Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 15
  • Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsi niyə qoruyur?

Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsi niyə qoruyur?

admin 15/07/2025
adil-k-teqdimat

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeçiliyindəki Pantomima Teatrının vəzifəli şəxslərinin barəsində cinayət məsuliyyəti müəyyən olunsa da nazir Adil Kərimli həmin şəxsləri öz postlarında saxlayıb.

Söhbət Pantomima Teatrının vəzifəli şəxsləri – bədii rəhbər Xanızadə  Bəxtiyar Oktay oğlunun və teatrın baş mühasibi vəzifəsində işləmiş Axundzadə Neli Sabir qızından gedir.

Redaksiyamıza daxil olan rəsmi sənəddən görünür ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi Mehman Hüaeynov mədəniyyət naziri Adil Kərimliyə həmin şəxslərlə bağlı TƏQDİMAT yazıb.

Cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə 232026366 №-li cinayət işi üzrə yazılan TƏQDİMAT-da deyilir:

Həmin cinayət işi 22.11.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş 232026238 nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə ayrıca icraata ayrılmaqla icraatına qəbul edilib istintaqı aparılmışdır.

Cinayət işinin ayrılmasına səbəb və əsas Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 07.02.2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müraciəti əsasında Pantomima Teatrının vəzifəli şəxslərinin barəsində toplanmış materialda cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur.

06.05.2024-cü il tarixdə 232026366 nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 179.2.3, 179.2.4 və 313-cü maddələrinə tövsif edilmişdir.

Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Xanızadə Bəxtiyar Oqtay oğlu Mədəniyyət Nazirliyinin tabeliyində olan Dövlət Pantomima teatrının bədii rəhbəri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək həmin Teatrın baş mühasibi vəzifəsində işləmiş Axundzadə Neli Sabir qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində 01.01.2019-cu il tarixdən 01.11.2022-ci il tarixədək olan müddətdə ayrı-ayrı vaxtlarda bir neçə işçinin əmək haqqı kartını özlərində saxlamaqla  36.000 manat pul vəsaitini mənimsəməklə onlara etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vuraqla mənimsəmə yolu talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişlər.

Beləliklə, cinayət işi üzrə şahid ifadələri və digər həyata keçirilmiş istintaq hərəkətləri ilə müəyyən edilmişdir ki, Dövlət Pantomima Teatrının bədii rəhbəri Xanızadə Bəxtiyar Oqtay oğlu və həmin Teatrın baş mühasibi vəzifəsində işləmiş Axundzadə Nelli Sabir qızı öz qulluq mövqelərindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda mənimsəmə və israfetmə yolu ilə taladığı, o cümlədən dövlət büdcəsinə vurduğu maddi ziyanın məbləği 36.000 manat təşkil etmişdir.

Xanızadə Bəxtiyar Oqtay oğlu və Axundzadə Nelli Sabir qızının əməllərində Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələrinin tərkib əlamətləri vardır.

İş üzrə aparılmış istintaq zamanı Xanızadə Bəxtiyar Oqtay oğlu və Axundzadə Nelli Sabir qızı törətmiş olduqları cinayət əməlləri üzrə özlərini təqsirli bilərək 1 may ayı 2024-cü il tarixdə cinayət nəticəsində pul vəsaitlərini ələ keçirmələrini etiraf edərək törətdikləri əməldən peşman olduqlarını, iş üzrə dəymiş ziyanı tam şəkildə birgə ödədiklərini, onlar tərəfindən vurulmuş ziyanın müvafiq faiz dərəcəsi üzrə dövlət büdcəsinin hesabına ödəniş etməyə hazır olmalarını və cinayət məsuliyyətindən azad edilmələri barədə ibdtidqi istintaq orqanına əriz ilə müraciət edərək mənimsəmə və israf etmə xüsusatı üzrə vurulmuş ziyan qismində 36.000 manat məbləğində pul  vəsaitinin 25 bu məqsədlə dövlət büdcəsinə, eləcə də xüsusən üzrə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun “Azərbaycan Beynəlxalq Bank” ASC-də olan depozit hesabına hər biri 9.000 manat məbləğində pul vəsaitlərini köçürməklə CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində 313-cü maddəsi üzrə ittiham elan edilmiş və 2 may 2024-cü il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilərək ibtidai istintaqa xitam qərarı təsdiq edilmiş və bu barədə müvafiq məhkəmə qərarı ilə təsdiq edilmişdir.

Belə ki, istintaq zamanı toplanılmış işlə əlaqədar olaraq Teatrın vəzifəli şəxslərinin nəzarəti həyata keçirməməsi, vaxtlı-vaxtında zəruri mühasibat sənədlərini yoxlamaması nəticəsində dövlət əmlakının mənimsənilməsinə şərait yaradılmış, Xanızadə Bəxtiyar Oqtay oğlu və Axundzadə Nəlli Sabir qızının törətdikləri cinayətlərin törənməsini şərtləndirmişdir.

Yuxarıdakılara əsasən qeyd olunan sahələrdə yol verilmiş nöqsan və qanun pozuntularının geniş miqyasda olmaqla cinayət hadisəsini doğuran səbəb və şəraitin aradan qaldırılması, həmçinin gələcəkdə oxşar halların baş verməməsi üçün təsirli və kəsərli tədbirlərin görülməsi, o cümlədən yol verilmiş qanun pozuntuları və nöqsanların aradan qaldırılması və gələcəkdə təkrar baş verməməsi üçün zəruri tədbirlər görülməsi üçün bu təqdimi Teatrın işçilərinin iştirakı ilə geniş müzakirəyə təqdim edirsiniz.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 221-ci maddəsinin tələblərini rəhbər tutaraq xahiş edirəm ki, Təqdimat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Dövlət Pantomima teatrının işçilərinin iştirakı ilə geniş formada müzakirə edilərək yol verilmiş qanun pozuntuları və nöqsanların aradan qaldırılması və gələcəkdə təkrar baş verməməsi üçün zəruri tədbirlər görülsün.

Görülmüş tədbirlər barədə qanunla müəyyən edilmiş 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilsin.

Bu təqdimatdan xeyli zaman keçməsinə baxmayaraq, hər iki şəxs hələ də öz vəzifəsində qalır. 
Mədəniyyət nazirinin Antikorrupsiya İdarəsinin tələbini qulaqardına vurması sual doğurur.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənmək cəhdimiz  baş tutmadı.
Mövzuya qayıdacağıq./gununsesi.info

PAYLAŞIN:

Continue Reading

Previous: “DTX-nın “darknet” əməliyyatı sübut etdi ki…” – “Artıq görünməyən internet də nəzarətdədir”
Next: “Putindən məyusam, amma hələ nöqtə qoymuram” – “Mən heç kimə etibar eləmirəm…”

OXŞAR MÖVZULAR

esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.