Skip to content
06/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 7
  • Rusiya mətbuatı Azərbaycana qarşı müharibə anonsu verir! – Neft yataqlarıyla şantaj

Rusiya mətbuatı Azərbaycana qarşı müharibə anonsu verir! – Neft yataqlarıyla şantaj

admin 07/07/2025
2025-07-07-13-53-02XUaDB04frrTBdhheFrea_file

 

Azərbaycanla münasibətlərin gərginləşməsi fonunda Rusiya KİV-də ölkəmizə qarşı müxtəlif iddialar səsləndirilir.
“19rusinfo.ru” saytı hərbi ekspert Aqil Rüstəmzadənin “Polşa Radiosu”nun efirində Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə cavab olaraq rusiyalı hərbi ekspertlərin mövqeyini dərc edib. Materialda hadisələrin hərbi yolla inkişafı ssenariləri nəzərdən keçirilib.
Xatırladaq ki, Aqil Rüstəmzadə Rusiyanın artıq əvvəlki gücdə olmadığını və Ukraynada apardığı hərbi əməliyyatlar fonunda Qafqazda döyüş aparmaq üçün əlavə 5-10 diviziya səfərbər edə bilməyəcəyini vurğulayıb:
“Əgər edə bilsə belə, dağlıq relyef şəraitində bu qüvvələri yeni cəbhəyə keçirmək çətin olacaq. Xəzər dənizi vasitəsilə dəniz desantı da çətinləşir. Hava hücumlarının qarşısını isə ya Azərbaycanın, ya da Türkiyənin hava hücumundan müdafiə sistemləri almalıdır”.
A.Rüstəmzadənin təhlilindən qəzəblənən hərbi-siyasi ekspert Mixail Aleksandrov bildirib ki, heç kim ora 5-10 diviziyanı quru yolla göndərməyəcək:
“Amma Azərbaycanın neft-qaz infrastrukturlarına raket zərbəsi tamamilə realdır”.
Aleksanrov onu da iddia edib ki, üstəlik, ukraynalılardan fərqli olaraq, kiminsə azərbaycanlılara rəhmi gəlməyəcək. Onun sözlərinə görə, Azərbaycanın hava hücumundan müdafiə sistemləri S-300 səviyyəsindədir. Yəni onu müasir vasitələrlə (bir sürü dron və raketlərlə) asanlıqla yarıb keçmək mümkündür.
İddialarını davam etdirən rusiyalı hərbi ekspert qeyd edib ki, bir kütləvi zərbə ilə “Azərbaycan iqtisadi baxımdan heçə çevriləcək və yerli əhali özü hakimiyyəti devirəcək”.
Türkiyədən olan gözləntilərə toxunan hərbi ekspert Aleksandr Artamonov isə hesab edir ki, Azərbaycanın NATO-da ikinci ən böyük orduya malik olan 800 minlik türk ordusuna bel bağlaması ciddi deyil:
“Türklər heç vaxt Azərbaycanın xilası naminə Rusiya ilə müharibəyə girməzlər. Üstəlik, bu halda Türkiyə ərazisinə hücum olmadığı üçün NATO Nizamnaməsinin 5-ci maddəsi işləmir. Qaldı ki, dağlıq relyef Türkiyədən gələn təchizat yollarının dronlarla vurulması üçün mükəmməl şərait yaradır. Daha təsirli tədbirlərə gəlincə, əgər kimsə unudubsa, hələ 1993-cü ildə, birinci Qarabağ müharibəsi zamanı ermənilər Azərbaycan ordusunu darmadağın edərkən, Türkiyə müdaxilə etmək istəyirdi, lakin Rusiya çox incə bir mesaj verdi. Belə ki, o vaxt keçirilən təlimlərdə ssenariyə Türkiyəyə qarşı taktiki nüvə zərbəsi daxil edilmişdi. Türklər hər şeyi anladılar və sakitləşdilər”.
Ekspert əlavə edib ki, açıq müharibədən daha çox “hibrid ssenari” mümkündür:
“Məsələn, Əliyev sərhədçilərimizin yerləşdiyi Sünikə (Zəngəzur) vaxtilə oradan köçən “qərbi azərbaycanlıları” (əslində 200 min nəfər getsə də, 1,5 milyon nəfər qaytarmaq planlaşdırılır) qaytaracağına and içib. Bundan sonra həmin ərazilər “könüllü” şəkildə Azərbaycana keçəcək və Azərbaycan ordusu “Qərbi Azərbaycanın dinc əhalisinin müdafiəsi üçün” həmin bölgəyə daxil olacaq. Sərhədçilərimiz isə bir neçə təxribatdan sonra oradan çıxarılacaq. Daha sonra isə Gümrüdəki hərbi bazamıza təzyiq başlayacaq. Nəticədə NATO Cənubi Qafqazı tam nəzarətə götürəcək və Şimali Qafqazda sabitliyi pozmağa başlayacaq”.
Keçmiş Prezident katibliyinin rəhbəri Eldar Namazovun internetdə yaydığı “Biz sadəcə olaraq, Şuşa Bəyannaməsinə əsaslanaraq onun məntiqi davamı kimi qərar verməli və qısa müddətdə bölgədəki ən böyük türk bazasını Azərbaycanda yerləşdirməliyik” bəyanatı da Rusiyada həyəcan doğurub. Namazovun sözlərinə görə, bu bazanın bir hissəsi Pakistan Hərbi Hava Qüvvələrinə icarəyə verilə bilər:
“Nəzərə alaq ki, Pakistan bizim digər müttəfiqimizdir, 250 milyonluq əhaliyə və nüvə silahına sahibdir. Bəs bu nüvə silahı kimə qarşı yönəldiləcək? Təxmin etmək çətin deyil. Bu, Almaniyanın müdafiə naziri Boris Pistorius və onun komandasına inansaq, 3-4 ildən sonra Baltikyanı ölkələrdə və Belarusda başlanacaq “böyük müharibə”yə hazırlığın tərkib hissəsidir. Elə bu zaman Rusiyanın cənubunda “ikinci cəbhə”, əgər Ukrayna o vaxta qədər qalarsa, “üçüncü cəbhə” də işə düşəcək. Böyük “rus ayısı” tək bir plan üzrə hərəkət edən bütöv bir canavar sürüsü tərəfindən müxtəlif istiqamətlərdən parçalanacaq”.
Rusiya nəşri daha sonra Azərbaycanda guya “turistlərin və jurnalistlərin oğurlandığı və işgəncəyə məruz qaldığı”nı iddia edir və bunların fonunda baş verən “mühüm bir hadisəyə” diqqət çəkir:
“Avropa, Yaxın Şərq və ABŞ-dan yüksək rütbəli masonların iştirakı ilə Dünya Böyük Mason Lojasının toplantısı keçirildi. Gündəlik açıqlanmadı, lakin mənbələrin məlumatına görə, Zəngəzur dəhlizinin yaradılmasına dəstək, NATO-nun Cənubi Qafqaz və Orta Asiyada genişlənməsi, Rusiyanın və İranın bölgədən sıxışdırılıb çıxarılması müzakirə olunub. Bu da musiqini kimin sifariş verdiyinə dair suallara cavabdır. Amma bu, artıq heç kim üçün sirr deyil.”
Məqalə müəllifləri sonda onu da iddia ediblər ki, Azərbaycanda və Türkiyədə Britaniya kəşfiyyatı – MI6, Ermənistanda isə ABŞ və Fransanın hərbi mövcudluğu artıq açıq şəkildə hiss olunur.
PAYLAŞIN:

Continue Reading

Previous: Rusiya daha iki il müharibə aparmaq üçün silah yığır – Günə 1000 raket və PUA ilə hücum hazırlığı
Next: Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək

OXŞAR MÖVZULAR

ferhad-polit1

Fərhad Məmmədov: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır

admin 05/05/2026
videok-3

Əliyev İrəvan çıxışında təsdiqlədi: “Plan” məhv edilib!

admin 05/05/2026
makron-em

Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir

admin 05/05/2026

XƏBƏR LENTİ

  • Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər – Ekspert 05/05/2026
  • Azərbaycanda da saatlıq əmək haqqına keçid edilir – Maaşlar artacaq? 05/05/2026
  • Fərhad Məmmədov: Bakı və İrəvan arasında sülh prosesi Cənubi Qafqaz üçün yeni imkanlar açır 05/05/2026
  • İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 05/05/2026
  • “Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayev ilə fərqli müsahibə 05/05/2026
  • lham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub 05/05/2026
  • İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib 05/05/2026
  • Əliyev İrəvan çıxışında təsdiqlədi: “Plan” məhv edilib! 05/05/2026
  • Trampın ətrafı məğlubiyyətə hazırlaşır – Seçki yaxınlaşdıqca Ağ Evin narahatlığı artır 05/05/2026
  • Orxan Məmmədov: “İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafına yeni imkan açır” 05/05/2026
  • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır 05/05/2026
  • ADB direktoru: “Trans-Xəzər enerji kabeli PAGI meqalayihəsinin bir hissəsi ola bilər” 05/05/2026
  • Makron İrəvanda “Əliyevlə danışacam” dedi: Bu, Bakının “qırmızı xətti”dir 05/05/2026
  • “Plan belə idi: ermənilər Qarabağda qalırdı, azərbaycanlılar isə…” – Metyu Brayza açıqladı 05/05/2026
  • İstiqlal şairi Əhməd Cavadın doğum günüdür 05/05/2026
  • SEPAH: Trampın bugünkü problemi Hörmüz boğazının açılmasıdır 05/05/2026
  • Meloni: Prezident Əliyevlə İranla bağlı böhran ətrafında fikir mübadiləsi apardıq 05/05/2026
  • İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla çıxış ediblər 05/05/2026
  • Azərbaycan Prezidentinin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub 05/05/2026
  • İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir! 05/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.