Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 4
  • İlham İsmayılov “LİDER-LİNE”  MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

İlham İsmayılov “LİDER-LİNE”  MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

admin 04/07/2025
ilham-mingeçevir

 

Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin (Dövlət Müəssisəsi) Mingəçevir şəhərində Mənzil Fondunun əsaslı təmir işlərinin satınalınması üzrə 07.05.2025-ci ildə başladığı açıq tendrrə yekun vurub. Müsabiqənin qalibi “LİDER-LİNE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 449.201,93  manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 03.07.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi (Dövlət Müəssisəsi) Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumdur. Abadlaşdırma İdarəsi tərəfindən nəzərdə tutulmuş təmir işləri üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 994.505,81 manat müəyyən edilmişdir. Satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Mingəçevir Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “LİDER-LİNE” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Mingəçevir şəhərinin Abadlaşdırma İdarəsi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, hətta 50 faizə yaxın qiymət təqdim etmiş “LİDER-LİNE”  MMC  ilə satınalma müqaviləsi bağlamağı planlaşdırır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, bu Mingəçevir şəhər İcra Hakimiyyəti və tabeliyində olan Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi ilə “LİDER-LİNE” MMC arasında olan ilk işbirliyi deyil.

Mingəçevir şəhər İcra Hakimiyyəti sözügedən şirkətlə inzibati binanın fasad hissəsinin əsaslı təmiri üzrə 28.890,36 manat dəyərində bir müqavilə 01.07.2025-ci ildə, 16.928,83 manat dəyərində bir müqavilə isə 28.12.2024-cü ildə bağlayıb. İnzibati binanın daxilində cari təmir işlərinin satınalınması üzrə isə 7.981,52 manat dəyərində müqavilə 27.12.2024-cü ildə bağlanılıb.

Qeyd edək ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi isə “LİDER-LİNE” MMC ilə 10.10.2022 -ci ildən 19.12.2023-cü ilə, yəni bir il bir ay ərzində  mal-materialların satın alınması, Mingəçevir şəhərində mənzil fonduna daxil olan çoxmənzilli yaşayış binalarının əsaslı təmirinin satın alınması üzrə  ümumi dəyəri 937 887 manat manat məbləğində 5 satınalma müqaviləsi bağlayıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LİDER-LİNE”  (VÖEN- 2701297561) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 20.04.2018 -ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MİNGƏÇEVİR ŞƏHƏRİ, BAĞLAR MASSİVİ, ev.11-ci BAĞ KÜÇƏSİ, m.28-A , qanuni təmsilçisinin isə Aslanov Ramil Rafail oğlu olduğu göstərilir. MMC-yə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Reyestr məlumatlarına edilən dəyişiklikdə MMC-nin təsisçisi və ilk qanuni təmsilçisinin Əsgərov Namizəd Şahmar oğlu olduğu göstərilir.  Açıq məbələrdə şirkət haqqında məlumatlar bu qədərdir.

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, Mingəçevir şəhər İcra Hakimiyyəti 05.04.2024-cü ildə “LİDER-LİNE”  MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi olmuş Əsgərov Namizəd Şahmar oğluna Mingəçevirin Ərəş küçəsində qeyri yaşayış obyektinin istismarına 07-24 nömrəli icazə sənədi verib.

Qeyd edək ki, Mingəçevir şəhər İcra Hakimiyyəti İlham İsmayılovdu. O, 2008-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.12.2018-ci il tarixli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. “LİDER-LİNE”  MMC-nin dövlət qeydiyyatına alındığı tarixdə 2018-ci ilə təsadüf edir. Belə çıxır ki, MMC İlham İsmayılov tərəfindən Mingəçevirdə mənzil fonduna aid olan çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün yaradıb. Təsisçisi olan Əsgərov Namizəd Şahmar oğluna da Mingəçevirdə geniş şərait yaradır.

 

Aktualinfo.org

 

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur
Next: Rusiyada Azərbaycan diasporunun fəaliyyətinin hərtərəfli yoxlanması ilə bağlı baş prokurora müraciət edilib

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.