Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 20
  • Paşinyanı Türkiyəyə aparan səbəb: Ərdoğandan bu xahişi edəcək

Paşinyanı Türkiyəyə aparan səbəb: Ərdoğandan bu xahişi edəcək

admin 20/06/2025
pasinyan-istanbul

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Elxan bəy, Azərbaycan Prezidenti İlham Əliyevin bu dəfəki Türkiyə səfəri Ermənistan Baş naziri Nikol Paşinyanın İstanbula səfərindən öncə baş tutub. Bir çox ekspertlər Bakı-Ankara-İrəvan xəttində yeni gəlişmələrin olacağına dair proqnozlar verir. Buna dair gözləntilər nədən ibarətdir?

– Prezident İlham Əliyevlə Ərdoğan arasında Paşinyandan öncə keçirilən görüş əslində İrəvana bir mesaj idi. Bununla Türkiyə Prezidenti Ermənistanın Baş nazirinə mesaj verir ki, “bir gün qabaq öz müttəfiqini qəbul edir və onunla fikir mübadiləsi aparır”. Bu, Türkiyənin Ermənistanla sərhədi qeyd-şərtsiz aça bilməməsi ilə bağlı da bir xəbərdarlıq idi.

Azərbaycan və Türkiyə prezidentləri Kahramanmaraşda bu məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Buna qədər Türkiyədə üçtərəfli görüşün keçiriləcəyinə dair iddialar da səslənirdi. Görünür, bu dəfə belə bir görüş alınmadı. Amma görüşün baş tutması faydalı olardı.

Ermənistanın Rusiya və Fransa kimi dövlətlərin orbitindən çıxarılması əsas hədəf olmalıdır. İrəvanın Bakı və Ankarının təsiri altına düşməsinə çalışmaq lazımdır. Vaxtilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlər Avropa İttifaqının, Rusiyanın və Fransa kimi ölkələrin vasitəçiliyi ilə baş tuturdu. İndiki halda vasitəçilik olmasa da üçtərəfli görüş ünvanı kimi Türkiyənin seçilməsi daha məqbuldur.

Bir qədər qəribə səslənsə də, gələcəkdə Azərbaycan-Türkiyə-Ermənistan arasında üçtərəfli formatın təsis olunması mümkün variantlardan bir ola bilər. Sözsüz, bütün bunlar Azərbycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından sonra mümkün olacaq.

– Bu gün Prezident Rəcəb Tayyip Erdoğanın dəvəti ilə Baş naziri Nikol Paşinyanın Türkiyəyə ilk rəsmi səfəri baş tutacaq. Bu səfəri proseslərin sonrakı inkişafı baxımından əhəmiyyətini necə dəyərləndirmək olar? Bakı-İrəvan, Ankara-İrəvan xəttində bu kimi gedişlərin təsiri haqqında proqnozlar nədən ibarətdir?

– Bu, Ermənistan rəsmilərinin Türkiyəyə ilk səfəri deyil. Türkiyənin və Ermənistanın sabiq prezidentləri Abdullah Gül və Serj Sarkisyanın dövründə iki ölkə arasında “futbol diplomatiyası” adlanan bir proses başlamışdı.

2009-cu ildə o zamankı prezidentlər Abdullah Gül və Serj Sarkisyan əvvəlcə Yerevanda, sonra isə Bursada birlikdə futbol matçına baxmışdılar. Sözsüz ki, bu, rəsmi səfər sayıla bilməzdi. Amma “futbol diplomatiyası” uğur qazanmadı. O vaxt Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında idi. Sonradan Türkiyənin mövqeyi daha da qətiləşdi və Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra Ermənistanla əlaqələrin qurulmasının mümkünlüyü önə çəkildi.

İkinci Qarabağ müharibəsində Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra Prezident İlham Əliyev Türkiyə-Ermənistan münasibətlərinin bərpa edilməsinin mümkünlüyünü qeyd etmişdi. Çünki Türkiyə-Ermənistan sərhədləri 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının, konkret 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğalına görə bağlanmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.

Bu mənada İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Ermənistan arasında təmaslar artıb. Hər iki tərəfdən münasibətlərin nizama salınması ilə bağlı xüsusi nümayəndəlik təsis edilib.

– Rəsmi İrəvanın Ankara ilə münasibətləri qısa zamanda bərpa etmək cəhdlərində əsas məqsədi nədir?

 

– Ermənistanın ən böyük istəyi odur ki, Türkiyə qeyd-şərtsiz olaraq iki ölkə arasında sərhədləri açsın və diplomatik əlaqələrin qurulmasına razılıq versin. Paşinyanın Türkiyəyə səfərinin ana qayəsini də məhz bu təşkil edəcək.

O, Ərdoğandan xahiş edə bilər ki, Azərbaycanla sülh sazişi imzalamaq istəyir. Amma bu məsələ bir qədər yubanır. Gələn il Ermənistanda referendum keçiriləcək və s. O vaxta qədər Türkiyə ilə sərhədlər açılsın və diplomatik münasibətlər bərpa edilsin.

– İndiki halda bu nə dərəcədə real görünür? Azərbaycanla Ermənistan arasında sülh və digər məsələlər aydınlaşmadan Ankara-İrəvan xəttində hansısa dəyişiklik ola bilərmi?

– Türkiyənin bu mövzuya aid mövqeyində dəyişiklik yoxdur. Prezident Ərdoğan da bunu dəfələrlə bəyan edib, ünvan kimi Azərbaycanı göstərib. Ankarının əsas şərti odur ki, “Azərbaycanla məsələləri həll edin, konstitusiyanı dəyişdirin, sülh sazişini imzalayın, Zəngəzur dəhlizini açın!”

Bundan sonra sərhədlər açıla və Ermənistanla münasibətlər qurula bilər.

– Ermənistanda daxili vəziyyətin gərginliyi fonunda Paşinyanın Türkiyə səfəri hansı reaksiyalara səbəb olacaq?

– Hazırda Ermənistanda vəziyyət gərgindir. Paşinyana qarşı Ermənistan daxilində radikal müxalifət, kilsə və son zamanalrda daha çox müzakirə olunan iş adamı Samvel Karapetyanın həbsi üzərindən təzyiqlər var. Belə olan halda Paşinyan üçün çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdən ibarətdir. Bu məsələləri gecikdirmək onun özünə ziyan ola bilər.

– İran-İsrail qarşıdurması fonunda Türkiyə-Ermənistan yaxınlaşmasının əhəmiyyətini necə şərh etmək olar?

– Sözsüz ki, proseslərdə digər amil İranla bağlıdır. İran uzun müddət Ermənistanın müttəfiqi kimi Zəngəzur dəhlizinin əleyhinə çıxan əsas dövlət olub. İndi isə Tehranın başı özünə qarışıb.

İsrail-İran müharibəsi fonunda Tehran üçün Zəngəzur dəhlizi və Ermənistan əhəmiyyətini itirib. İndiki vəziyyətdə Ermənistanda çoxları bunu başa düşməsə də Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına ehtiyac var. Ərdoğanla Paşinyanın görüşündə də bu mövzulara dair müzakirələr aparılacaq. Ərdoğan bir daha ona xatırladacaq ki, “ilk növbədə gərək Ermənistan Azərbaycanla sülh sazişi imzalasın”.

PAYLAŞIN:

Continue Reading

Previous: Naxçıvan icra başçıları Azərbaycan Prezidenti tərəfindən təyin olunacaq
Next: Prezidentin razılığı olmadan Naxçıvanda qurum yaratmaq qadağan edilir

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.