Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 14
  • Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 5 il ötür

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 5 il ötür

admin 14/07/2025
qehremanlar

 

Bu gün Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 10 hərbi qulluqçunun şəhid olmasının 5-ci ildönümüdür.

Hər iki hərbi qulluqçu 2020-ci il iyulun 14-də Tovuz döyüşlərində ön xətdə qəhrəmancasına şəhid olublar.

Xalqın yaddaşına “səngər generalı” kimi həkk olan Polad Həşimov

2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutaraq genişmiqyaslı təxribata əl atdı.

14 iyul səhəri Azərbaycan tarixinə qara hərflərlə yazıldı, ancaq bu qara səhifənin içində iki parlaq ad – General-mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev millətin yaddaşında qəhrəmanlıq, şücaət və vətən sevgisinin simvolu kimi həkk olundu. Onların şəhidliyi təkcə ailələri üçün deyil, bütöv Azərbaycan xalqı üçün dərin bir yaraya, həm də oyanışa çevrildi.

.

“Səngər generalı” təxəllüsü ilə tanınan Polad İsrayıl oğlu Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. O, 1976-cı ilin iyul ayında 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşayıbar. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. P.Həşimov 3-cü Ordu Korpusunun komandir müavini – Qərargah rəisi olub. Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi illərdə onun səmimiliyi, sadəliyi, əsgərinə olan qayğıkeş münasibəti hər zaman xatırlanıb.

Onun xidmət yolu çətin döyüş şəraitindən, sərhəd bölgələrindən keçib. Müxtəlif döyüş əməliyyatlarında, xüsusilə də cəbhə bölgəsində fəal iştirak edib. Polad Həşimovun sadə geyimi, əsgərlərlə eyni süfrədə oturması, heç vaxt özünü onlardan üstün tutmaması bu gün də çoxlarının gözündə canlı xatirəyə çevrilib.

İyulun 14-də şəhid olan general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. Onun nəşi iyulun 15-də II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.

O, həmçinin Birinci Qarabağ müharubəsi zamanı Ağdamın Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılıb. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində “Güzgü”, “Koroğlu” və “Ömər” postları uğrunda gedən döyüşlərdə iştirak edib.

Qeyd olunmalıdır ki, P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşlərdə 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb.

Polad Həşimov 28 yaşı olanda “mayor” hərbi rütbəsi alıb və 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

6 il sonra isə Polad Həşimov “polkovnik-leytenant” hərbi rütbəsi alıb və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub. 2013-cü ildə komandiri olduğu hərbi hissələrin birində baş vermiş əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı rütbəsi alınaraq “mayor”a endirilib. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən, Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı təltif olunub.

P.Həşimovun adına Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində park da salınıb.

İyul döyüşlərinin “Artilleriya Allahı” – Polkovnik İlqar Mirzəyev

İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində doğulub. O, 1980-cı ildə Qardabani şəhərində tam orta məktəbin birinci sinfinə daxil olub və 1990-cı ildə məktəbi bitirib. 1991-ci ildə İlqar Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib. 1995-ci ildə “Artilleriya” ixtisası üzrə sözügedən məktəbin məzunu olub.

O, 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Tank Artilleriya Kursantları Taqımının komandiri vəzifəsində xidmət edib. Bundan başqa, 1997-ci il martın 3-dən 1998-ci il yavarın 20-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün Taqım komandiri, 1998-ci il yanvarın 20-dən 1998-ci il noyabrın 11-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin Kursantlar Taborunun Kursantlar Bölüyünün komandiri vəzifəsində xidmət edib.

Qüsursuz xidmətinə görə ona Müdafiə Nazirliyinin 19 oktyabr 1997-ci il tarixli əmrinə əsasən “baş leytenant”, 27 dekabr 2000-ci ildə isə “kapitan” hərbi rütbəsi alıb.

2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olub və 2005-ci il iyulun 2-də təhsilini başa vurub.

2005-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra 2007-ci il yanvarın 7-nə qədər “N” saylı hərbi hissə Komandirinin müavini vəzifəsində xidmət eləmişdir. Daha sonra isə o, 4 il ərzində — 2007-ci il yanvarın 7-dən 2011-ci il iyulun 29-na qədər “N” saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi — Qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsində xidmət edib.

İlqar Mirzəyevin Aprel döyüşlərindəki rolu da danılmazdır. Həmin hərbi əməliyyatlar zamanı “N” saylı hərbi hissənin komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun “yenilməz Ohanyan səddi” olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilmişdir və 7 strateji nöqtə işğaldan azad edilmişdir.

İlqar Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Tovuz döyüşləri isə “Artilleriya Allahı” üçün son oldu.

Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də səhər radələrində Tovuz rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olub. Onunla birgə 3-cü Ordu Korpusunun Komandir müavini olan general-mayor Polad Həşimov, mayor Anar Gülverdi oğlu Novruzov, mayor Namiq Hajan oğlu Əhmədov, gizir İlqar Ayaz oğlu Zeynallı, gizir Yaşar Vasif oğlu Babayev və əsgər Elçin Arif oğlu Mustafazadə də qəhrəmancasına şəhid olublar.

Dəfn mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev telefon vasitəsilə Polad Həşimov və İlqar Mirzəyevin ailə üzvlərinə başsağlığı verib.

İ.Mirzəyev müxtəlif illərdə “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Azərbaycan Silahlı Qüvvələri Veteranı”, “Azərbaycan Ordusunun 100 illiyi” və “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalları ilə təltif olunub.

Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Milli Qəhrəman adı verilib.

Vətən anlayışının sinonimi – Azərbaycan Ordusunun şəhidləri

İyulun 17-dək davam edən Tovuz döyüşlərdə Azərbaycan Ordusunun ümumilikdə 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.

Onların şəhidliyi Azərbaycan cəmiyyətində bəlkə də illərlə yığılıb qalmış susqunluğu pozdu.

İlk dəfə xalq yüz minlərlə insanla küçələrə çıxıb “Şəhidlər ölməz, Vətən bölünməz!” hayqıraraq həm həmrəylik nümayiş etdirdi, həm də böyük Zəfərin ilk işarəsini verdi. Polad Həşimov və İlqar Mirzəyev öz canları ilə millətin ruhunu diriltdilər, Qarabağ məsələsinin unudulmasına imkan vermədilər.

Tovuz döyüşlərindən dörd ay sonra – sentyabrda başlayan 44 günlük Vətən Müharibəsi Polad Həşimovun, İlqar Mirzəyevin və yüzlərlə digər şəhidin qisasını alındı, Azərbaycan torpaqları işğaldan azad olundu. Onların adı bu Zəfərin bünövrəsini qoyanlar sırasında əbədi yaşayacaq.

Polad Həşimov və İlqar Mirzəyev təkcə Azərbaycan Ordusunun zabitləri deyildi – onlar milyonların qəlbində yaşaya bilən, adi bir əsgərdən ən ali rütbəyə qədər yüksələn, sadə qalmağı bacaran, Vətən deyəndə canını əsirgəməyən insanların təzahürüdür. Bu gün onların şəhid olmasının beşinci ili tamam olur, amma əslində onlar hələ də yaşayır – igid əsgərlərin, Vətənin bütövlüyü üçün çalışanların, sadəcə, səssiz qalanların qəlbində…

PAYLAŞIN:

Continue Reading

Previous: “Çelsi” klublararası dünya çempionatının qalibi olub
Next: Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb

OXŞAR MÖVZULAR

baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026
overçuk-ağb-

Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq”

admin 16/04/2026
söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.