Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 15
  • TRAMP UKRAYNAYA 17 “PATRİOT” SİSTEMİ GÖNDƏRİR – Putinə 50 gün vaxt verdi

TRAMP UKRAYNAYA 17 “PATRİOT” SİSTEMİ GÖNDƏRİR – Putinə 50 gün vaxt verdi

admin 15/07/2025
tramp (2)

 

Bu gün, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Ukraynadakı müharibə, Rusiyaya qarşı sanksiyalar və Amerika silahlarının tədarükü ilə bağlı bir sıra mühüm açıqlamalar verib. Belə açıqlamaların olacağı barədə Tramp Tramp özü 2 gün əvvəl anons vermişdi.

UNIAN-a istinadla Donald Trampın əsas bəyanatlarını dərc edirik:

Ukraynaya silah tədarükü

Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Ukraynaya 17 “Patriot” zenit-raket kompleksinin göndəriləcəyini bildirib. O qeyd edib ki, bu, batareyaları olan tam dəst olacaq və ilk sistemlər çox tezliklə gələcək.

Bundan əlavə, Tramp Ukraynanın təkcə “Patriot” hava hücumundan müdafiə sistemləri almayacağına eyham vurub.

“Ukrayna həm hava hücumundan müdafiə, həm də raketlər, döyüş sursatları və sair üçün həqiqətən böyük miqdarda hərbi texnika əldə edə biləcək”, – ABŞ Prezidenti bildirib.

Tramp həmçinin Ukraynaya silah tədarükü ilə bağlı Avropa İttifaqı ilə razılığın əldə olunduğunu açıqlayıb. O, xərclərin Avropanın üzərinə düşəcəyini qeyd edib.

Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar və tariflər

Bundan əlavə, Tramp 50 gün ərzində Ukrayna ilə atəşkəs razılaşması əldə olunmasa, Rusiyaya 100 faizlik tariflər tətbiq etmək niyyətində olduğunu bildirib. O, həmçinin Rusiya neftini alan digər ölkələrə ikinci dərəcəli sanksiyalar tətbiq etməklə hədələyib.

“Ümid edirəm ki, bunu etmək məcburiyyətində qalmayacağıq”, Tramp əlavə edib.

Putindən məyusluq

Bundan əlavə, Tramp Rusiyaya və Kremlin rəhbəri Vladimir Putinə münasibətini niyə indi dəyişdiyini izah edib. O, rus diktatorunun onu aldatmağa çalışmasından bezdiyini deyib.

“Mən Putinlə tez-tez müharibənin necə bitəcəyi ilə bağlı danışıram. Həmişə telefonu qapayıb deyirəm: “Yaxşı, bu, gözəl telefon zəngi idi”. Sonra Kiyevə raket atırlar və mən deyirəm ki, bu qəribədir. Üç-dörd dəfə belə olandan sonra deyirsən ki, söhbət heç bir məna kəsb etmir. O, bir çox insanı aldatdı, Klintonu, Buşu, Obamanı, Baydeni aldatdı”.

Trampın sözlərinə görə, Rusiyanın ABŞ ilə ticarət üçün “böyük potensialı” var. Lakin ondan Ukraynaya qarşı müharibə üçün istifadə edir.

“Düşünürəm ki, Putinin nöqteyi-nəzərindən bir ölkənin iqtisadiyyatının məhv olması yaxşı hal olmaz. O, öz iqtisadiyyatını xilas etməlidir. Müəyyən mənada ölkəsini xilas edə bilər. Amma Rusiya iqtisadiyyatı çökə bilər. Potensial olaraq, bu, böyük ölkədir. Amma iqtisadiyyatına baxın. Və “50 gün” təhlükədir. Bu, çox ağır zərbə vuracaq”, – Tramp deyib.

ABŞ Prezidenti Rusiya Prezidentindən məyus olduğunu vurğulayıb. O qeyd edib ki, Kreml rəhbəri ilə atəşkəslə bağlı danışıqlar apara biləcəyini düşünür.

Həmçinin, Tramp NATO-nun baş katibi ilə görüşü zamanı ukraynalıların Rusiyaya qarşı döyüşlərdə böyük şücaət göstərdiyini bildirib. O qeyd edib ki, eyni zamanda Rusiya Ukrayna şəhərlərinə hər gün yüzlərlə pilotsuz təyyarə və raket buraxır.

“Onlar sadəcə çaxnaşma salırlar, şəhərləri vururlar. Bu, həqiqətən də dəhşətlidir. Bu o deməkdir ki, çoxlu insanlar ölür, həmçinin infrastruktur, bütün şəhər məhv olur”, – ABŞ Prezidenti əlavə edib.

NATO Ukraynaya silahları sürətlə ötürəcək

NATO-nun baş katibi Mark Rutte birgə mətbuat konfransında ABŞ Prezidenti Donald Trampa Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib. O, Alyansın pulu necə ödəyəcəyini və silahların Ukraynaya tez təhvil verəcəyini açıqlayıb.

Rutte qeyd edib ki, Ukraynaya silah göndərilməsinin əvəzini Avropa ölkələri ödəyəcək. O hesab edir ki, bu, tamamilə məntiqlidir.

“Almaniya, Finlandiya, Danimarka, İsveç, Norveç, Hollandiya Krallığı, eləcə də Kanada – onların hamısı bunun bir hissəsi olmaq istəyir. Bu, yalnız birinci dalğadır. Başqaları da olacaq. Biz ukraynalıların nəyə ehtiyac duyduğunu bilirik. Biz NATO sistemləri vasitəsilə silah paketlərini onlara ötürəcəyik”.

PAYLAŞIN:

Continue Reading

Previous: İran mətbuatının növbəti hücumu: Qonşunun uğurlarından əzab çəkən “qonşu” jurnalistika…
Next: Zəngəzur dəhlizinin icarəyə verilməsi… – Azərbaycan razılaşacaqmı?

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.