Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 7
  • Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir

Təhsil Nazirliyinin aldığı on milyonluq idman avadanlıqlarından harda və necə istifadə edilir

admin 07/07/2025
elmvətəhsil

 

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi idman inventarının və digər avadanlıqların satın alınması üzrə 11.04.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi  “ST MARK” QSC seçilib və tərəflər arasında 1.999.999,98 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 02.07.2025- ci ildə dərc edilib.

Qeyd edək ki, bu Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə “ST MARK” QSC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə “ST MARK” QSC arasında idman inventarının və digər avadanlıqların satın alınması üzrə 2.013.503,77 manat dəyərində bir müqavilə də 13.12.2024-cü ildə bağlanılıb.

Daha sonra atributların, mükafatlandırma nişanlarının hazırlanması, təltif və mükafatlandırma ilə bağlı malların satınalınması üzrə ümumi dəyəri 1 206 086 manat olan 3 müqavilə də 2022-2024-cü ildə bağlanılıb.

İdman inventarının və digər avadanlıqların satın alınması üzrə “ST MARK” QSC 1.999.999,95 manat dəyərində bir müqavilə də 22.12.2023-cü ildə bağlanılıb.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi idman inventarının satın alınması üzrə “ST MARK” QSC ilə ilk müqaviləni 07.12.2020-ci ildə bağlayıb. Bu müqavilənin dəyəri 3.000.000 manat olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ST Mark” QSC 17 sentyabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A-da yerləşir. “ST Mark” şirkəti əvvəl MMC kimi fəaliyyət göstərib və hüquqi ünvanı Xətai rayonu, Xocalı, ev 55-də (AGA Center) yerləşib. QSC-nin qanuni təmsilçisi İsmayılov Fərxan Məmmədhüseyn oğludur.

Mediada yayılan məlumatlara görə Fərxan İsmayılov həm də “Fərxan” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 18 noyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Araşdırmalarımnız zamanı bəlli olub ki, Fərxan İsmayılov 2016-cı ildə daha bir şirkəti dövlət qeydiyyatından keçirib. Bu, “Veles” MMC-dir. Sonradan şirkət təşkilati hüquqi formasını dəyişərək, QSC-yə çevrilib. Eyni zamanda şirkətin qanuni təmsilçisi də dəyişib.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə “ST MARK” QSC arasında son beş ildə idman inventarının və digər avadanlıqların satın alınması üzrə ümumi dəyəri 9 013 501 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb. Təltif və mükafatlandırma ilə bağlı malların alınmasını da bunun üzərinə gəldikdə, bu rəqəm on milyon manatı keçir.

İndi gəlin baxaq görək Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “ST MARK” QSC vasitəsi ilə təhsil müəssisələrinə nə kimi idman avadanlıqları alır. 11.04.2025-ci ildə yekunlaşmış tenderin şərtlərinə görə QSC satınalan təşkilatı Baryer,futbol üçün, professional, kiçik 26 ədəd, Bədən qoruyucusu, müxtəlif rəngli, taekvando üçün 43 ədəd, Boks armudu, tavana və yerə bərkidilən, böyük, 350 qr 46 ədəd, Halqa, obruç, plastik, gimnastika üçün 213 ədəd, Top, N4, sadə, futbol üçün 1.577 ədəd, Tor, sadə, basketbol üçün 1.223, Şpaqa elektro, 5№, qılıncoynatma üçün 54 ədəd, Sablya elektro 5 №,Sol 65 ədəd, Qapı, tor ilə birlikdə, sadə, mini futbol qapısı, futbol üçün 38 ədəd, Cüdo döşəyi,2×1 ölçüdə,qalınlığı 6sm,tormuzlu 72 ədəd və bu kimi 173 adda idman avadanlıqları ilə təchiz etməlidir.

Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin “ST MARK” QSC ilə 13.12.2024-cü ildə bağlanılmış müqavilənin şərtlərinə görə təchizatçı şirkət satınalan təşkilatı 344 ədəd Basketbol dirəyi mini (uşaq üçün), 934 ədəd Bouling (uşaq üçün), 90 ədəd boks armudu, tavandan asma, orta, 350qr, 1.268 ədəd konus, böyük, futbol üçün, sadə, 100 ədəd raketka, professional, badminton üçün, 1.730 ədəd top, N7, həvaskar, basketbol üçün, 1.770 ədəd top N4,  həvəskar, futbol üçün, 1.774 ədəd top 150 qr, böyük, tennis üçün, 144 ədəd dama, stolüstü,taxtası və daşları ilə birlikdə, 50×50, 102 ədəd qılıncoynatma dorojkaları 1 m, qılıncoynatma (1m-17m), 1.489,14 m(2) jalüz, zebra və bu kimi 177 adda idman avadanlıqları ilə təmin etməli olub.

Maraqlıdır, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu kimi idman inventarını hara alır və yaxud da bu idman avadanlıqlarından harada istifadə olunacaq?

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tabeliyində 23 Uşaq-Gənclər İdman Məktəbi  var ki, onların 8-i İdman-Şahmat Məktəbidir. Yerdə qalan 15  Uşaq-Gənclər İdman Məktəbi isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Məktəbləridir.  Uşaq-gənclər idman məktəbləri və ixtisaslaşdırılmış  olimpiya ehtiyatları  Uşaq-gənclər idman məktəblərinin nümunəvi əsasnaməsində idman məktəbinin maliyyə vəsaiti asağıdakılardan ibarət olduğu göstərilir.  Büdcə vəsaiti və ya tabeliyində olduğu təşkilatın vəsaiti; əhaliyə pullu xidmətdən və ödənişli qruplardan əldə olunan gəlirlər; idarə, təşkilat, muəssisə, kooperativ, ayrı-ayrı şəxslərin və s. könüllü ianələri. Bu vəsait məktəbin əsas fəaliyyəti, idman tədbirlərinin keçirilməsi və sosial inkişafı ilə bağlı məsələlərin həllinə yönəldilir.

Göründüyü kimi Elm və Təhsil Nazirliyinin tabeliyində olan İdman Məktəbləri büdcə vəsaiti ilə bərabər əhaliyə pullu xidmətdən və ödənişli qruplardan əldə olunan gəlirlər hesabına maliyələşir. Belə olan təqdirdə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi son beş il ərzində idman inventarının və avadanlıqların satın alınmasına xərclədiyi on milyonlara hara gedib?

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta ümumtəhsil məktəblərinin idman inventarının və avadanlıqları ilə təminatı da çox zəif olur. Bakı şəhəri və bir sıra iri şəhərlərin orta məktəbləri istisna olmaqla kənd orta məktəblərinin heç biri demək olar ki, idman avadanlıqları ilə təmin edilmirlər. Bir daha sual olunur. Onda son beş il ərzində idman inventarının və avadanlıqların satın alınmasına xərclənın on milyonlara manat hara gedib?

Biz deyək, sözügedən idman inventarı və avadanlıqları təhsil müəssisələrinin balansına yazılır. Qısa müddətdən sonra istifadəyə yararsız kimi silinir. Amma dolayısı yollarla başqa yerlərdə satılır. Bir sözlə, Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi də qazanır, təhsil müəssisələri də.

 

 

Aktulinfo.org

 

 

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Plan, nəzarət, maliyyə savadlılığı və iradə: Pulu düzgün idarə etməyin ƏSAS ŞƏRTLƏRİ
Next: Magistraturaya ixtisas seçimi başlayıb

OXŞAR MÖVZULAR

abdin-cennet

Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub

admin 16/03/2026
rafiq-xtib

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.