Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 21
  • Yaxın zamanlarda sülhlə bağlı xoş xəbərlər ola bilər

Yaxın zamanlarda sülhlə bağlı xoş xəbərlər ola bilər

admin 21/07/2025
tttt

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf-a müsahibəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Eürmənistan arasında sülh prosesi, Zəngəzur dəhliz ətrafında artan müzakirələrdən danışıb.

Onunla müsahibəni təqdim edirik.

– Mətin bəy, Əbu-Dabi görüşündən sonra ABŞ tərəfindən Azərbaycan və Ermənistan arasında sülhə dair açıqlamalar verilir. Trampın birbaşa səsləndirdiyi sülh ritorikası var. Qısa zamanda sülh əldə edilə bilər deyə açıqlamalar verilir. Proses hansı səviyyədədir?

– Azərbaycan Prezidentinin, eyni zamanda ABŞ liderinin və Ermənistan rəsmilərinin səsləndirdiyi fikirlərdən də aydın olur ki, yaxın zamanlarda sülhün əldə olunması mümkün görünür. Xüsusi ilə də, Birləşmiş Ərəb Əmirliklərində, Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli formatda baş tutan görüşdən sonra Bakı və İrəvandan sülhlə bağlı müsbət mesajlar verilir. Xankəndidə keçirilən forumda Prezident İlham Əliyev də bildirdi ki, yaxın zamanlarda sülhlə bağlı xoş xəbərlər ola bilər. Azərbaycan sülhün əldə olunmasında maraqlıdır. Bu mənada verilən mesajlar, açıqlamalar Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində ciddi addımlar atılacağı ehtimalını gücləndirir. Eyni zamanda regionda və qlobal miqyasda cərəyan edən proseslər də Bakı ilə İrəvan arasındakı sülh prosesi perspektivinə inamı artırır.

– Tərəflərin sülhə yaxın olduğuna dair verilən mesajlar var. Bakı və İrəvanın sülh hazırlıqlarını necə dəyərləndirirsiniz? Hər iki tərəfdən verilən təmkinli açıqlamalar nədən xəbər verir?

– Azərbaycan regionda daimi sülhün təmin olunmasında maraqlıdır. II Qarabağ müharibəsindən sonra iki ölkə arasında başlanan sülh prosesinin də təşəbbüskarı məhz Azərbaycan olub. Rəsmi Bakının təklif etdiyi prinsiplərlə iki ölkə arasında sülh gündəliyi formalaşıb. Bu mənada Azərbaycanın sülhlə bağlı mövqeyi dəyişməz olaraq qalır. Təbii ki, sülhün əldə olunması üçün Ermənistan tərəfi də konkret addımlar atmalıdır. Yalnız ritorika ilə deyil, praktik addımlarla fundamental sülhə nail olmaq mümkündür. Azərbaycanın sülh prosesi ilə bağlı irəli sürdüyü haqlı, legitim şərtlər Ermənistan tərəfindən qəbul edilməlidir. Prezident İlham Əliyev Xankəndidəki forumda da bir daha bəyan etdi ki, iki məsələdə Ermənistan konstruktiv mövqe sərgiləməlidir. Yalnız bundan sonra Ermənistanla sülh müqaviləsi imzalamaq mümkün ola bilər. Bu Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan iddiaların aradan qaldırılması və ATƏT-in Minsk qrupundan imtina ilə bağlıdır. Görünən isə odur ki, əvvəlki illərlə müqayisədə Ermənistan hakimiyyəti bu şərtlərin icrası ilə bağlı pozitiv görünməyə çalışır.

– Zəngəzur dəhlizinin ABŞ tərəfindən icarəyə götürülməsi ilə bağlı açıqlamalar var. Rəsmi İrəvan bunu indiki halda təkzib etsə də, Paşinyan bundan öncə hansısa şirkətin nəzarəti ilə bunun mümkünlüyünü qeyd etmişdi. Dəhlizin bu mexanizmlə açılması mümkün ola bilərmi?

– Ermənistan hakimiyyəti son zamanlar, xüsusi ilə də, Əbu-Dabi görüşündən sonra Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli açıqlamalar verir. Onlar bir tərəfdən bunun mümkün olmadığını bildirirlər və s. Amma Ermənistanın Baş naziri bir müddət öncə bəyan etmişdi ki, hansısa bir şirkət yaradıla və o Zəngəzurdan keçən kommunikasiya xəttlərinin idarəçiliyini üzərinə götürə bilər. Azərbaycan tərəfi üçün vacib olan odur ki, Zəngəzurda maneəsiz keçid prinsipi təmin edilsin. Yəni, Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz gediş- gəlişə şərait yaradılsın. Sözsüz ki, Zəngəzurdan keçən kommunikasiya xəttinə nəzarətlə bağlı Ermənistanın kiminlə razılığa gələcəyi onların daxili işidir. Bu məsələnin Azərbaycana aidiyyatı yoxdur.

– Dəhlizin açılmasına dair səslənən əsas arqumentlərə qarşı hansı prinsiplər əsas götürülə bilər?

– Sözsüz ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı da ümidlər xeyli artıb. Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi prinsipial mövqe və Ermənistan hakimiyyətinin verdiyi müəyyən açıqlamlar da buna dəlalət edir. Konkret hansısa bir şirkətin idarəçiliyi ilə Zəngəzur dəhlizinin açılması mümkündür. Paşinyan hansısa şirkətin idarəçiliyi ilə dəhlizin açılmasını Ermənistan daxilində olan bəzi buna oxşar nümunələrlə fikirlərini əsaslandırmışdı. Qeyd edilmişdi ki, hansısa şirkətin yaradılması və kommunikasiya xəttlərinin onun idarəçiliyində açılması Ermənistanın suverenliyini pozmur.

PAYLAŞIN:

Continue Reading

Previous: İranda Allaha inanmayanların sayı… – Heyrətamiz nəticə
Next: III Şuşa Qlobal Media Forumu – Qətiyyətin daha bir adı

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.