Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 2
  • Tramp “valı çevirir” – Kreml danışıqlar anonsu verir

Tramp “valı çevirir” – Kreml danışıqlar anonsu verir

admin 02/10/2025
tr-zel2

 

“ABŞ Rusiyanın enerji obyektlərinə raket zərbəsi endirilməsinə kömək edəcək”

Birləşmiş Ştatlar Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri endirmək üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək və Kiyevə Rusiyanın dərinliklərindəki enerji infrastrukturuna hücum etməyə icazə verəcək. Bundan başqa, Ukraynaya daha çox Rusiya hədəflərini vurmağa imkan verəcək silahların göndərilməsi nəzərdən keçirilir.

Bu barədə nüfuzlu “The Telegraph” öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşr yazır ki, Birləşmiş Ştatlar NATO müttəfiqlərindən də analoji dəstək vermələrini istəyib. Qeyd olunur ki, Ukrayna bütün müharibə boyu Amerika kəşfiyyatından faydalanıb, lakin Kiyev Kremli həyati vacib gəlirdən – neftdən məhrum etmək, Rusiyanın neft emalı zavodlarına, boru kəmərlərinə və elektrik stansiyalarına zərbələr endirmək üçün əlavə yardım istəyib.

ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində Avropa ölkələrini Moskvaya qarşı sərt sanksiyaların tətbiqinə razılıq verməsi müqabilində Rusiya neftinin alınmasını dayandırmağa çağırır.

ABŞ rəsmilərinin sözlərinə görə, kəşfiyyat məlumatlarının ötürülməsinin təsdiqlənməsi Trampın Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün torpaqları geri ala biləcəyini deməsindən bir qədər əvvəl baş verib. Bu, Kiyevin xeyrinə kəskin ritorik dəyişikliyi əks etdirdi.

“Müharibənin Rusiyada yaratdığı iqtisadi problemləri gördükdən sonra inanıram ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün Ukraynanı öz ilkin sərhədləri daxilində geri qaytararaq döyüşmək və qalib gəlmək imkanındadır”, – ABŞ Prezidenti Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən qısa müddət sonra yazmışdı.

ABŞ həmçinin Ukraynanın əlavə hərbi yardım, o cümlədən Moskvanı və Qərbi Rusiyanın böyük hissəsini vura bilən 2500 km mənzilli “Tomaqavk” raketləri ilə bağlı müraciətini nəzərdən keçirir.

Beləlikllə, ABŞ ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisinin dərinliklərində yerləşən enerji hədəflərinə uzaqmənzilli raketlərlə zərbə endirməsinə kömək edəcək. Unutmayaq ki, məhz neft-qaz gəlirləri Kremlin hərbi əməliyyatlar üçün əsas maliyyə mənbəyi olaraq qalır.

Onu da qeyd edək ki, bundan öncə ABŞ Senatında Ukraynaya Rusiya aktivlərinin ayda 10 milyard dollarının köçürülməsini tələb edən qətnamə təqdim edilib. Yeni qətnamə Luiziana ştatından olan respublikaçı senator Con Kennedi tərəfindən irəli sürülüb.

Bundan başqa, Trampın Ukraynaya “Tomaqavk” raketlərinin satışı ilə bağlı qərar vermək ərəfəsində olduğu qeyd edilir. Tramp administrasiyasındakı kəskin mövqe dəyişikliyinin daha bir göstəricisi isə ABŞ-nin vitse-prezidenti J.D.Vensin dedikləridir: “Rusiya oyanmalı və reallığı qəbul etməlidir”.

Bütün bunlar Ukrayna müharibəsində eskalasiyanın və Qərbin Rusiyaya qarşı təzyiqlərinin ciddi şəkildə artacağını proqnozlaşdırmağa əsas verir. Rusiyanın cəbhədə bataqlığa saplanması, eləcə də PUA hücumlarının əldən saldığı neft emalı sənayesi də daxil olmaqla ciddi iqtisadi problemlərlə üz-üzə qalması Moskva üçün perspektivləri heç də ürəkaçan etmir.

Belə görünür ki, Kremldə də vəziyyətin Rusiyanın xeyrinə dəyişmədiyini anlayırlar. Çünki ABŞ-nin sərt ritorikası və bunun getdikcə daha konkret addımlara çevrilməsi təhlükəsi fonunda Moskvadan danışıqlar təklifi gəlməyə başlayır. Belə ki, Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın ABŞ ilə payızın sonuna qədər danışıqların yeni mərhələsini keçirməyə hazır olduğunu bəyan edib. O deyib ki, tərəflər digər məsələlərlə yanaşı, Ukraynadakı müharibəni də müzakirə edəcəklər…

Xatırladaq ki, sonuncu dəfə iki tərəf arasında birbaşa dialoq avqust ayında Alyaskada Trampın Putinlə görüşü zamanı olub. Həmin vaxt Amerika lideri Putinə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrıca görüş təşkil etməyi təklif etmişdi. Ancaq bu ideya hələ də reallaşmayıb. Əvəzində, Rusiya tərəfi belə bir görüşü mümkün hesab etsə də, buna əvvəlcə “ekspertlər səviyyəsində” hazırlıq getməli olduğunu bəyan edir. Bu isə Ukrayna və Qərb tərəfindən vaxt uzadılmasına cəhd kimi qəbul olunur.

Lakin indi Tramp administrasiyasının öz ritorikasını kəskin dəyişməsi, bir sıra məsələlərdə, o cümlədən Ukraynaya Rusiya dərinliyinə zərbələr endirilməsinə icazə verilməsinə və Kiyevə “Tomaqavk” raketlərinin veriləcəyinə dair xəbərlər fonunda vaxtın heç də Rusiyanın xeyrinə işləmədiyi görünür…  /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Ekspert: “Tələbə üçün ictimai nəqliyyat pulsuz olmalıdır”
Next: Bakının kirayə mənzil bazarında vəziyyət: Qiymətlər necədir?

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.