Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 21
  • Rəfail Mehraliyev hər şeyə qadir “FƏZA-F” şirkətinə bu dəfə də dörd yüz min manat verdi

Rəfail Mehraliyev hər şeyə qadir “FƏZA-F” şirkətinə bu dəfə də dörd yüz min manat verdi

admin 21/07/2025
rafail-meh

 

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi “İtlər üçün quru yemin satın alınması” üzrə 17.03.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “FƏZA-F” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 425.685 manat dəyərində satınalma müqaviləsinin bağlanılması gözlənilir. Məlumat satınalmaların portalında 16.07.2025-ci ildə dərc edilib.

Şərtlər toplusuna görə  “Fəza-F” MMC Sanitariya və Texniki Təmizlik İdarəsində saxlanılan sahibsiz itlər üçün 150 ton quru yem alacaq.

Qeyd edək ki, bu Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi ilə “FƏZA-F” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Ümumiyyətlə “FƏZA-F”  MMC Sanitariya və Texniki Təmizlik İdarəsindən başqa heç bir qurumun satınalmalarında iştirak etməyib.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FƏZA-F”   (VÖEN: 2902898611) Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2013-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, SARI-QAYA BAĞLAR MASSİVİ, qanuni təmsilçisi kimi isə Ağayev Fizuli Telman  oğlu qeyd olunub.

Dövlət  Vergi xidmətinin məlumatlarından da göründüyü kimi “FƏZA-F”  MMC 2013-cü ildə dövlət qeydiyyatına alınib. Amma tender bazarına 2022-ci ildə girib və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə 153.520 manat dəyərində Kamaz və Maz markalı avtomobillər üçün ehtiyyat hissələri satıb. Daha sonra MMC Texniki Təmizlik İdarəsinə xüsusi təyinatlı müxtəlif avtonəqliyyat, maşın-mexanizmlərinin təmiri üçün ehtiyat hissələri və sürtgü yağları, texniki məqsədlər üçün emal edilməmiş xam duz, maşın-mexanizmlərə tələb olunan avadanlıqlar və təmir üçün mal materiallar, o cümlədən xüsusi təyinatlı nəqliyyat vasitələrinə ehtiyat hissələri satıb.

Ümumiyyətlə isə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi ilə “FƏZA-F” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 05.03.2022-ci ildən 16.07.2025-ci il qədər ümumi dəyəri 1334625 manat dəyərində 6 satınalma müqaviləsi bağlanılıb.

Daha ətraflı araşdırdıqda məlum oldu ki, Sanitariya və Texniki Təmizlik İdarəsi ilə “FƏZA-F” MMC arasında bağlanılan müqavilələrdən sözügedən dövlət qurumunun rəhbərinin heç xəbəri olmur. Belə ki, onlar yalnız Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev göstərişlərini yerinə yetirir, ancaq sənədlərə qol çəkirlər. Əldə etdiyimiz məlumatlara görə bu Sanitariya və Texniki Təmizlik İdarəsinə aid deyil. Ümumiyyətlə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan qurumların keçirdiyi satınalmalarda əsas söz sahibi Rəfail Mehraliyevdi və hansı tenderə nə qədər vəsaitin ayrılmasına və hansı şirkətin qalib olacağını əvvəlcədən məhz o müəyyənləşdirir.

Qeyd edək ki, elektron medianın hələ bir neçə il öncə yaydığı məlumatlara görə Rəfael Mehralıyevin əmlaklarının sayı-hesabı bilinmir. Az qala hər ay onun Azərbaycanda və Türkiyədə biznesinin yeni siyahısı təzələnir. Mediada yayılan xəbərlərə istinadən Mehrəliyevin əmlakına bir nəzər salaq: Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi, həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb, İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyin obyekt və s.

Türkiyədə Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər… Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfael Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib. Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır. Türkiyə reyestrində ər-arvadın ünvanı eyni göstərilib – Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehralıyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.

Medaida yayılan məlumatlardan da göründüyü kimi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev sayı-hesabı bəlli olmayan mülklərə, var dövlətə sahibdi. Bu imkanları Rəfail Mehraliyev Bakı şəhərinin abadlaşdırılması, təmir tikinti işlərinə ayrılan dövlət vəsaitlərini yaxın şirkətlərinin hesabına köçürməklə əldə edib və etməkdədir. Sahibsiz itlər üçün quru yemin satın alınmasına ayrılan yarım milyon manat yaxın vəsait də onlarda biri, “FƏZA-F” MMC də Rəfail Mehraliyevə məxsus onlarla şirkətin biridir.

 

Aktualinfo.org

 

P.S. Qarşıda sahibsiz itlər üçün yaş yemin alınması da var hələ…

 

PAYLAŞIN:

Continue Reading

Previous: Əliyev Rusiyadan rəsmi etiraf tələb etdi – Xarici KİV
Next: Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb – BİRGƏ MƏLUMAT

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.