Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 27
  • Sülh üçün risklər budur: Defakto gücdən istifadə istisna edilir

Sülh üçün risklər budur: Defakto gücdən istifadə istisna edilir

admin 27/08/2025
frehad_memmedov_123 (1)

 

Politoloq Fərhad Məmmədov Azərbaycanla Ermənistan arasında əldə edilən sülh razılaşmasına dair şərtlər fonunda gözləntilərlə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Fərhad bəy, Azərbaycanla Ermənistan arasında ilkin çərçivə sülh sənədi təsdiq edilib. İki ölkə arasında münasibətlər sisteminin perspektivini nədə görürsünüz?

– Azərbaycan tərəfi Ermənistan və erməni xalqı ilə sülhə nail olmaq istəyir. Sülh bu istiqamətdə mühüm prosesdir. Onun əsas şərti və dar çərçivədə məqsədi odur ki, ölkələr arasında münasibətlər sistemini formalaşdırır. Münaqişədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması münasibətlər sisteminin formalaşmasında əsas şərtdir. Bu, qarşılıqlı fəaliyyəti təmin edən əsas amillərdəndir.

– Sizcə, bundan sonra Bakı ilə İrəvan arasında münasibətlər necə tənzimlənəcək? Sülhdən geri dönmək riskləri varmı?

– Avqustun 8-də Vaşintonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən sənədlər hazırkı dövr üçün mühüm nəticədir. Bu, yekun sülh sazişinin imzalanmasına qədər iki dövlət üçün münasibətləri tənzimləmək istiqamətində çərçivə formalaşdırır. Əsas nəticə odur ki, defakto sülh dövründə gücdən istifadə istisna edilir.

– Yekun sülh üçün yeganə maneə Ermənistan konstitusiyasındakı ərazi iddiaları hesab olunur. Bu əngəlin aradan qaldırılması üçün siyasi-diplomatik vasitələrlə hansı addımlar atıla bilər?

– Siyasi-diplomatik vasitələr əsas amil kimi qəbul edilib. Ermənistan işğalçı dövlət olduğu üçün sülh istiqamətində addımları daha çox onun atması lazımdır. Ermənistan konstitusiyasındakı dəyişiklik Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasında məhz erməni cəmiyyətinin mövqeyinin ifadəsi kimi qəbul ediləcək.

Ermənistan hökuməti artıq Azərbaycanın sülh gündəliyini qəbul edib. Azərbaycan üçün vacib olan odur ki, Ermənistan cəmiyyəti də bunu nümayiş etdirsin. Bu prosesdən sonra yekun sülh sazişinin imzalanması mümkün ola bilər. Bununla Ermənistanla münasibətlərdə keyfiyyətcə yeni mərhələ başlayacaq.

PAYLAŞIN:

Continue Reading

Previous: Ermənistanda cəmi iki nəfər sülh istəyir: Referendumun nəticələrini gözləməliyik
Next: Dövlət Vergi Xidməti vətəndaşlara onlardan xəbərsiz sahibkarlıq fəaliyyətinə dair xəbərdarlıq edib

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.