Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 2
  • Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -Emin Əmrullayevə MÜRACİƏT

Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -Emin Əmrullayevə MÜRACİƏT

admin 02/10/2025
yusif-yusibov

 

Gəncə Dövlət Universitetinə 100 nəfər qəbul olur, bitirəndə 100 nəfər əvəzinə 120 nəfər bitirir

 

Bu iddia Gəncə Dövlət Universiteti ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevə ünvanlanmış və bir surəti də redaksiyamıza daxil olmuş müraciətdə yer alır. Biz yazıda yer almış bu və digər iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə yazını dərc edirik:  

 

Hörmətli Emin müəllim.

Bildiyiniz kimi, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda dövlət ali təhsil müəssisələrində rektor 5 il müddətinə təyin edilir. Lakin Gəncə Dövlət Universitetinin rektoru 2013-cü ildən bu vəzifədədir. 2013-cü ildən əvvəl isə prorektor və rektor vəzifəsini əvəz etmişdir. Su da bir yerdə çox qalanda iylənir. Artıq Gəncə Dövlət Universitetinə iy yox, üfunət iyi Gəncədən də qıraqlara yayılır. Universitetdə rəhbərlikdə özbaşınalıq baş alıb gedir. Bu adam təhsildə islahatlar aparan, rüşvətxorluğun, korrupsiyanın əleyhinə olan Sizin kimi bir nazirin siyasətinin belə əksinə gedir. Sizin işində ciddi nöqsanlara görə vəzifədən qovduğunuz adamı-İlqar Kubışevi gətirib yüksək vəzifəyə təyin edir. Özü də bu hal dəfələrlə baş verir. Bu bir başa nazirə qarşı üsyan deyilmi??? Şahin Xurşudovu vəzifədən kənarlaşdırdıqdan sonra İlqar Kubışev universitetdə qara kassa  rolunu oynamağa başlayıb. Hələ 2013-2014-cü illərdə rektor qadın məsələsinə görə universitetin qarşısında həmin qadının əri tərəfindən yumruqla vurulub yerə sərilmiş və təpiklənmişdir, nəticədə bir həftə işə çıxa bilməmişdir.

Universitetdə müəllimlərin maaşı artırılmır, yalnız yaxın ətrafının maaşını artırır. Universitetin maddi-texniki bazasına diqqət yetirilmir. Hər il yüz minlərlə manat təmir adı altında silinir, amma heç bir təmir aparılmır. Təmir adı altında dekanlardan pul yığıb yalnız bəzi otaqlarda kosmetik təmir aparılır. Respublikanın heç bir ali məktəbində test üsulu ilə semestr imtahanı qalmayıb. Rektor burada imtahanları test üsulu ilə keçirir, müəllimləri məcbur edir ki, 500 test verin, onun da doğru cavabını “A” variantı ilə tələbəyə verin. Tələbələr də “A” variant cavabını göz yaddaşı ilə əzbərləyib imtahandan keçir. Əzbərləmək istəməyən tələbələr isə imtahan qərərgahında müəyyən pul müqabilində imtahandan keçirilirlər. Həmin tələbələr xüsusi otaqlara salınır və orada telefondan köçürməklə imtahandan keçirlər. Bu imtahan metodu səs-küydən qorunmaq üçündür. Belə ki, qoy tələbələr ora-bura Azərbaycan universitetləri səhifəsinə yazmasın. Bu isə kadr yetişdirmək işinə xidmət etmir. Universitetdə Eduman sistemi yaradıblar. Amma müəllimlər orada dərsi aktivləşdirə bilmirlər, çünki internet sürəti çox zəifdir. Universitetdə olan kompüterlərin, nootbukların 80 faizi işə yararsızdır. 2014-cü ildən qalıb. Bunları alanda içərisinin hissələrini çox zəif yığdırıb, amma baha qiymətə sənədləşdirirlər. Elə universitet var ki, ora 100 nəfər qəbul olur, amma universiteti bitirəndə 50 nəfər bitirir. Çünki imtahanlar obyektiv gedir, amma Gəncə Dövlət Universitetində 100 nəfər qəbul olur, bitirəndə 100 nəfər əvəzinə 120 nəfər bitirir. Çünki, alt qruplar formal xarakter daşıyır. Rektor deyir ki, bunlar universitetə pul ödəyib, imtahanda hazır cavabları verirlər ki, alın köçürün. Nəticədə universiteti bitirmiş diplomlu savadsız müəllim ordusu yaranr. Belə kadr yetişdirmək olarmı???

***

Tələbə yataqxanasında vəziyyət dözülməz haldadır. Tələbələr arasında təzə qəbul olunmuş tələbələri incidib pul yığmaq halları var, tələbələrdən müəyyən adamlar türmədə yəni həbsxanada yatanlar üçün pul yığırlar. Gəncə Dövlət Universitetinin tələbələri şəhərin müxtəlif yerlərində kirayədə qalırlar. Amma yataqxananın otaqlarını Azərbaycan Texnologiya Universitetinin tələbələrinə veriblər. Ona görə ki, Texnologiya Universitetinin tələbələri yataqxana xərci üçün ayda 100 manat, amma GDU-nun tələbələri isə bir nəfərə ayda 80 manat ödəyirlər.

Universitetdə müəllimlər çox yüksək səviyyədə dərs keçirlər. Amma onların əməyi qiymətləndirilmir, stimullaşdırıcı maaşlar verilmir, yalnız rektorun yaxın ətrafına verirlər. Yaxşı müəllimlərin dərs saatı və ştatı aşağı salınır, amma pul müqabilində universitetə təzə işə qəbul olunmuş adamlara dərs saatı verilir.

Cənab Nazir xahiş edirik ki, bu qocaman rektorun, universiteti bazara döndərmiş bir şəxsin vəzifədən azad edilib, universitetdə normal şərait yaratmağınız üçün səlahiyyətinizdən istifadə edib, məsələ qaldırasınız./ yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Zəfər xronikası. 2 oktyabr 2020-ci il: İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib
Next: Ekspert: “Tələbə üçün ictimai nəqliyyat pulsuz olmalıdır”

OXŞAR MÖVZULAR

esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.