Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin üçtərəfli görüşləri artıq uzun müddətdir keçirilmir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında deyib.
“Bunun səbəbi sənədlərin fərqli şərh olunması, bəzi praktiki problemlər və qarşılıqlı etimadsızlıqdır”, – o qeyd edib.
