Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 2
  • Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır – Necə fərqləndirək?

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır – Necə fərqləndirək?

admin 02/06/2025
ət-

 

Azərbaycan Rusiyadan diri qoyun idxalını artırıb. Belə ki, bu ilin birinci rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 10 115 baş diri qoyun idxal edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 dəfə, kəmiyyət olaraq – 16 dəfə çoxdur. Hesabat dövründə Azərbaycana Rusiyadan 927,8 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 58 dəfə çox) 7 min 945 baş (47 dəfə çox) və Gürcüstandan 209,4 min ABŞ dolları dəyərində (5 dəfə çox) 2 170 baş (4,5 dəfə çox) qoyun gətirilib. 2024-cü ildə Azərbaycana idxal edilmiş 182 min baş qoyunun 88 faizi Gürcüstanın payına düşüb.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

“Ət istehsalımızda geriləmə mövcud deyil”

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, yerli qoyun istehsalımızda heç bir problem mövcud deyil: “Qeyd olunan dövrdə – yanvar-mart aylarında 141,6 min ton diri çəkidə ət istehsal olunub. Bu, ötən illə müqayisədə 1,7 faiz çoxdur. Yəni ət istehsalımızda geriləmə mövcud deyil. Ölkəmizdə altı milyona yaxın qoyun var. 10 115 ədəd qoyun cəmi bir təsərrüfatlıq saydır. Elə də böyük rəqəm deyil”.

V.Hüseynov bildirir ki, sahibkarlar heyvanları quzu ikən alır, böyütdükdən sonra qoyun əti olaraq satışa çıxarırlar: “Daxili bazarda da tələbat olduğundan ixrac edilir. Yeni təsərrüfatlar da formalaşa bilər. Aqroparklarda təsərrüfatlar yaradırlar. Ola bilər ki, ucuz olub və o səbəbdən gətirirlər. Qoyunun birini 109 dollara alıblar. Bu, sahibkarlara sərf edir. Kiçik heyvanları gətirib üç ay bəsləyib satırlar. Diri satış etmirlər. Əsasən ətlik kimi satılır. Azərbaycanda 60 min qoyunluq təsərrüfatlar var. Dövlət xətti ilə ölkəmizə heyvan gətirilmir”.

“Qurban bayramında idxal artacaq”

Nazirlik rəsmisinin sözlərinə görə, Qurban bayramının yaxınlaşması xaricdən diri qoyun gətirilməsinə səbəb ola bilər: “Əvvəlki bayramlarda 40 minə yaxın heyvan satılıb. Hansı ki, yerli təsərrüfatlardan əlavə, xarici qoyunlar da satılır. Qurban bayramı ərəfəsində qoyuna tələbat artdığından idxal daha da genişlənəcək”.

“Kəndlərdə qoyun saxlamaq istəmirlər”

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, istehsal azaldıqca idxalın artması normaldır: “Bazar qanunları rəqabətlə işləməlidir. Daxili bazarın təminatı üçün qoyun idxalı normal haldır. Bu, ölkə daxilində heyvandarlığın inkişafı üçün təhlükə yaratmır. İdxalın artması istehsalın azalması ilə bağlıdır. Ölkədə qoyun təsərrüfatlarının sayı azalır. Biznes adamları daxili bazarda nəyə ehtiyac varsa, onu idxal edir”.

A.Badamov daxili istehsalı azaldan səbəblərə də toxundu: “Kəndlərdə qoyun saxlamaq istəmirlər. Bu, bazarda ətin qiymətinin aşağı olması ilə əlaqəli deyil. Çünki daxili bazarımızda qoyun əti kifayət qədər baha satılır. Fermerlərimiz, kəndlilərimiz qoyun saxlayıb satmaqla heç vaxt ziyana düşmürlər. Əksinə, qoyunçuluq rentabelli sahədir. Amma həm də əziyyətli sahədir. İnsanlar son vaxtlar daha az zəhmətlə daha çox qazanmaq istəyirlər. Fermerlər, kəndlilər qoyun saxlamaq əvəzinə, iribuynuzlu heyvanların saxlanılmasına üstünlük verirlər”.

“Bazar özü-özünü tənzimləməlidir”

Deputatın fikrincə, əgər ölkədə qoyun ətinin qiyməti kəskin aşağı düşərsə və ya idxal olunan qoyun əti ölkədə istehsal olunan ətdən aşağı qiymətə satışa çıxarılarsa, bu, qoyunçuluq təsərrüfatlarının gəlirlərinə mənfi təsir göstərə bilər: “Amma bizdə əksinədir. Qiymət artır. Bu da qoyunçuluq təsərrüfatlarının rentabelliyini artırır. Kəndlərdə, fermer təsərrüfatlarında qoyunçuluğun inkişafına üstünlük verilməlidir. Əgər idxalın yerli təsərrüfatların inkişafına mənfi təsiri baş verərsə, bu məsələni hökumət tənzimlənmə alətlərindən istifadə etməklə həll edəcək. Amma indidən qoyun ətinin idxalına məhdudiyyət tətbiq olunarsa, daxili bazarda qiymət kəskin arta bilər. Bu baxımdan bazar özü-özünü tənzimləməlidir”.

“Xarici ətlər ucuz qiymətə satılır”

Kənd təsərrüfatı eksperti Şahin Nəcəfovun sözlərinə görə, bir zamanlar qoyunçuluq üzrə inkişaf etmiş ölkələrdən olmuşuq: “İndi isə fermerlər kənddə heyvan saxlamaq üçün otlaq tapa bilmirlər. Kiçikbuynuzlu heyvanlarda bir milyon 200 minə yaxın azalma var. Xarici məhsullar ucuz qiymətə gətirilib satılır. Təkcə Rusiya və Gürcüstandan yox, həmçinin Hindistan, Monqolustan, Portuqaliya və İspaniyadan da ət gətirilir. Bu halda yerli qoyun alınmır. Məhsulu alınmırsa, kəndli artıq qoyun saxlamayacaq. İdxal ildən-ilə genişlənir. Bunun qarşısının alınması üçün orta-kiçik ailə təsərrüfatları dəstəklənməlidir”.

Necə fərqləndirək?

Qəssab Müslüm Rzayev hazırda rayon bazarlarında quzu ətinin bir kiloqramının qiymətinin 14-16 manat arasında dəyişdiyini, mağazada isə 20 manata satıldığını bildirdi: “Ümumi çəkisi 10-12 kiloqram olan qoyunlar daha baha – 22-24 manat arasında satılır. Amma qoyun 15 kiloqramdan ağır olduqda ətinin kiloqramı 20-22 manata olur. Keyfiyyətli və yerli heyvanın kiloqramı 16 manatdan aşağı olmur. Kiloqramı 13-14 manat arası satılanlar yerli heyvan deyil, Rusiyadan idxal edilənlərdir”.

Xarici əti necə fərqləndirək sualına gəldikdə, qəssab bildirdi ki, kəsilmiş halda olan ətə baxaraq bunu müəyyən etmək üçün təcrübə lazımdır: “Sadə vətəndaşın kəsilmiş halda xarici məhsulu fərqləndirməsi çətindir. Yalnız bir neçə dəfə alıb dadının olmadığını görüb başa düşə bilər. Başı çıxan adam görə bilər ki, xarici heyvanın qabırğasının qatlanmağı yerli heyvandakı kimi deyil. Ətin rəngi az da olsa fərqlənir. Yağlılığı da yerli heyvanlarımızdakı kimi deyil. Amma müştəri təcrübəsi olmadan bunu bilmək olmur. Diri halda fərqləndirmək daha asandır. Heyvan əgər çox kökdürsə, deməli, Rusiyadan gətirilib. Həmçinin quzuların quyruqları, başları yerli heyvandan fərqli olur. Məsələn, Gürcüstan qoyunlarının demək olar quyruğu olmur, çox balacadır. Amma bizim yerli heyvanlar quyruqludur”.

PAYLAŞIN:

Continue Reading

Previous: Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir
Next: Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.