Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 2
  • QHT sədri saxta ordeni bu ölkə rəhbərinə də təqdim edib – Deputatla birgə… + VİDEO

QHT sədri saxta ordeni bu ölkə rəhbərinə də təqdim edib – Deputatla birgə… + VİDEO

admin 02/10/2025
eldar-kop

 

Dünən Bakıda istintaqa cəlb olunan “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov saxta ordenlərindən birini də Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədova verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə İsmayılovun 2022-ci ildə Türkmənistanda keçirilən rəsmi tədbirlərdən birində Berdiməhəmmədova “Dədə Qorqud” ordeni təqdim etdiyi əks olunub.

Kadrlardan aydın görünür ki, Eldar İsmayılov tədbirə Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyevlə birlikdə gedib.

Videodan o da görünür ki, Azərbaycan xalqının adından türkmən lideri Qurbanqulu Berdıməhəmmədova “möhtəşəm mükafat” təqdim olunur. Təltifetmə mərasimi elə bir pafosla təşkil edilib ki, guya bu, əsrin hadisəsidir.

Musavat. com-un məlumatına görə, tədbirdə əvvəlcə deputat Eldar Quliyev kürsüyə çıxıb sınıq-salxaq rus dili ilə türkmən və Azərbaycan xalqları arasında olan qardaşlıqdan danışırb Ardınca xitabət kürsüsünə onun adaşı çıxır. 

Eldar İsmayılov səlis rus ləhcəsi, şirin sözlər və şoumenlik bacarığı ilə türkmən məmurların ürəyinin “sarı siminə” toxunur. “Arxadağ” Berdıməhəmmədovun şəninə elə sözlər ərz edir ki, zalda əyləşən yüzlərlə məmur riqqətə gəlib ayağa qalxır, türkmənsayağı alqışlarla “Ar-xa-dağ” nidaları sarayın divarlarını dəlib keçir. Və böyük məqam yetişir – Eldar İsmayılov əlini cibinə aparır, oradan “ulu türk ordeni”nini, özünün az əvvəl düzüb-qoşduğu “Dədə Qorqud” ordenini Berdıməhəmmədova təqdim etmək üçün acizanə xahişdə bulunur.

Berdıməhəmmədovun razılıq əlaməti olan baş işarəsini gözləyən Eldar İsmayılov dərhal ona tərəf iri addımlarla yürüyür və şəstlə həmin o “əlçatmaz” ordeni türkmənbaşının yaxasına asır. O an zalda sanki vulkan püskürür. Yüzlərlə məmur ayaq üstə “Ar-xa-dağ! Ar-xa-dağ!” nidalarını daha uca səslə tələffüz edib saxta ordenin parıltısını alqışlayırlar. Heç kimin ağlına da gəlmir ki, Berdıməhəmmədovun sinəsinə asılan bu “möhtəşəm mükafat” heç bir hüquqi qüvvəsi olmayan bir dəmir və əski parçasının ustalıqla hazırlanan bir kompozisiyasıdır.

Tamaşanın kulminasiyası, bu tamaşa-şounun Eldar İsmayılovun marağında olan pərdəsi də bundan sonra başlayır. “Arxadağ” dərin heyranlıqla onun əlindən aldığı təltifə görə saray süfrəsi açdırıb. Qonaqlar üçün qoyun əti süfrəyə dağ kimi yığılıb, plov qazan-qazan gətirilir, desert kimi isə ən bahalı qovunlar və nar şirəsi süfrəni bəzəyib. Eldarlara xüsusi hörmət əlaməti olaraq dövlət mühafizəçiləri qədəh qaldırıb, məmurlar onları türkmən xalqının dostu elan ediblər. Berdıməhəmmədov isə, öz növbəsində, qardaş Azərbaycandan gələn böyük təltiflərə görə minnətdarlıq bildirib.

Əslində isə həmin axşam Türkmənistanın 1 nömrəli sarayında sadəcə “böyük kombinasiya” oynanılıb, Türkmənistanın siyasi elitası nağıla inandırılıb.

“Arxadağ”ın boynuna asılan o “Dədə Qorqud” ordeninin səsi 3 il sonra, 2025-ci ildə Bakıda polisin keçirdiyi əməliyyatla çıxıb. Eldar İsmayılovla yanaşı Füzuli Rzaquliyev və Rasim Məmmədov istintaqa cəlb olunublar. Eldar İsmayılov qeyd etdiyimiz kimi “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri, Füzuli Rzaquliyev “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri, Rasim Məmmədov isə “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədridir.

Qeyd edək ki, Eldar İsmayılov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi – rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, onları hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə faktları üzrə cinayət işi başlanıb. Hazırda İsmayılov istintaqa cəlb olunub və araşdırmalar davam etdirilir./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Məktəbli avtobusları”nda qiymət ailələrin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır” – Ekspert
Next: “Atamın ölümü şübhəlidir” – Məşhur iş adamının oğlu ədalət axtarır-VİDEO

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.