Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 4
  • Universitet həyatını kökündən dəyişəcək qanun: İntizarın sonu gələcəkmi?

Universitet həyatını kökündən dəyişəcək qanun: İntizarın sonu gələcəkmi?

admin 04/10/2025
telebe-ali

 

“Ali təhsil haqqında” Qanun layihəsi Milli Məclis tərəfindən hazırlanıb və bir neçə dəfə iclaslarda müzakirəyə çıxarılıb. Amma hələ də qəbulu yubanır. Parlamentin payız sessiyasında bu qanunun qəbulunun prioritet məsələlərdən biri olması gözlənilir. Layihə Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına da daxil edilmişdi. Lakin layihənin müzakirəyə çıxarılması alınmadı. Layihə işçi qrupunun iştirakı ilə parlamentin Elm və təhsil komitəsində dəfələrlə müzakirə edilib, lakin plenar iclasda müzakirəsi gerçəkləşməyib. Layihə artıq beşinci sessiyadır ki, işlər planına salınır, amma plenar iclasın müzakirəsinə çıxarılmır.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Qeyd edək ki, ölkəmizdə “Təhsil haqqında” Qanun qəbul olunub. İndi isə ayrıca “Ali təhsil haqqında” Qanun layihəsinin qəbulu planlaşdırılır.

Bəs yeni qanun layihəsi təhsil sistemində hansı yenilikləri özündə əks etdirir?

“Nazirlik bu prosesdə fəal olmalıdır”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Ali təhsil haqqında” qanunun qəbul edilməsinə ciddi ehtiyac olduğunu bildirib:

“Ali təhsil haqqında” Qanunda bir çox mühüm məsələlər öz əksini tapıb. Bu qanun Azərbaycanda ali təhsili tənzimləyəcək. Düzdür, “Təhsil haqqında” Qanun var, amma “Ali təhsil haqqında” ayrıca bir qanun yoxdur. Bu qanunun qəbul edilməsi ali təhsil müəssisələri üçün də olduqca önəmlidir. Bu gün təhsildə bir sıra çağırışlar var ki, onların yerinə yetirilməsi üçün bu qanuna ehtiyac var”.

Deputatın sözlərinə görə, sənəddə distant təhsil, xarici diplomların tanınması, universitetlərin idarə olunması, tələbə yataqxanaları, tələbələrin köçürülməsinin yeni qaydaları, doktorantura pilləsinin ikili səviyyədən bir səviyyəyə endirilməsi və s. məsələlər yer alıb. C.Məmmədov bildirib ki, adətən qanunlar qəbul edilərkən mərkəzi icra orqanlarının rəy və yanaşmaları nəzərə alınır:

“Hesab edirəm ki, hazırkı mərhələdə qanunun qəbul edilməsi Elm və Təhsil Nazirliyindən asılıdır. Nazirlik bu prosesdə fəal olmalıdır. Yəni burada məsələ təkcə Milli Məclisdən asılı deyil, həm də digər strukturlardan asılı olan məsələlər var”.

Zaman, tələbat və şərait dəyişdikcə…

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının fikrincə, zaman, tələbat və şərait dəyişdikcə qanunlar da dəyişir:

“Ya yeni maddələr əlavə olunur, ya da dəyişikliklər edirlər. Yəqin ki, yeni dövrə uyğun dəyişikliklərə ehtiyac var”.

H.İsaxanlı bildirib ki, ali təhsil sistemi ilə orta təhsil sistemi arasında kəskin fərqlər mövcuddur. Bu baxımdan, ali təhsilin ayrıca xüsusiyyətləri olduğundan, onun ayrıca qanununun olmasının heç bir ziyanı yoxdur:

“Bunlar başqa səviyyələr, ayrı-ayrı problemlərdir. Hər cəhətdən fərqlər çoxdur. Ona görə də “Ali təhsil haqqında” ayrıca qanunun olması yaxşı olardı”.

“Süni əngəllər də aradan qalxacaq”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüstəm Kamal isə hesab edir ki, qəbulu gözlənilən qanun təhsilin mərhələlərini, təhsilalma formalarını qaydaya salacaq və artıq bu çərçivədən kənara çıxmaq olmayacaq:

“Təhsil hər bir ölkənin prioritet sahəsidir. Elə bir ailə yoxdur ki, bu və ya digər dərəcədə təhsillə bağlı olmasın. Ölkənin Konstitusiyasından sonra bu qanun ikinci vacib sənəddir. Təhsil sistem içində sistemdir. Bu sistemlərin ahəngdar işləməsi üçün vacib olan isə qanundur”.

Professor hesab edir ki, bizim dünya təhsil sisteminə inteqrasiya olunmağımız üçün “Ali təhsil haqqında” Qanunda dünya təhsil sistemində baş verən müsbət hadisələr, yerli, milli xüsusiyyətlər nəzərə alınacaq”. Professorun fikrincə, qanun layihəsi çap edilib ictimai müzakirəyə də verilməlidir ki, müəllimlər, ictimaiyyət nümayəndələri də onunla tanış olsunlar:

“Bu qanunun qəbulunun vaxtı çatıb. Fikrimcə, bu sənəd təhsilimizdə ortaya çıxan süni əngəlləri də aradan götürə bilər. Çünki ortada qanun olarsa, bu, bir çox məsələlərdə redaktə işlərini sürətləndirəcək”.

“Proses hələ xeyli davam edə bilər”

Dosent İlham Əhmədov da Milli Məclisdə “Ali təhsil haqqında” Qanun layihəsi üzərində 4 ildir ki, işlərin davam etdiyini bildirib:

“İndi bu işə yenidən start veriləcək. Bu halda proses hələ xeyli davam edə bilər”.

Ekspert bildirib ki, bizdə hazırda “Təhsil haqqında” Qanun və digər normativ sənədlər var:

“Onlara doğru-düzgün əməl edilsə, mövcud problemlərin çoxu həll edilə bilərdi. Amma, əksinə, problemlər ilbəil artdı. Bu gün də təhsildə olan bir çox problemlər, baş verən bəzi proseslər “Təhsil haqqında” Qanunla uzlaşmır. Gec-tez “Ali təhsil haqqında” Qanun da qəbul ediləcək, amma bu gedişlə ali təhsildəki problemlərimiz tezliklə öz həllini tapmayacaq”.

İ.Əhmədov hesab edir ki, qanundan əvvəl və ya paralel olaraq ali təhsilə dair yol xəritəsi, inkişaf strategiyaları qəbul edilməlidir:

“Hələ də ali təhsilə dair normal strategiyamız yoxdur. Son 15 ildə ali təhsilə dair cəmi bir strategiya qəbul edilib. Bu, 2009-2013-cü illər üzrə olan sənəddir. Onun da icrası yarımçıq oldu. Bizdə belə təsəvvür var ki, intizarla gözlənilən hansısa qanun qəbul edilən kimi, bu sahənin bütün problemləri avtomatik həll ediləcək. Sahənin inkişafı üçün mükəmməl qanunvericilik aktlarının olması zəruridir, lakin bu, kafi deyil. Əlavə digər məsələlər də həll edilməlidir”.

PAYLAŞIN:

Continue Reading

Previous: 8 trilyon büdcə kəsiri, yanacaq çatmıq, cərimələr artır – Putinin “Valday”da görməzdən gəldiyi problemlər
Next: Kommunal xərcləriniz 50% azala bilər: Enerji pasportunun gətirəcəyi imkanlar

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.