndaş qızılı girov qoyarkən nələrə diqqət etməlidir?

Hüquqşünas Anar Abdullayev deyir ki, qızılı yalnız Mərkəzi Bank və ya Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən rəsmi lisenziya verilmiş bank, bank olmayan kredit təşkilatına və ya lombardlara girov qoymaq tövsiyə olunur: “Əsas məqamlardan biri odur ki, həmin qızılın çəkisi və keyfiyyəti (karatı) düzgün qiymətləndirilməlidir. Bunun üçün müstəqil qiymətləndiricinin iştirakı və müvafiq cihazların istifadə olunması zəruridir. Girov qoyulan zaman tərəflər arasında mütləq yazılı müqavilə imzalanmalı və həmin müqavilə detallı olmalıdır. Müqavilədə girovun dəyəri, müddəti, faiz dərəcəsi, gecikmə halları və geri qaytarma şərtləri dəqiq yazılmalıdır. Girov qoyulan əşyaya dair sənəd vətəndaşda saxlanmalıdır”.

Girov qoyulması zamanı vətəndaşların hüquqlarının qorunması məsələsinə gəldikdə, həmsöhbətimiz bildirir ki, Mülki Məcəlləyə əsasən, girov müqaviləsi tərəflər arasında hüquq və öhdəlikləri müəyyən edir: “Əgər girov bank və ya maliyyə qurumuna qoyulursa, istehlakçı hüquqlarını qoruyan qanunlar tətbiq olunur (məsələn, devalvasiya riski, faizin yuxarı həddini keçməmək və s.). Qeyd edilən prosedurlar üzrə tərəflərin hər hansı bir hüquqları pozulursa, onlar aidiyyəti məhkəməyə müraciət edə bilər. Eyni zamanda girov müqaviləsində üçüncü tərəf zamin qismində çıxış edirsə, onun da məlumatlandırılması zəruridir. Ölkədə fəaliyyət göstərən lisenziyalı qurumlarda bu proses daha şəffafdır. Lombardlarda isə şəffaflıq səviyyəsi fərqli ola bilir. Bəzi lombardlar qeyri-rəsmi fəaliyyət göstərə və ya müştəriləri aldatmaq riskləri daşıya bilirlər”.

PAYLAŞIN:

Continue Reading

Previous: Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar
Next: Zelenski tarixi əməliyyatın detallarını açıqladı – “Ukrayna tərəfindən planlaşdırılıb və icra olunub”

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.