Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 21
  • Sağlam həyat tərzi ilə yüksək təzyiqin qarşısını almaq mümkündür – Tünzalə Seyidəliyeva

Sağlam həyat tərzi ilə yüksək təzyiqin qarşısını almaq mümkündür – Tünzalə Seyidəliyeva

admin 21/07/2025
sehiyye

 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun kardioloqu Tünzalə Seyidəliyeva müsahibə verib.

Müsahibəni təqdim edir.

– Tünzalə xanım, əvvəlcə izah edin, arterial hipertoniya nədir?

Arterial hipertoniya (yüksək qan təzyiqi) – qan damarlarının divarlarına göstərilən təzyiqin normadan artıq olması ilə xarakterizə olunan bir haldır. Qan təzyiqi iki göstəricidən ibarətdir: sistolik (yuxarı) və diastolik (aşağı). Normal göstərici 120/80 mm civə sütunu hesab olunur. Əgər təzyiq 130/80 mm Hg və ya daha yüksəkdirsə, bu artıq hipertoniya sayılır.

Hipertoniya ürək, beyin, böyrəklər və digər orqanlar üçün ciddi fəsadlar yarada bilər. Müalicə olunmadıqda, infarkt, insult, böyrək xəstəlikləri və digər həyati təhlükəli hallara səbəb ola bilər. Əlamətləri bəzən hiss olunmur, bu səbəbdən müntəzəm təzyiq ölçmək vacibdir.

Hipertoniya üç mərhələdə təsnif olunur:

1-ci mərhələ (yüngül): 130–139/80–89 mm Hg

2-ci mərhələ (orta): 140–159/90–99 mm Hg

3-cü mərhələ (ağır): 160/100 mm Hg və daha yuxarı

Əksinə, hipotoniya zamanı təzyiq 90/60 mm Hg-dan aşağı olur. Hər iki vəziyyətin yaranmasına yaş, genetika, həyat tərzi, xroniki xəstəliklər və digər amillər təsir edir.

– Hipertoniya əsasən hansı yaş qruplarında müşahidə olunur?

– Ən çox yaşlı insanlarda rast gəlinir. Yaş artdıqca damarların elastikliyi azalır, bu da təzyiqin yüksəlməsinə gətirib çıxarır. Xüsusilə 60 yaşdan yuxarı şəxslər risk qrupundadır.

Bununla belə, 40–60 yaş arası insanlar da risk altındadır. Burada düzgün olmayan qidalanma, fiziki passivlik, stres, siqaret, spirtli içkilər və irsiyyət əsas rol oynayır. Hətta 30 yaşdan aşağı şəxslərdə də bu hal qeydə alınır – xüsusilə ailə üzvlərində hipertoniya olanlarda və sağlam olmayan həyat tərzi keçirənlərdə.

Bəs xəstəliyin əsas yaranma səbəbləri nələrdir?

– Hipertoniya əsasən iki formada olur:

Birincili (əsas) hipertoniya – ən geniş yayılmış növdür. Əsas səbəbi bilinmir, lakin genetik meyllilik, yaş, qeyri-sağlam həyat tərzi kimi faktorlarla bağlıdır.

İkincili hipertoniya isə konkret bir xəstəlik və ya vəziyyətlə əlaqəlidir: məsələn, böyrək problemləri, hormonal pozğunluqlar (tiroid, adrenal və ya hipofiz bezləri ilə bağlı), yuxu apnesi və ya bəzi dərman preparatlarının istifadəsi nəticəsində yaranır.

Fiziki passivlik, artıq çəki, duzlu qidalar, siqaret və alkoqol da hipertoniya riskini artıran amillərdir.

– Təzyiqi evdə ölçmək mümkündürmü?

– Bəli, mümkündür və bu, təzyiqin effektiv nəzarətində vacib rol oynayır. Ən çox istifadə olunan üsul avtomatik qan təzyiqi ölçən cihazlardır. Xüsusilə qolda ölçən cihazlar daha dəqiq nəticə verir.

Təzyiqi ölçərkən aşağıdakı qaydalara əməl etmək vacibdir:

Ölçmədən əvvəl 5 dəqiqə sakit oturun

Siqaret, qəhvə və ya fiziki fəaliyyət ölçmədən əvvəl olmamalıdır

Qol səviyyəsində və rahat vəziyyətdə oturaraq ölçün

Hər iki qoldan ölçməyi və nəticələri müqayisə etməyi tövsiyə edirik

Həftədə bir neçə dəfə ölçmək faydalıdır, lakin yüksək təzyiq hallarında gündəlik nəzarət daha doğrudur

– Hipertoniya necə diaqnoz qoyulur?

– Diaqnozun qoyulmasında əsas amil – təzyiqin mütəmadi ölçülməsidir. Adətən üç fərqli gündə, müxtəlif saatlarda ölçmələr aparılır. Çünki təzyiq bir dəfəlik ölçmə ilə səhv nəticə verə bilər – stres və ya mühit təsirindən müvəqqəti yüksək ola bilər.

Ev şəraitində ölçmələrə əlavə olaraq, həkim tərəfindən 24 saatlıq ambulator monitorinq (Holter monitorinq) də təyin oluna bilər. Bu, gün ərzində təzyiqin necə dəyişdiyini izləməyə imkan verir.

Bundan əlavə, aşağıdakı müayinələr aparılır:

Qan və sidik analizləri – hipertoniya səbəblərini və digər xəstəlikləri müəyyənləşdirmək üçün

EKQ – ürəkdə hipertoniya nəticəsində yaranan dəyişiklikləri aşkar etmək üçün

Exokardioqrafiya (ürək USM) – ürək divarlarında qalınlaşma və digər dəyişiklikləri görmək üçün

Böyrək funksiyası testləri – çünki böyrəklərlə bağlı problemlər də təzyiqi artıra bilər

Ümumiyyətlə, hipertoniya ciddi nəzarət tələb edən bir xəstəlikdir. Onun vaxtında aşkarlanması və müalicəsi sağlam həyatın əsas şərtidir.

PAYLAŞIN:

Continue Reading

Previous: Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb – BİRGƏ MƏLUMAT
Next: Peşə təhsilində ən çox yer ayrılan ixtisaslar açıqlandı

OXŞAR MÖVZULAR

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.