Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 4
  • TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

redaktor 04/07/2025
təbib-tender

 

“Ucar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tələb olunan “Inventarların satınalınması” üzrə 21.04.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “SAR TRADE” MMC seçilib və tərəflər arasında 13.290,34 manat məbləğində satınalma müqaviləsininn bağlanılması planlaşdırılır.

Qeyd edək ki, sözügedən şirkət bir ay əvvəl Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə ümumi və texniki təyinatlı predmetlərin satınalınması üzrə 22.998,2 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Fevral ayında isə “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik-hüquqi şəxsi ilə AKSA markalı generatorun və qazanxana avadanlıqlarının əsaslı təmirinin satın alınması üzrə 17.278,74 manat, tibbi cihazların təmiri xidmətinin satın alınması üzrə 23.965,8 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, “SAR TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli xəstəxanaların keçirdiyi 30-a yaxın tender və kotirovka sorğusunun qalibi olub. Bunlardan bəzilərini diqqətinizə çatdırırıq.
MMC bu müddət ərzində Tovuz rayon Mərkəzi Xəstəxanası ilə müxtəlif növ inventarların satınalınması üzrə 13.511, “Respublika Pediatriya Mərkəzi” ilə maşın və avadanlıqların əsaslı və cari təmiri xidməti üzrə 186.831,76, Göygöl rayon Mərkəzi Xəstəxanası ilə avadanlıqların təmiri üzrə 15.806,1, “M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi” ilə tibbi cihazların alışı üzrə 27.523,96, Şəki rayon Mərkəzi Xəstəxanası ilə sair İnventarların alınması üzrə 28.449,8, “M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi” ilə oksigen məntəqəsinin təmiri üzrə 6.065,2, “Sabunçu Tibb Mərkəzi” ilə üxtəlif növ tibbi və qeyri-tibbi inventar mallarının satın alınması üzrə 76.484,06,  “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” ilə  tələb olunan müxtəlif növ avadanlıqların təmiri üzrə 63.838, Saatlı rayon Mərkəzi Xəstəxanası ilə tibbi və qeyri tibbi avadanlıqların əsaslı və cari təmiri üzrə 40.750,36, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” ilə  tələb olunan tibbi və qeyri tibbi Inventarların satınalınması üzrə 79.709, Füzuli rayon Mərkəzi Xəstəxanası ilə müxtəlif növ avadanlıqların təmir xidməti üzrə 71.648,42, Ağdaş rayon Mərkəzi Xəstəxanası ilə tibbi avadanlıqlar üçün ehtiyat hissələrinin satınalınması və avadanlığın təmiri üzrə 32.459,44, “Sumqayıt Tibb Mərkəzi” ilə avadanlıqların təmiri və quraşdırılması xidməti üzrə 138.771,78, Hacıqabul rayon Mərkəzi Xəstəxanası ilə müxtəlif növ avadanlıqların satınalınması üzrə 11.557,04, Şirvan şəhər Mərkəzi Xəstəxanası ilə sair torpaq, tikili və avadanlıqların satın alınması üzrə 21.948, “Sumqayıt Tibb Mərkəzi” ilə proqram təminatı üzrə 4.484, Qazax rayon Mərkəzi Xəstəxanası ilə tələb olunan müxtəlif növ avadanlıqların alınması üzrə 95.950,99, Neftçala rayon Mərkəzi Xəstəxanası ilə tələb olunan müxtəlif növ avadanlıqların alınması və quraşdırılması üzrə 54.754,89, Şəki rayon Mərkəzi Xəstəxanası ilə oksigen stansiyasına təmir və servis xidməti üzrə 15.251,5, Xaçmaz rayon Mərkəzi Xəstəxanası ilə maşın və avadanlıqlar üzrə 106.383,26 manat məbləğində satınalma müqavilələri bağlayıb.
Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tabeli bu xəstəxanalardan fərqli olaraq Hacıqabul rayon Mərkəzi Xəstəxanası “SAR TRADE” MMC -nin uyğunluq göstəricilərinə tam cavab vermədiyini aşkar edib. 03.12.2024-cü ildə Hacıqabul Rayon Mərkəzi Xəstəxanası “SAR TRADE” MMC -ni şərtlər toplusunda mütləq likvidlik əmsalının 1.9-dən az olmaması tələb edilsə də, “Sar Trade” MMC  sözügedən tələbi yerinə yetirmədiyinə görə və qiymət təklifi verərkən əsas şərtlər toplusunda qeyd olunmasına baxmayaraq təklifdə malların adlarını, markalarını və istehsalçı ölkəni qeyd etmədiyi üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respubikasının Qanununun 35.1.1 maddəsinə əsasən təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədiyi və 35.1.5-ci maddəsinə əsasən təchizatçının təqdim etdiyi təklif formal tələblərə uyğun olmadığı üçün bu maddələri nəzərə alaraq açıq tender metodu üsulu ilə satınalma müsabiqəsindən kənarlaşdırmışdır.
Bu məlumatlar isə “SAR TRADE”MMC-nin uyğunluq göstəricilərinə cavab vermədiyini,malların adlarını, markalarını və istehsalçı ölkəni qeyd etməməklə saxtakarlığa yol verdiyini bir daha təsdiq edir.

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, “SAR TRADE”  MMC (VÖEN 1402598961) Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.09.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10  manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, QƏDİRBƏYOVA, ev 8A, BLOK 1, m. 37 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov Muxtar Kərim oğludur.
Reyestr məlumatlarında MMC-nin ilk adı 2020-ci ilə qədər “S AND B ENGINEERING SOLUTIONS”, 2024-cü ilin may ayına qədər “SAR MEDICAL” olub. Təsisçisi Niftəliyev Cabir Hüseynqulu oğludur.

Qeyd edək ki, “SAR TRADE”  MMC -nin təsisçisi Niftəliyev Cabir Hüseynqulu oğlu həm də “Clinic Medical” MMC-nin qanuni təmsilçisidir. Elektron mediada 29 Avqust 2024-cü ildə yayılan məlumata görə  “Clinic Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti valyuta tənzimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə ( avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) əsasən cərimə protokolu tərtib edilib.

Bundan əlavə MMC-nin adının tez-tez dəyişdirməsi bir sıra şübhəli məqamların olduğunu ortaya çıxardı.Apardığımız araşdırma zamanı məlum oldu ki, hazırda “SAR TRADE”  MMC -nin “SAR MEDICAL” kimi də adı bir çox şübhəli satınalmalarda hallanır.

Göründüyü kimi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə tabeli Xəstəxanaların əksəriyyəti satınalmaların təşkili zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmişdir. Belə ki, MMC bir xəstəxanada müxtəlif növ avadanlıqların təmiri üzrə, digərində qeyri-tibbi avadanlıqların təmiri üzrə işlər aparır, bir xəstəxanaya müxtəlif növ inventarlar satır, başqa birisinə müxtəlif çeşiddə mallar, yumşaq invertar, yataq ləvazimatları və xüsusi geyimlər satır, hətta  həyətyanı sahələrin yaşılllaşdırılması, işıqlandırılması xidmətini görür. Bütün bunlar onu təsdiq edir ki, “SAR TRADE” MMC  TƏBİB-ə tabeli qurumlara hər növ xidmət göstərir. Satınalmalarda uyğunluq göstəriciləri nəzərə alınmadan. Bu isə onun göstərir ki, TƏBİB-də bu MMC-nin arxasında duran maraqlı şəxslər var.

Ümumiyyətlə, görəsən “SAR TRADE” MMC-nin qalib olduğu satınalmaları respublikanın şimalından cənubuna, şərqindən qərbinə həyata keçirməyə müvafiq lisenziya və müqavilə ilə işləyən işçiləri, maddi-texniki bazası varmı?  Bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Son bir neçə ayda onlarla satınalmanın qalibi olan MMC-nin nə sosial şəbəkə hesabı, nə də bir veb-səhifəsi yoxdu. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin.
Görsənən odur ki, MMC-nin günün tələblərinə uyğun heç nəyi olmasa da güclü arxası var. Bu ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində oturur, ya da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində.

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Xankəndidə beynəlxalq sammit: Azərbaycanın geosiyasi qələbəsi
Next: İlham İsmayılov “LİDER-LİNE”  MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.