“Qarabağ – Oil” zavodunun işçiləri olmuş və hazırda Şəki rayonunun Baş Göynük kəndində yaşayan Xəlilov Məmmədəli Əkrəm oğlu və Əliyev Bəxtiyar Rüfət oğlu tərəfindən Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, İqtiasiduyyat naziri Mikayıl Cabbarova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə və ictimailəşdirilməsi məqsədi ilə şikayət məktubu ünvanlanıb.
Bir surəti də Aktualinfo.org-a daxil olan şikayət məktubunda deyilir:
Çox hörmətli cənab Prezident və Ali Baş Komandan İlham Əliyev! Biz sadə insanlar elə başa düşürük ki, Müzəffər Komandan olaraq Qarabağ torpaqlarını ondan ötəri işğaldan azad etmisiniz ki, müqəddəs torpaqlara vətəndaşlarımız qayıtsın, quruculuq-abadlıq işləri görülsün.
Bir daha qısa olaraq xatırlatmaq istəyirik ki, Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova tərəfindən bizi işlədərək sonradan bəhanələrlə əmək haqqımızı verməməsilə bağlı Sizə və aidiyyatı qurumlara 28 iyul 2025-ci il tarixində etdiyimiz müraciətdən dərhal sonra filioloq ixtisaslı biznes –ledi G.Bayramova mətbuata-konkret olaraq aktualinfo saytına “Gülpəri Bayramova “Qarabağ oil” zavodu haqqında olunan şikayətə aydınlıq gətirdi” başlıqla açıqlama verərək bizi dələduz və böhtançı adlandırmışdır.
Guya biz görülən işi təhvil vermədən harasa qaçmışıq, sonradan ondan əməkhaqqımızı istəmişik və s. əsassız açıqlamalar. Hələ bu azmış kimi, onu da bildirmişdir ki, bizim barəməizdə hüquq –mühafizə orqanlarına şikayət vermişdir və artıq hüquqi prosedur da başlanmışdır.
Xatırladaq ki, 2022-ci ildə KOBİA tərəfindən “2022-ci ilin sahibkar xanımı” adına layiq görülmüş “Agro Mix” MMC-nin təsisçisi və özünü aqrar ekspert elan edən Gülpəri nəinki bizim əmək haqqımızı, zovoduna cəlb etdiyi qalan 40 nəfərin də (bunlardan çoxunu ƏƏSMN-nin Məşğulluq İdarəsinin göndərişi əsasında gəlib 600 manat maaşa işləyən çarəsiz insanların da pulunu vermirdi. Bəli, bizim müraciətimizdən sonra onlara da 5 avqustda işlədikləri pulu verəcəklərinə söz verdi. Amma gecə gündüz işlətdiyi 40 nəfər işçisinin pulunu nəhayət sentyabr ayında ödəməyə məcbur oldu.
Bəli, bizim yeganə günahımız budur ki, gördüyümüz və şəxsən özünə, sonra qardaşına, sonra zavodun direktoru İsmayıl müəllimə bir bir təhvil verdiyimiz və qəbul olunmuş işlərə görə heç bir etiraz və irad bildirilmədiyi halda, aradan keçən biznes-ledi iyulun 29-da qərara almışdır ki, ( iki ay sonra) bizi prokurorluğa verib gözümüzü qorxuzsun ki, bir daha pulumuzu istəməyək. Və məhz pulumuzu istədiyimizə görə də o bizdən xəbərsiz bizi işdən çıxarmışdır. Və bizə çatacaq pulu vermək fikri də yoxdur. Bizi işdən çıxarmağın əsas səbəbi də əməkhaqqımızı istəməyimizdir.
Biz mayın 10-da “Qarabağ oil” zavodunda işlə başlarkən zavod daxilindəki, uzun illərdir ki, fəaliyyət göstərməyən və bu səbəbdən tam yararsız hala düşmüş qurğu və avadanlıqların yenidən qurulmasını təşkil edib onları işlək vəziyyətə gətirək. Bəli, biz buxar qazanlarının daxili sistemlərinin təmizlənməsi, vintil və vanların bərpası və az qisminin yenisilə əvəz edilməsi , borudaxili paslanmaların təmizləmə işləri və s. görüb 10 gün müddətində işi rəhbərliyə təhvil vermişik. İşə başlamazdan əvvəl bütün avadanlıqların ilkin vəziyyətinin foto və videosunu çəkmişik.(maddi sübutların az qismi təqdim edilir) Təkcə 100-dən çox vintilləri təmir edib işlək vəziyyətə gətirmişik. Yəni tək buna görə zavoda 40000 manat xeyir vermişik. Vana detallarının çoxunun yenisilə əvəz olunmalı olduğu halda anbarda olmadığından biz onların proxladkalarını, boltlarını yeniləməklə işlək vəziyyətə gətirmişik. Böyük buxar qazanlarının və paslanmış dəmir boru xəttlərinin işərisi pas, palçıq və korroziya olunduğundan gecə gündüz dayanmadan işləyib onu qismən yaralı vəziyyətə gətirmişik. Yəni, qısası, biznes –ledinin dediklərindən fərqli olaraq biz gördüyümüz işlərin sübutunu ortalığa qoymuşuq və işi tamamlayıb təhvil verdikdən sonra pulumuzu istəmişik, qaçmamışıq. O isə bizi işdən bizim xəbərimiz olmadan əmək müqaviləmizə 1 ay öncədən xəbərdarlıq etmədən xitam verməklə düşünmüşdür ki, Oğuz türklərini də belə istismar edib yola salıb. Amma filioloq xanım çox yanılır. Çünki biz işlədiyimiz müddətdə elevatorların içində siçovulların necə qaçışdığını hamısının video lentə almışıq. Əslində isə bu zavodda bütün qurğu və avadanlıqların demək olar ki, hamısı yenilənməli və montaj olunaraq istifadəyə verilməli idi. Bizim əməyimizlə birtəhər ordan burdan detal tapıb düzəltməklə, korroziyaya uğramış daxili sistemləri müəyyən qədər yuyub təmizləməklə zavod işlətmək, yəni çoxsaylı zərərli baktereloji amili nəzərə alaraq qida istehsal etmək qəti olmaz. Bu həm daxil , həm də xarici bazar alıcılarının sağlamlıqlarının birbaşa təhlükəyə atılması deməkdir ki, təcili olaraq AQTA məşğul olmalı, FHN-nin əməkdaşları isə hər hansı nüfuzlu şəxsin zənginə baxmayaraq zavoda istismar aktı yazmamalıdır.
Bəli, biz xanım biznes-ledi G.Bayramova reklamlarda verdiyi pozlarda olduğu kimi deyil, real həyatda tam başqa birisi olduğu, yəni göründüyü kimi olmadığı üçün və Azərbaycanda qısa zaman kəsiyində geniş nüfuzlu şəxslərlə işbirliyində olduğunu nəzərə alaraq məhz cənab Prezidentə müraciət etmək zorunda qalmışıq ki, əməkhaqqımızı ala bilək. Vəssəlam.
Budur, 3 aydır ki, yuxarı dövlət orqanlarına əməkhaqqımızın qalan hissəsinin ödənilməsi üçün 5 dəfə ardıcıl müraciətlər etdik. Lakin çox təəssüflər olsun ki, Gülpərinin yuxarılarda outran sponsor kimdirsə bu günədək heç bir aidiyyatı dövlət qurumu bizə adi bir cavab yazıb göndərmədi. Bəli, Gülpəri Bayramova bizi əvvəlcədən xəbərdar edəndə əvvəl başa düşməmişdik ki, o heçnəyi vecinə almır. Elə də oldu. Amma gecə gündüz işlətdiyi 40 nəfər işçisinin pulunu nəhayət sentyabr ayında ödəməyə məcbur oldu. Oradakı yoldaşlar pulsuzluqdan əziyyət çəkib yalnız günlərini qaynanmış su içməklə keçirirdilər. Yaxşı ki, bizim müraciətlərdən sonra Gülpəri Bayramova hardasa insafa gəldi. Qaldı bizim işlə bağlı müraciətlərə. Həqiqətən Gülpəri Bayramova kimilərinə sponsorluq edən dövlət məmurları seçimlərində yanılmayıblar. Ona bundan sonra “DƏMİR BİZNES LEDİ” adı vermək lazımdır ki, ölkə daxilində bizi kimi kasıbları, ölkə xaricində isə körfəz ölkələrinin sadəlöv iş adamlarını istehsal edəcəyi yağ məhsullarını sırımaqla çoxsaylı PULLAR qazana bilsin. Amma inanırıq ki, onun da taleyi Adnan Əhmədzadədən geri qalmayacaq. Çünki bizi kimilərinin əməkhaqqını vermədiyinə görə Azərbaycanda kimsənin cəzalandırmasına gücü çatmasa da UCA ALLAH nəhayət onu cəzalandıracaq. Dövlət Əmək Müfəttişi də bir az utansın. Haram xoşu olsun.


Aktualinfo.org
P.S. Qeyd edək ki, Şəki rayonu Baş Göynük kənd sakinlari “Qarabağ – Oil” zavodunda işləyərək əmək haqqlarını ala bilməməsi ilə bağlı bütün dövlət strukturlarına müraciət etmişlər. Aidiyyatı qurumlara 28 iyul 2025-ci il tarixindən olunan şikayətlərə baxmayaraq heç bir dövlət qurumu onlara onlara cavab verməmiş, şikayətlərinin araşdırılmasını təmin etməmişlər. Kənd sakinləri artıq məcbur qalıb “Qarabağ – Oil” zavodunun müqavilə bağladığ şirkətlərin yerləşdiyi Körfəz ölkələrinin səfirliklərinə müraciət etmək məcburiyətində qalıblar.
Xatırladaq ki, “Aqromix Qarabağ yağ emalı” zavodunun rəhbəri Gülpəri Bayraova aktualinfo.org açıqlamasında bildirmişdi ki, “sözügedən şəxslər müqavilə öhdəliklərini yerinə yetirmədən, işləri təhvil vermədən ərazidən qaçaraq iş prosesini yarımçıq qoymuş, sonradan isə guya haqlarını tələb edirmiş kimi saxta ittihamlarla ictimai rəyə təsir etməyə çalışmışlar”.

