Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 2
  • Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

admin 02/06/2025
menzil-h

 

Bakı şəhərində öz mənzilinə sahib olmaq bir çox gəncin əsas hədəflərindən biridir. Lakin artan qiymətlər, şərtlər bu arzunu reallığa çevirməyi çətinləşdirir. Son vaxtlar əmlak qiymətlərinin fantastik şəkildə artması ya ev almaq istəyənləri bu arzudan uzaqlaşdırır, ya da daha ağıllı və strateji qərarlar verməyə vadar edir. Maraqlıdır, bir gənc mənzil şəraitini yaxşılaşdırmaq istəyirsə, hansı variantlardan istifadə edə bilər?

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Şəhərin güvənilən tikinti şirkətlərindən biri daxili kreditlə üç illik kreditlər təklif edir. Lakin evlərin iki-üç il ərzində hazır olacağını bildirirlər. Üçotaqlı mənzil üçün 48 853 manat ilkin ödəniş verməli, 36 ay ərzində 3 166 manat ödəməlisiniz. Mənzilin nağd dəyəri isə 162 843 manat təşkil edir. Şirkətlərin uzunmüddətli ipoteka şərtləri də mövcuddur. Mənzillərin bir kvadratmetri 1 900-2 000 manatdan başlayır. Təbii ki, yerləşmə yerinə görə qiymətlər dəyişir. Şəhərin mərkəzinə doğru gəldikdə, ilkin ödəniş 60-70 minə qədər artır. Digər tikinti şirkəti isə 20-30 faiz ilkin ödənişlə kvadratmetri 1 900-2 290 manatdan başlayan qiymətlərlə mənzil təqdim edir. Tikinti şirkətlərinin daxili kreditlərinin orta hesabla illik faizi 10 faizdir. İlkin ödəniş 10-30 faiz arasında dəyişir. Müqavilə birbaşa tikinti şirkəti ilə imzalanır. Müddəti maksimum 20 ildir.

MİDA, ipoteka kreditləri, bank üsulu…

Həmçinin ev almaq istəyən gənc ailələr üçün digər üsullar da mövcuddur. Bunlardan ən sərfəlisi Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil layihəsidir. Əsas üstünlükləri ondan ibarətdir ki, evlərin qiymətləri bazar qiymətindən aşağıdır və illik dörd faizlə 30 ilədək güzəştli ipoteka krediti imkanı verir. Mənzillər tam təmirli təqdim edilir.

İkinci üsul dövlət ipoteka kreditləridir. Güzəştli ipoteka illik dörd faizlə 30 ilədək müddətdə, adi ipoteka isə illik 6-8 faizlə 25 il müddətinə qədər verilir. İlkin ödəniş kimi seçdiyiniz mənzilin qiymətinin ən azı 10 faizini ödəməlisiniz.

Növbəti üsul kommersiya banklarının ipoteka kreditləridir. Dövlət ipotekası ilə müqayisədə bankların faiz dərəcələri yüksəkdir. İllik 10-15 faiz arasında dəyişir və 25 il müddətinə verilir.

İlkin ödənişi sərfəli olan variant

Mənzil sahibi olmaq istəyənlər üçün növbəti layihə İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzil layihəsidir. Bu layihə Bakı, Abşeron, Sumqayıt, Masazırda təqdim olunub. “Dərnəgül” metrostansiyası yaxınlığında yerləşən sonuncu layihədə birotaqlı evlərin aylıq qiymətləri 954, ikiotaqlı evlərin qiyməti isə 1 300 manatdan başlayır. Bu mənzillərdə kirayə müddəti bitdikdən sonra mənzil mülkiyyətə keçirilir. Bu layihəni digərlərindən fərqləndirən mühüm cəhət ilkin ödənişinin az olmasıdır. İlkin ödəniş aylıq qiymətlərin 12 mislidir.

“Hazırda ev alanlar uduzmaz”

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, daşınmaz əmlak qiymətlərində bahalaşma müşahidə olunub: “Növbəti illərdə də qiymət artan templə davam edəcək. Bu il qiymət artımına söküntü işlərinin aparılması, ipoteka kreditlərinin verilməsi təsir etdi. Amma bu qiymətlərlə də hazırda ev alan şəxslər uduzmaz”.

Mütəxəssis deyir ki, hazırda qiymətlər infrastrukturun inkişaf etdiyi yerlərdə yüksəkdir.

“Yeni tikililər bazar qiymətindən xeyli yüksəkdir”

Mənzil axtarışında olanlar düşünürlər ki, köhnə tikililərdən mənzil almaq daha sərfəlidir. Mütəxəssis bildirir ki, hazırda yeni tikililərin alıcısı daha çoxdur: “Yeni tikili daha müasir olduğu üçün onun alıcısı çoxdur. Köhnə tikililərdən mənzil almaq istəyənlər daha çox plana düşəcək ərazilərdən almağa çalışır. Çünki plana düşən ərazilərdən alınan əmlakla sonra onun yerində yenidən ərsəyə gələn mənzilin qiymətləri arasında ən az 25-30 faiz fərq olur”.

Həmsöhbətimiz bildirir ki, dövlət ipotekası ilə ev almaq daha sərfəli hesab olunur: “Dövlət ipotekası şərtlərinə hər kəs cavab vermir. Amma daxili kreditlə ev almaq daha rahatdır. İlkin ödənişi çox etdikdə, bəzən endirim almaq imkanınız da olur. Amma ipotekanın üstünlüyü odur ki, köhnə tikililərdən də ev almaq mümkündür. Daxili kreditlərə 2026-cı ildən müraciət etməyi daha sərfəli hesab edirəm. Çünki hazırda bazarda çox mənzil təqdim edilmir və rəqabət də azdır. 2026-cı ildə satışa çıxarılacaq mənzillərin sayında artım olması gözlənilir. Rəqabət çox olduqda, endirimlə mənzil sahibi olmaq şansı artır”.

Ev tikmək sərfəli deyil?

Bəziləri torpaq sahəsi alıb fərdi ev tikməyi daha sərfəli hesab edir. Əmlak eksperti vurğulayır ki, hazırda bu üsul o qədər də sərfəli deyil: “Əslində, bu gün torpaq alıb ev tikmək sərfəli deyil. Köhnədən ərsəyə gələn əmlakı almaq və üzərində müəyyən tikinti işləri etmək daha sərfəlidir. Tikinti materialları da bahalaşdığından ev tikmək baha başa gəlir”.

Ev alarkən diqqət edilməli məqamlar…

Mütəxəssis vurğulayır ki, Bakıda mənzil almaq istəyən alıcılar həm yeni tikililərdə, həm də köhnə evlərdə bir sıra vacib məqamlara diqqət yetirməlidirlər. Çünki müəyyən risklər mövcuddur və alıcıların hüquqlarını qorumaq üçün əvvəlcədən məlumatlı olmaq önəmlidir: “Köhnə mənzillərdə əsas risk aşınmadır, binanın fiziki olaraq köhnəlməsidir. Aşınmış tikililərdə yaşayış üçün təhlükəsizlik və əlavə təmir xərcləri alıcının üzərinə düşə bilər. Belə mənzillər alınmazdan öncə texniki baxış və ekspertiza tələb olunur. Yeni tikililərdə isə daha fərqli, lakin bir o qədər də vacib problemlər ortaya çıxır. Ən çox rast gəlinən hallardan biri müqavilədə göstərilən ümumi sahə ilə çıxarışda qeyd olunan faktiki sahə arasındakı fərqdir. Tikinti şirkətləri bəzən çöl divarlarını da ümumi sahəyə daxil edərək müqavilə bağlayır. Bu isə qanunvericiliyə ziddir. Məsələn, müqavilədə 100 kvadratmetr olaraq göstərilən mənzil, çıxarışda 82-85 kvadratmetr ola bilər. Bu da 15-17% arası sahə itkisi deməkdir”.

PAYLAŞIN:

Continue Reading

Previous: Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır – Necə fərqləndirək?
Next: Qızıl girov qoyarkən nələrə diqqət etməli? – Aldanmamaq üçün HÜQUQİ TÖVSİYƏLƏR

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.