Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 6
  • Zaur Mikayılova sual olunur – Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək

Zaur Mikayılova sual olunur – Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək

admin 06/08/2025
rəşad-ş-adsea

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Şəmkirçay su anbarı və Magistral Kanalların İstismarı idarəsi 05.08.2025-ci il tarixdə dövlət satınalmalarının portalında bir tenderin nəticəsini dərc edib. Bir mənbədən satınalma metodu tətbiq edilmiş tenderin qalibi “Su Tikinti-Təmir” MMC qalib seçilib və tərəflər arasında 1.200.000 manat dəyərində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, artıq iki ildir ki, Azərbaycanda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti adlı qurum yoxdu. Prezident İlham Əliyevin 30.03.2023-cü il tarixli fərmanı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ləğv edilib. Fərmanla qurumlar Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərkibinə verilib.

Prezident İlham Əliyevin 17.11.2023-cü ildə imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərmana əsasən  “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti yaradılıb. Bu qurum meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.

Bu o deməkdir ki, Şəmkirçay su anbarı və Magistral Kanalların İstismarı idarəsi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə deyil Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsə tabedir.

Bu Şəmkirçay su anbarı və Magistral Kanalların İstismarı idarəsi tərəfindən yol verilən bir səhv və yaxud səhlənkarlıq. Keçək sözügedən idarənin 1.200.000 manat dəyərində satınalma müqaviləsi bağladığı “Su Tikinti-Təmir” MMC-yə. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında belə bir vergi ödəyicisinin mövcud olmadığı göstərilir. Dövlət satınalmalarının portalında qalib şirkətin VÖEN-i kimi təqdim edilən (VÖEN: 1300016391) “TURANBANK” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

Buradan suallar yaranır. Şəmkirçay su anbarı və Magistral Kanalların İstismarı İdarəsi bir mənbədən satınalma metodu ilə 1.200.000 manata nə kimi mallar və yaxud xidmətlər alır? Bəlli deyil.

Amma sözügedən idarə 05.08.2025-ci il tarixdə dövlət satınalmalarının portalında başqa bir məlumat da dərc edib. Şəmkiçay MKİİ idarəsində 1-ci pillə və MKİİ 2-ci pillə nasos stansiyasında 1 saylı nasos aqreqatları olmaqla 2 ədəd 1200 V-6.3/63 markalı nasos aqreqatlarının VDS markalı mühərriklərlə birlikdə əsaslı təmiri üzrə dərc edilmiş tenderin qalibi bəlli deyil.  Dövlət satınalmalarının portalında qalib şirkətin VÖEN-i kimi təqdim edilən (VÖEN: 1303743331) “İnter Construction And Engineering” MMC-yə məxsusdur.

Qeyd edək ki, Azərbaycan Su Ehtiyatları Aganetliyinin Şəmkir rayonunda fəaliyyət göstərən Maşın-Kanalı İstismarı İdarəsinin rəisi Rəşad Vəliyevdir. MEdiada yer alan məlumatlara görə o bu vəzifəyə 06 sentyabr 2024-cü ildə təyin olunub. Rəşad Vəliyev buna qədər həmin idarədə müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, Şəmkir Maşın-Kanalı İstismarı İdarəsi qərb bölgəsində mövcud olan strateji obyektlərdən biridir. Şəmkirçay  Su Anbarının istismarını təşkil edən idarə Şəmkir rayonu ilə yanaşı, Göygöl, Samux və Goranboy rayonlarında əkin sahələrinin suvarılmasında əsas su mənbəyidir. Həmçinin Şəmkir şəhərinin və  Gəncə şəhərinin bir hissəsi bu dəryaça vasitəsi ilə içməli su ilə təchiz olunur.  İdarənin əvvəlki rəisi Vaqif Məmmədov yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.

İndi buyursun Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmiləri, xüsusən də sədr Zaur Mikayılov Şəmkirçay su anbarı və Magistral Kanalların İstismarı İdarəsinin satınalmalarının portalında yerləşdirdiyi bu məlumatlara aydınlıq gətirsin. Bu bir yanlışlıqdı, səhlənkarlıqdı, yoxsa satınalmaların portalına güya tenderin keçirilməsi barədə məlumatın yerləşdirilməsidir. Əslində isə müqavilənin kiminlə bağlanıldığı, 1.200.000 manat dövlət vəsaitinin hansı məqsədlərə xərclənəcəyi bəlli deyil.

 

Aktualinfo.org

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Ali təhsil müəssisələrinə keçid ballarının aşağı düşmə ehtimalı varmı?
Next: Bu gün Rusiya ilə görüşümüz olacaq, qərar verəcəyik – Tramp

OXŞAR MÖVZULAR

omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026
unisel-ten

“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır

admin 05/05/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.