Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 19
  • Tramp Avropanı təhdid edir: Ən çox hansı ölkələr zərər görəcək?

Tramp Avropanı təhdid edir: Ən çox hansı ölkələr zərər görəcək?

admin 19/07/2025
tramp_ai

 

ABŞ Prezidenti Donald Tramp qərarları ilə dünyanı heyrətləndirməyə davam edir. Bu dəfə Meksika və Avropa İttifaqından (Aİ) gələn mallara 30% rüsum tətbiq etdiyini açıqlaması dünyada şok effekti yaradıb. Mexiko və Brüsselə göndərdiyi iki mesajda Ağ Evin rəhbəri bildirib ki, avqustun 1-dən etibarən Aİ ilə mövcud olan ticarət kəsirini aradan qaldırmaq üçün bu ölkələrdən gələn mallara 30% rüsum tətbiq edəcəklər. Ardınca da danışıqların davam etdirilməsinin mümkünlüyünü də istisna etməyib. Oxşar mesajı Mexikoda da alıblar. Əksəriyyət proqnoz edir ki, bu qərarın həm Avropa İttifaqının, həm də ABŞ-nin iqtisadiyyatı üçün çox böyük mənfi nəticələri olacaq. Bundan əvvəl Tramp Aİ-ni 50%-lik rüsum tətbiq etməklə hədələmişdi. Bununla belə, hətta 30%-lik tarif Aİ iqtisadiyyatı üçün çox böyük nəticələrə səbəb ola bilər.

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik:

İşgüzar aləm narahatdır

ABŞ işgüzar aləmi prezidentin məlum qərarlarından narahatdır. Onu qorxudan odur ki, iqtisadi daralma ölkəni tənəzzülə uğrada və qlobal iqtisadi artımı yavaşlada bilər. Düzdür, Tramp azalmanın sələfi Co Baydenin dövründən başladığını bildirir, lakin ekspertlər bunun idxalda görünməmiş artımla əlaqədar olduğunu söyləyirlər. Mövcud durum ondan ibarətdir ki, Trampın tətbiq etdiyi tariflər, onlara cavab olaraq ABŞ-yə qarşı atılan addımlar dünya iqtisadiyyatında böyük xaos yaradıb. ABŞ-nin analitik mərkəzləri, tanınmış alim və iqtisadçılar verilən qərarların ölkənin özünə daha çox mənfi təsir edəcəyinə dair xəbərdarlıqlarla çıxış edirlər.

Aİ-nin yeni tərəfdaşı Çin olacaq?

Trampın məktubuna Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin cavabı belə olub ki, Aİ ixracına 30% tarif tətbiq etmək Atlantik okeanın hər iki tərəfindəki biznes və istehlakçıların zərərinə olacaq, əsas transatlantik təchizat zəncirlərini sarsıdacaq. Onun sözlərinə görə, Aİ-nin maraqlarını qorumaq üçün bütün lazımi addımlar atılacaq, müvafiq cavab tədbirləri görüləcək. Əlavə edib ki, Aİ yeni ticarət tərəfdaşları da axtaracaq. Yeni ticarət tərəfdaşı dedikdə, çox güman ki, Çin nəzərdə tutulur. Bu da o deməkdir ki, Avropa Çinlə onsuz da genişlənən əməkdaşlığı daha da artıracaq. “Bild”in məlumatına görə, Almaniya Kansleri Fridrix Merts ABŞ ilə tarif danışıqlarının uğursuz olacağı barədə xəbərdarlıq edib.

Meksika Prezidenti Klaudiya Şeinbaum razılıq əldə olunacağına əminliyini ifadə edib: “Biz ABŞ hökuməti ilə hansı sahələrdə işləyə biləcəyimizi çox yaxşı bilirik. Bir məsələ var ki, o, heç vaxt danışıqlar mövzusu ola bilməz: bu da ölkəmizin suverenliyidir”.

Qeyd edək ki, Tramp Aİ və Meksika ilə yanaşı, Kanada, Yaponiya və Braziliya da daxil olmaqla, 23 digər ticarət tərəfdaşına da oxşar məzmunlu məktublar göndərib. Bu məktublarda 20%-dən 50%-ə qədər dəyişən ümumi tariflər, eləcə də mis idxalına qarşı 50% rüsum tətbiqi nəzərdə tutulub.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ABŞ-nin Aİ-yə 30 faizlik gömrük rüsumunu qəti şəkildə bəyənmir. İtaliya isə ümid edir ki, ABŞ ilə ədalətli tarif razılaşması əldə olunacaq.

Ən çox hansı ölkələr zərər görəcək?

İddialara görə, bu məsələdə daha çox itirən iki ölkə ola bilər. ABŞ-nin avtomobil, polad və dəzgahlar üçün əsas bazar olduğu Almaniya ilə birlikdə, inkişaf etmiş əczaçılıq sənayesi ilə İrlandiya ön sıralardadır. Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniya ixraca arxalandığı üçün xüsusi təzyiq altındadır: böyük avtomobil, kimya, polad və maşınqayırma sənayeləri sayəsində ABŞ ilə 84.8 milyard dollarlıq ticarət profisiti var. “Mercedes-Benz”in gəlirinin 23%-i ABŞ-nin payına düşür. Müvafiq olaraq 44 milyard və 16.4 milyard dollar profisitlə İtaliya və Fransa daha az təsirə məruz qalacaq. Bununla belə, bəzi sektorlar ciddi təhlükə altındadır. İspaniya kimi hər iki ölkənin qida və şərab sektorları xüsusilə təsirlənəcək. 30 faizlik tarif Fransanın şərab və spirtli içkilər sektoru üçün “fəlakət” ola bilər. Almaniya kimi İtaliya da avtomobil sektorundakı vəziyyətdən narahatdır. Avstriya və İsveçin də ABŞ ilə ticarət profisiti müvafiq olaraq 13.1 milyard dollar və 9.8 milyard dollardır. İrlandiya 86.7 milyard dollarla Aİ üzvləri arasında ən böyük profisitə malikdir. Bu, əsasən “Pfizer”, “Eli Lilly” və “Johnson & Johnson” kimi böyük Amerika dərman şirkətlərinin mövcudluğu ilə bağlıdır.

Dünya mediası Trampın yeni təhdidləri haqqında

ABŞ Prezidentinin həmkarlarına məktublar göndərərək yeni tarifləri elan etməsi dünya mediasında da ən çox müzakirə olunan mövzuya çevrilib. Bəzi ekspertlər Donald Trampın təşəbbüslərinə sakit yanaşır, kompromis əldə etmək üçün vaxtın olduğunu xatırladırlar. Digərləri isə əksinə, bunu Ağ Ev rəhbərinin öz tərəfdaşlarına danışıqlardan yorulduğunu və bütün hədələrini həyata keçirməyə hazır olduğunu çatdırmaq cəhdi kimi qiymətləndirir. “Financial Times” yazır ki, “ABŞ-nin iki ən yaxın müttəfiqi və ticarət tərəfdaşı üçün yeni tariflərin tətbiqi perspektivi fırtına effekti yaratdı. 30 faizlik təhdid, kompromis danışıqlarına cəmi iki həftə qalıb”.

“Bloomberg” isə yazıb ki, dünya ölkələri razılaşma əldə etməyə çalışdıqca Trampın səbri tükənir: “Mesaj aydın idi: Tramp birtərəfli tariflər tətbiq etmək təhdidinə əməl edəcək. Aprel ayında bazarları tələf edəndən fərqli olaraq, daha bir tarif dalğası gəlir”.

Tramp ABŞ-nin dünyadakı mövqeyini sarsıdırmı?

Ekspertlərin fikrincə, Trampın hamıya qarşı tarif aqressiyası ABŞ-nin etibarlı müttəfiq, azad dünyanın lideri kimi reputasiyasını aşağı salır. Bu, ticarət tərəfdaşları üçün deyil, ABŞ-nin özü üçün problemlər vəd edir. Kato İnstitutunun xarici ticarət üzrə eksperti Kolin Qrabou deyir: “Tramp tarif qadağasını yelləyir və ABŞ-nin dünyadakı mövqeyini sarsıdır. O, uzun müddətdir davam edən müttəfiqlərinin qəzəbinə tuş gəlir və Amerikanı son dərəcə etibarsız tərəfdaş kimi qələmə verir”.

İddialara görə, Tramp sözünün üstündə durmur. O, dəfələrlə öz tarif sövdələşmələrini pozub və sabah başqa bir şeydən inciməyəcəyinə və tarifləri qaldıracağı ilə hədələməyəcəyinə zəmanət yoxdur. ABŞ-nin nüfuzu və iqtisadi itkiləri artdıqca, Trampın danışıqlarda mövqeyi hər gün zəifləyir. Bununla belə, Trampın tarif xaosunun bir səhv deyil, bir xüsusiyyət olduğunu düşünənlər var.

PAYLAŞIN:

Continue Reading

Previous: Onlar İlham Əliyevdən öyrənməyə çalışırlar… – Markov
Next: “Tramp Zelenskiyə hücuma keçməyi təklif edib” – “O, silah satışına ona görə razılıq verib ki…”

OXŞAR MÖVZULAR

hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026
2026-04-11-18-28-36XltjKNm8LhIHWHQAAgo4_file

İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir

admin 20/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.