Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 22
  • Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: Bu, açıq dəstəkdir

Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: Bu, açıq dəstəkdir

admin 22/07/2025
tofiq-zulfuqarov

 

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, son zamanlar ABŞ Administrasiyası, xüsusilə Prezident Donald Tramp tərəfindən Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dair müsbət mesajlar verilir. Eyni zamanda Tramp Prezident İlham Əliyevin Xankəndidə keçirilən “Qlobal Şuşa Media Forumu – 2025”dəki çıxışını özünün rəsmi “Truth Social” hesabında paylaşıb. Ağ evin bölgəyə, Azərbaycana artan marağı nə ilə bağlıdır?

– Öncə onu vurğulamaq lazımdır ki, Ağ Ev Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə heç də vasitəçi prinsipi ilə yanaşmır. İndiki ABŞ Administrasiyasının prosesə münasibəti Bakı ilə İrəvanın razılaşdırdığı çərçivə sülh sənədinə olan yanaşmadır. Eyni zamanda iki ölkə arasında kommunikasiya xəttlərinin açılması məsələsi də həll olunmalıdır. Bu məsələnin həll olunması mövzusu gündəmdədir. Burada ABŞ vasitəçilik deyil, sadəcə olaraq, öz imkanlarından istifadəni təklif edir. Sözsüz ki, bu siyasi fəallıq fonunda ABŞ-nin mövqeyi və nüfuzu artacaq. Bu xüsusda Trampın bu bölgədə fəallığı Türkiyənin əsas vasitə olmasını nəzərdə tutur. Ağ Ev Administrasiyasının buna aid fikirləri də artıq bəyan edilib ki, onların bu bölgədə əsas partnyoru Türkiyədir. Məhz bu kontekstdə bir neçə müsbət faktorlar üst-üstə gəlir. Azərbaycanla Rusiya arasında gərginliyin əsas səbəblərindən biri də Zəngəzur dəhlizinə dair mövzudur. Bu mənada Trampın Prezident İlham Əliyevin Xankəndidə keçirilən “Qlobal Şuşa Media Forumu – 2025”dəki çıxışını özünün rəsmi “Truth Social” hesabında paylaşması növbəti siyasi dəstəkdir. Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərə Ağ Ev Administrasiyasının dəstəyi böyük əhəmiyyət kəsb edir. ABŞ və Azərbaycan arasında münasibətlər Bayden (sabiq ABŞ Prezidenti Cozef Bayden) Administrasiyasından sonra bərpa, inkişaf dövrünü yaşayır. Bu Amerika tərəfindən Azərbaycanla bağlı son 10 gün ərzində verilən üçüncü müsbət siyasi mesajdır. Tramp özünün sosial media hesabında Azərbaycan Prezidentinin fikirlərini paylaşmaqla yanaşı, buna qədər iki dəfə mühüm siyasi bəyanat səsləndirib. ABŞ-nin daha aktiv şəkildə bu mövzu ilə məşğul olmağa hazır olduğu verilən bu mesajlarda aydın görünür.

– ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması ilə bağlı müsbət mesajları hansı geosiyasi maraqlara və ya ehtimallara əsaslanır? Ağ Ev bu məsələdə nə qədər irəliyə gedə bilər?

– Bu, ilk növbədə Ermənistana aid bir məsələdir. Keçmiş ABŞ Administrasiyasının fəaliyyəti İrəvanın mövqeyinə dəstək şəklində qurulmuşdu. İndiki ABŞ Administrasiyası daha çox balanslaşmış yanaşma sərgiləyir. Bu da çox vacibdir. Azərbaycan Prezidenti də bu müsbət dinamikani xüsusi ilə qeyd edib. Ağ Evdən Prezident İlham Əliyevin bəyanatına verilən dəstək bu mənada olduqca önəmlidir. Bütün bunlar yeni ABŞ Administrasiyası ilə rəsmi Bakı arasında olan münasibətin açıq təzahürüdür. Sözsüz ki, bu cür təmaslar nəticəsində əldə olunan müsbət dinamika hansısa nəticələri əldə etmək üçün başlıca zəmin yaradır.

– Zəngəzur dəhlizinin açılması məsələsində ABŞ-nin rolu və maraqları nədən ibarət ola bilər? Söhbət Zəngəzur dəhlizinin Amerikanın nəzarətində və ya icarəsi əsasında 100 illik bir dönəm üçün fəaliyyətindən gedirsə, burada real hüquqi və diplomatik prinsiplər necə müəyyənləşəcək?

– Hazırda bu mövzuya aid danışıqlar davam edir. Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyan da Zəngəzur dəhlizinə üçüncü tərəfin nəzarəti ilə bağlı təkliflər irəli sürdüyünü açıqlamışdı. Azərbaycanın bu məsələdə münasibəti birmənalı deyil. Amma buna rəğmən bu mövzuya aid çox böyük nəticə əldə olunub. Artıq Azərbaycanın iki hissəsi arasında əlaqə mövzusu ölkəmizin geopolitik hədəfidir. Bu, həmçinin geopolitik ciddi oyunçuların mövzusu kimi beynəlxalq gündəmdə mövcuddur. Müxtəlif paytaxlarda bu məsələyə aid səslənən bəyanatlar da buna dəlalət edir. Vaşinqtondan başqa Avropanın bəzi paytaxlarından, Moskva və Tehrandan səslənən bəyanatlar onu göstərir ki, artıq beynəlxalq oyunçular bu mövzuya və Azərbaycanın tələbinə diqqət yetirirlər. Bunun müqabilində Azərbaycan üçün hansısa variant qəbul edilə bilər.

PAYLAŞIN:

Continue Reading

Previous: Tramp Əliyevin Xankəndidəki bu çıxışını paylaşdı
Next: Rusiya Aİ-nin yeni sanksiyalar paketinə qarşı bu tədbiri gördü

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.