Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 4
  • 8 trilyon büdcə kəsiri, yanacaq çatmıq, cərimələr artır – Putinin “Valday”da görməzdən gəldiyi problemlər

8 trilyon büdcə kəsiri, yanacaq çatmıq, cərimələr artır – Putinin “Valday”da görməzdən gəldiyi problemlər

admin 04/10/2025
putin-valday-yeni

 

Soçidə keçirilən “Valday” klubunun toplantısında Prezident Vladimir Putin ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı çıxış edərək ƏDV-nin 22 faizə qaldırılacağını elan edib.

Prezidentin sözlərinə görə, bu addım “iqtisadi parametrləri qorumaq və gələcək üçün baza yaratmaq” məqsədi daşıyır. Halbuki, cəmi bir ay əvvəl o, vergilərin artırılmasına ehtiyac olmadığını bəyan etmişdi.

Putin həmçinin büdcə müzakirələrinə toxunaraq kəsirin qaçılmaz olduğunu etiraf edib. Bununla belə, yüksək faiz dərəcələrinin iqtisadiyyatı “soyutmayacağına” ümid etdiyini deyib. Lakin iqtisadçılar prezidentin arqumentlərini inandırıcı saymırlar.

İqtisadçı Vyaçeslav Şiryayev bildirir ki, ƏDV-nin artırılması biznesin xərclərini yüksəldir, mənfəəti azaldır və əhalini yoxsullaşdırır. Bu isə daxili tələbatın azalmasına, iqtisadi daralmaya və gələcəkdə daha da böyük vergi itkisinə gətirib çıxaracaq: “ƏDV-ni qaldırmaq yalnız maliyyə naziri Siluanova sərfəlidir, çünki büdcənin kağız üzərində balansını göstərmək üçün əlavə trilyon rubl toplaya biləcək. Amma ümumi kəsir 8 trilyondursa, 1 trilyon problemi həll etmir. Əksinə, iqtisadiyyatı daha da dərin böhrana sürükləyir”.

Ekspertin sözlərinə görə, Putin həqiqi rəqəmlərdən qaçır, çünki onlar “kabus kimi görünür” – sadəcə 2024-cü ildə büdcə kəsiri 6 trilyon rubldan artıq ola bilərdi.

Prezident çıxışında ölkənin ən ağrılı problemi olan benzin qıtlığına toxunmayıb. Halbuki:

– İşğal olunmuş Krımda bu həftə satış norması əvvəlcə 30 litr, sonra isə 20 litrədək azaldılıb;

– Yaroslavl vilayətindəki neftayırma zavodunda baş verən yanğından sonra PUA fotolarının yayılması qadağan edilib;

– Orskdakı zavodun vurulmasından sonra isə 20-dən çox region yanacaq çatışmazlığından şikayət edir.

Ekspertlər xəbərdarlıq edirlər ki, vəziyyət stabilləşdirilməsə, benzinin qiyməti 100 rubla qədər bahalaşa bilər. İdxal variantı isə sanksiyalara görə riskli və xeyli bahalıdır.

Şiryayev hesab edir ki, hakimiyyət büdcə kəsirini bağlamaq üçün əhalidən maksimum vəsait toplamağa çalışır. Təkcə cərimələr hesabına 850 milyard rubl gəlir planlaşdırılıb. Bu isə hər bir vətəndaş üçün təxminən 6-7 min rubla bərabərdir.

Əhalinin real gəlirləri sürətlə azalır: pensiyalar 9 ayda cəmi 350 rubl artıb, halbuki, qiymətlər 12-15% yüksəlib. Bu siyasətin mahiyyəti isə, ekspertin sözləri ilə desək, “əhalini kasıb saxlamaq”dır: “Hakimiyyət istəyir ki, insanlar yoxsul qalsın, çünki onlar yalnız yerli məhsullar alır. Bu, daxili bazarı qorumaq üçün tətbiq edilən açıq strategiyadır”.

Putin “Valday”da optimist bəyanatlar səsləndirsə də, ölkənin sosial-iqtisadi problemlərini gizlətmək mümkün deyil. Yanacaq böhranı, sürətlə artan qiymətlər və azalan gəlirlər fonunda vergilərin artırılması əhalinin yükünü daha da ağırlaşdıracaq./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Putin izn verilən sərhədləri yoxlayır”: MKİ-nin eks şefi Avropadakı diversiyalardan danışdı
Next: Universitet həyatını kökündən dəyişəcək qanun: İntizarın sonu gələcəkmi?

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.