Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 15
  • İran mətbuatının növbəti hücumu: Qonşunun uğurlarından əzab çəkən “qonşu” jurnalistika…

İran mətbuatının növbəti hücumu: Qonşunun uğurlarından əzab çəkən “qonşu” jurnalistika…

admin 15/07/2025
iran-tehran

 

Son dövrlərdə İran mediasında Azərbaycan əleyhinə kəskin ritorika səngimək bilmir. Qonşu ölkədə Azərbaycanın uğurlu xarici siyasəti diqqətlə izlənilir və yerli media tərəfindən bir çox hallarda təhriflərlə, necə dəyərlər “özlərinə sərf edən şəkildə” təqdim edilir.

Azərbaycana qarşı ritorika kəskinliyini itirmir, çünki daxili-siyasi müstəvidəki uğurlar qısqanclıqla qarşılanır və buna cavab olaraq yalnız iftira, söz oyunları və mətbuatdakı əlaltıların öz yazıları ilə hücumları seçilir.

Bu, İran mediasında uzun illərdir gördüyümüz praktikadır. Odur ki burada təəccüblü bir məsələ yoxdur. Əsas diqqət edilməli məqam isə İran mediasının seçdiyi, özünə “rəhbər” tutduğu tezislərdir.

İranın anti-Azərbaycan ritorikasının yeni dalğası bu üç tezis üzrə formalaşır:

Birinci tezis İrana qarşı 12 günlük müharibə zamanı guya Azərbaycan İsrailə hərbi və kəşfiyyat dəstəyi verməsi ilə bağlıdır.

Bu tezis İranın “KhabarOnline” saytında inkişaf etdirilir.

İran mediası hər zaman olduğu kimi əslində qlobal müstəvidə nümunə sayılan Azərbaycan-İsrail münasibətlərini özünə təhdid olaraq gördüyünü gizlətmir. Bu münasibətlərin bir çox müstəvidə xalqların rifahına əsaslandığını, dövlətlərin maraqlarını təmin etdiyini, hər iki dövlətin bir-biri ilə münasibətlərinin yalnız inkişaf və sabitliyə yönəlmiş olduğunu qəbul etmir, münasibətlərin dinamikasına təkcə rəsmi Tehrana təhdid fonunda nəzər salır, bununla da regiondakı sabitliyə növbəti dəfə təhlükə yaradır və kölgə salmaq niyyətini ortaya qoyur. Bu yolda əsas vasitə kimi isə ənənəvi olaraq məlumatların təhrif edilməsi, əsassız informasiyaların cəmiyyətə təqdim olunmasıdır.

Digər bir tezis isə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Bakı səfəri ilə bağlıdır. Təbii ki, siyasi proseslərin gedişində hər anın öz hökmü var. Yaxın dövrü və cərəyan etmiş prosesləri nəzərə aldıqca, Suriya liderinin Bakı səfəri mühüm tarixi hadisə sayılmalıdır. Qısacası, növbəti uğur, növbəti uğurlu gediş, silsilə şəkildə davam edən uğurların, xarici siyasi kursun növbəti qələbəsi.

Bu mövzunun İran mediasında geniş əks-səda doğurması da məhz bu səbəbdəndir. İran mediası, daha konkret desək, “JamejamOnline” saytı Bakıdakı səfərlə bağlı “Bakıda təkfirçi-sionist toplantısı” başlıqlı məqalə hazırlayır. Bu məqalə isə Azərbaycanın vasitəçiliyi ilə Bakıda baş tutan Suriya-İsrail danışıqları iddiasına əsaslanır, bu danışıqların İrana qarşı yönəlməsi tezisi inkişaf etdirilir. Növbəti dəfə Azərbaycanın xarici siyasi addımları, bu müstəvidə həyata keçirilən tədbirlər, görüşlər reallıq prizmasından deyil, İranın qorxu və ambisiyaları prizmasından təqdim olunur, ənənəvi böhtan, qarayaxma kampaniyası mətbuatın işində kəskin şəkildə nəzərə çarpır.

Üçüncü tezis isə Azərbaycan-Ermənistan liderlərinin Əbu-Dabidə keçirilən danışıqlarında razılıq əldə olunduğu bildirilən Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlıdır.

“ISCA News” nəşri bu danışıqları yenə də öz ölkəsinin qorxuları fonunda işıqlandırır. İranın geosiyasi, geoiqtisadi və tranzit blokadasına salınacağını, Zəngəzur dəhlizinin işə düşməsinin Rusiya və İranın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması cəhdi kimi qəbul edir.

Halbuki bu dəhlizinin açılması halında regiona verəcəyi iqtisadi fayda, xalqların, dövlətlərin inteqrasiyası ilə bölgəmizdə yaranacaq dinc inkişaf potensialı gözardı edilir. İran bölgədə öz maraqları ilə üst-üstə düşməyən istənilən prosesi özünə qarşı addım kimi qiymətləndirir və bu da onun mətbuatında öz əksini tapır.

Göründüyü kimi İran mediasında ölkəmizə qarşı ritorika standart olaraq qalır. Burada mövzunun istər Azərbaycan-İsrail, istər Azərbaycan-Suriya, istərsə də Azərbaycan-Ermənistan münasibətləri olması fərq etmir. Nəticə və yanaşma birmənalıdır. İran mediası Azərbaycanın xarici siyasətində əldə olunan bütün uğurlara qısqanclıqla yanaşmağa davam edir, kəskin ritorikadan əl çəkmir və Azərbaycanı öz xoşniyyətli qonşusu olaraq görmür. Mediadakı bu meyillər, İran mətbuatının dili və yanaşma tərzi ölkələrimiz arasındakı münasibətlərə də mənfi təsir göstərir və bölgəmizdə Azərbaycanın diktə etdiyi və formalaşdırdığı yeni reallıqlara xələl gətirməyə yönəlib. İran mediasında münasibətlərin qarşı tərəfində dayanan ölkə heç bir halda maraqlı deyil, tərəzinin bir gözündə Azərbaycan dayanıbsa, burada işlər dəyişir və mətbuat hücuma keçir. İran mediasında hər zaman oxşar proseslər, oxşar davranışlar, oxşar hücumlar olsa da, bir şeyi dəqiqliklə demək lazımdır ki, bütün bunlar rəsmi Bakı tərəfindən diqqətlə izlənilir və lazım olduğu halda adekvat tədbirlər mütləq görülür.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda bir universitet təhsil haqqını artırdı
Next: TRAMP UKRAYNAYA 17 “PATRİOT” SİSTEMİ GÖNDƏRİR – Putinə 50 gün vaxt verdi

OXŞAR MÖVZULAR

pnvd5UhRVbxb2uiwVkcJaXRGdT6QmyXdbxwJkN5P_1200

Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq

admin 16/03/2026
UstmDLM4xQfHh4JTyBql1cD8drWskYuZ6QStj6JT_1200

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib

admin 16/03/2026
ferid-şhb

Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib”

admin 16/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.