Skip to content
06/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 7
  • Plan, nəzarət, maliyyə savadlılığı və iradə: Pulu düzgün idarə etməyin ƏSAS ŞƏRTLƏRİ

Plan, nəzarət, maliyyə savadlılığı və iradə: Pulu düzgün idarə etməyin ƏSAS ŞƏRTLƏRİ

admin 07/07/2025
manat-qab

 

Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, onu düzgün xərcləmək də ciddi bilik və maliyyə savadı tələb edir. Çünki insanlar pulu əldə etməyi bacarsalar da, planlı və məqsədyönlü şəkildə xərcləməyi bacarmırlar. Bəzən bu, maddi çətinliklərə, hətta borclanmalara yol açır. Bəs pulu düzgün idarə etməyin əsas şərtləri nədir? Ümumiyyətlə, pulla necə rəftar etməliyik?

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

Çox insan pulu idarə edə bilmədiyi üçün yoxsullaşır

Maliyyə eksperti İsmayıl Məmmədov “pul qazanmaq asandır, xərcləmək çətin” fikrinin çox doğru, real və bir az da acı olduğunu düşünür. Mütəxəssis açıqlamasında bildirir ki, cəmiyyətimizdə insanlar gecə-gündüz çalışaraq pul qazanmağın yollarını axtarır, lakin bəzən qazandığını necə xərclədiyini, necə itirdiyini belə hiss etmir: “Elmi dillə desək, insan beyni qazanmağa fokuslandıqca xərcləməyə qarşı ayıq olmur. İqtisadi ədəbiyyatda bu, “maliyyə davranışlarının pozulması” kimi tanınır. Pul qazanmaq fiziki və ya intellektual zəhmətdir. Amma xərcləmək düşüncə, məsuliyyət, tərbiyə və bəzən özünə qarşı çıxmaq bacarığıdır. Sözün açığı, çox insan pulu idarə edə bilmədiyi üçün yoxsullaşır, pulu az olduğu üçün yox”.

Bir “kredit kartı ilə alınmış” sevinc

Puldan düzgün şəkildə necə istifadə etməyə gəldikdə isə, maliyyə mütəxəssisi deyir ki, pul xərcləmək planla, məsuliyyətlə və məqsədlə olmalıdır: “Pul elə bir qüvvədir ki, doğru istifadə edilsə, səni azad edə, amma səhv istiqamətə getsə, əsarətə sala bilər. “Hər xərclədiyin manat sənə gələcəkdə nə qazandırır?” sualı ətrafında düşünməliyik. Qənaət imtina deyil, seçimdir. Bəzən bir “kredit kartı ilə alınmış” sevinc gələcəyin “borc yükünə” çevrilir. Biz ailələrə və gənclərə öyrətməliyik ki, qənaət sadəcə pul saxlamaq deyil, sabahın rahatlığı, uşağının təhsili, ailənin sabitliyidir”.

Plan, nəzarət, maliyyə savadlılığı və iradə…

Pul qazanmaqla onu idarə etmək arasındakı fərqdən danışan mütəxəssis vurğulayır ki, pul qazanmaq iqtisadi aktivlik, onu idarə etmək isə həyat fəlsəfəsidir: “Eyni gəlirə malik iki insan düşünək. Biri illərlə mübarizə aparıb ev sahibi olur, digəri isə illərlə kirayədə qalır və nə vaxtsa “hara getdi bu pullar?”, – deyə düşünür. Fərq haradadır? Plan, nəzarət, maliyyə savadlılığı və iradədə. Unutmayaq ki, pul sadəcə alət kimi qiymətlidir. Onun kimdə olduğu yox, kim onu necə istifadə edir – əsas məsələ budur”.

Əvvəl qənaət, sonra xərcləmə

“Azərbaycanda pul xərcləmə vərdişlərimizdə əsas problemlər nələrdir?” deyə soruşduqda İ.Məmmədov belə cavablandırır: “Ölkəmizdə bir çox insan maliyyəyə “qazan-xərclə” yanaşması ilə baxır. Yəni, pul gəlir dərhal xərclənir, sonda isə “artsa, qənaət edərik”, – deyə düşünür. Halbuki dünyada qəbul edilmiş düzgün maliyyə modeli bunun əksidir: əvvəl qənaət, sonra xərcləmə. Lakin problem yalnız metodda deyil, daha dərində – düşüncə tərzimizdədir. “Qonşudan geri qalma” psixologiyası, “kim nə deyər” sindromu insanları real ehtiyacdan çox, sosial görüntüyə xərcləməyə yönəldir. Çox sadə, amma düşündürücü bir misal: bugünkü Azərbaycanda minimum əməkhaqqı 400 manat, orta əməkhaqqı isə 1000 manat ətrafındadır. Amma 50 qəpiklik basabas metroda və avtobusda 2000, 3000, hətta 5000 manatlıq kreditlə alınmış smartfonlarla gəzən insanları görmək artıq adiləşib. Daha acınacaqlısı, bu telefonların sahibləri bəzən zəng vurmağa, internet paketi almağa balans tapmırlar. Bu misallar sadəcə fərdi davranış deyil. Bunlar maliyyə düşüncəmizin struktur problemlərini göstərir. Bu gün öz gəlirindən yuxarı səviyyədə yaşamağa çalışan cəmiyyət, sabah müflisləşmək riski daşıyır. Əslində sual budur: biz maddi rifaha çatmaq istəyirik, yoxsa rifahın görünüşünü göstərmək? Bu vərdişlər dəyişməyincə, ailələrin maliyyə dayanıqlığı zəifləyəcək, ən acınacaqlısı isə, gənc nəsil də eyni psixologiya ilə böyüyəcək. Əgər biz bu vəziyyəti dəyişmək istəyiriksə, ilk növbədə maliyyə savadlılığı təhsilini orta məktəbdən başlatmalı, ailədə uşaqlara pulun dəyərini öyrətməli, sosial mediada məsuliyyətsiz israf həyat tərzini tərif etməkdən imtina etməliyik. Unutmayaq, rəqəmlər dəyişmədən, düşüncə dəyişməz. Düşüncə dəyişmədən isə rifah, sadəcə şəkil çəkdirdiyimiz yalandır”.

“Siz pulu idarə etməlisiniz”

Maliyyə eksperti büdcə planlamasına haradan başlamağın yollarından da danışdı. Həmsöhbətimiz bildirir ki, bunun ilkin şərti özünə qarşı dürüst olmaqdır: “Özümüzə qarşı dürüst olmalı, “nə qədər qazanıram, nə qədər xərcləyirəm, nəyə xərcləyirəm?” suallarına cavab tapmalıyıq. Bir dəftər, bir qələm, ya da bir mobil tətbiq – fərq etməz, aylıq gəlirləri və xərcləri yazmaqla başlayın. Sonra xərcləri “zəruri”, “arzuolunan” və “gərəksiz” olaraq təsnif edin. Ən vacibi isə maliyyə məqsədi qoyun. Bu məqsəd sizi həm ruhən, həm maliyyə baxımından yığcam və motivasiyalı saxlayacaq. Maddi durumunu düzəltmək istəyən biri ilk olaraq sakit oturmalı və öz-özünə bir etiraf etməlidir: “Mən bu vəziyyətdən çıxmaq istəyirəm və dəyişməyə hazıram. Sonra isə hazırkı borcları və öhdəlikləri qeyd edin. Qənaət etməyə dərhal başlayın, azdan başlamaq da bir başlanğıcdır. Pulsuz onlayn kurslardan, videolardan maliyyə savadlılığı öyrənməli, gəlir artırma yolları axtarmalısan. Əlavə bacarıq öyrənmək, freelans işləmək, ailə biznesi qurmaq və s. Pul sizi idarə etməməlidir, siz pulu idarə etməlisiniz”.

Pul xərcləməyin mənasız olduğu beş nüans

Məlumat üçün bildirək ki, pul xərcləmədə heyrətamiz nizam-intizamı və investisiyaları ağıllı şəkildə yatırması ilə tanınan milyarder Uorren Baffet pul xərcləməyin mənasız olduğu beş nüansdan danışıb. Onun fikrincə, yeni avtomobillərə pul xərcləmək mənasızdır. Baffetin fəlsəfəsinə görə, yeni bir avtomobil almaq verə biləcəyiniz ən dağıdıcı maliyyə qərarlarından biridir. O hesab edir ki, avtomobilə status və ya investisiya kimi deyil, nəqliyyat vasitəsi kimi baxmaq lazımdır.

Baffetin ikinci mənasız hesab etdiyi nüans yüksək faizli kreditlə alış-veriş etməkdir. Kredit kartları sərvət toplamağa imkan vermədən daimi ödənişlərin olduğu tələyə salır.

Üçüncüsü, mərc oyunları və lotereya biletləridir. Baffet mərc oyunlarını və lotereya biletlərini sərvət toplamaqda kökündən qüsurlu yanaşma kimi tənqid edir. Digər iki nüans isə böyük evlər və mürəkkəb investisiyalardır.

PAYLAŞIN:

Continue Reading

Previous: Torpaq sahiblərinin DİQQƏTİNƏ: Yenilik tətbiq edilə bilər
Next: Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir

OXŞAR MÖVZULAR

vuf-baku

WUF13-ün əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim olundu

admin 06/05/2026
infl-yas

Azərbaycan Mərkəzi Bankı illik inflyasiya proqnozlarını artırıb

admin 06/05/2026
kiber-tt

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

admin 06/05/2026

XƏBƏR LENTİ

  • WUF13-ün əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim olundu 06/05/2026
  • Tramp Hörmüzdəki əməliyyatı dayandırdı – “Pakistan xahiş etdi ki…” 06/05/2026
  • Yekaterina Quntsadze: “Orta Dəhliz Asiya-Avropa enerji körpüsünə çevrilir” 06/05/2026
  • Azərbaycan Mərkəzi Bankı illik inflyasiya proqnozlarını artırıb 06/05/2026
  • Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib 06/05/2026
  • Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər – Ekspert 05/05/2026
  • Azərbaycanda da saatlıq əmək haqqına keçid edilir – Maaşlar artacaq? 05/05/2026
  • Fərhad Məmmədov: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır 05/05/2026
  • İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 05/05/2026
  • “Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə 05/05/2026
  • lham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub 05/05/2026
  • İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib 05/05/2026
  • Əliyev İrəvan çıxışında təsdiqlədi: “Plan” məhv edilib! 05/05/2026
  • Trampın ətrafı məğlubiyyətə hazırlaşır – Seçki yaxınlaşdıqca Ağ Evin narahatlığı artır 05/05/2026
  • Orxan Məmmədov: “İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafına yeni imkan açır” 05/05/2026
  • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır 05/05/2026
  • ADB direktoru: “Trans-Xəzər enerji kabeli PAGI meqalayihəsinin bir hissəsi ola bilər” 05/05/2026
  • Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir 05/05/2026
  • “Plan belə idi: ermənilər Qarabağda qalırdı, azərbaycanlılar isə…” – Metyu Brayza açıqladı 05/05/2026
  • İstiqlal şairi Əhməd Cavadın doğum günüdür 05/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.