Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 4
  • “Putin izn verilən sərhədləri yoxlayır”: MKİ-nin eks şefi Avropadakı diversiyalardan danışdı

“Putin izn verilən sərhədləri yoxlayır”: MKİ-nin eks şefi Avropadakı diversiyalardan danışdı

admin 04/10/2025
nato2
Əgər Qərb ölkələri Rusiya xüsusi xidmət orqanlarının diversiyalarına sərt reaksiya verməsələr, daha böyük gərginlik təhlükəsi yaranacaq. 
Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Avropa və Avrasiya üzrə sabiq xüsusi əməliyyatlar rəhbəri Ralf Qoff “Espresso”ya müsahibəsində bildirib.
“Tor” əməliyyatı Rusiyanın daxili zəifliklərini açıq şəkildə nümayiş etdirdi. FTX — daxili təhlükəsizlik xidməti — açıq-aşkar ciddi uğursuzluğa yol verib. Xarici Kəşfiyyat Xidməti (SVR) də xarici hökumətlərin niyyətləri və planları barədə lazımi məlumat təmin edə bilmir. Bununla belə, Baş Kəşfiyyat İdarəsi (QRU) mövqelərini qoruyur. Onlar yaxşı maliyyələşdirilir və Qərbə qarşı “boz zona”dakı diversiya əməliyyatlarında təcrübələrini fəal şəkildə artırırlar”, deyə o bildirib.
Qoff əlavə edib ki, Polşada ticarət mərkəzinin yandırılması, Litvadan havaya qalxan təyyarələrə partlayıcı maddə yerləşdirilməsinə cəhdlər və “Rheinmetall” şirkətinin baş direktorunun qətlə yetirilməsi planı — bütün bu hadisələr QRU-nun nə qədər təhlükəli və fəaliyyət qabiliyyətli bir xidmət olduğunu sübut edir. Onun sözlərinə görə, ruslar daha dəhşətli addımlar atmağa da qadirdirlər.
“Hazırda NATO-nun reaksiyasını olduqca qənaətsiz hesab edirəm. Bu sabotaj aktları və Qərbə vurulan iqtisadi zərərlər lazımi və qəti cavabla qarşılanmadı. Putin özünü iki yaşlı uşaq kimi aparır — daim icazə verilənin sərhədlərini yoxlayır və çox şey ona bağışlanıb. İndiyə qədər nə o, nə də onun xidmətləri şəxsi məsuliyyətə cəlb olunub. Əgər Qərb bundan sonra da onun zorakılıq və sabotaj aktlarına sərt reaksiya göstərməsə, daha böyük eskalasiya təhlükəsi yaranacaq”, deyə sabiq MKİ rəhbəri xəbərdarlıq edib.
Bundan əvvəl “The Economist” nəşri Ukraynada gedən müharibə ilə Avropadakı təxribatlar arasında əlaqə olduğunu yazmışdı. Rusiya diplomatiyasının sabiq əməkdaşı Boris Bondaryevin sözlərinə görə, Vladimir Putin NATO-nun Ukraynaya dəstəyindən diqqəti qismən yayındırmağa ümid edir:
“Avropalılar özlərini nə qədər çox təhlükə altında hiss etsələr, bir o qədər çox resursu öz silahlanmalarına yönəltməyə məcbur olacaqlar və nəticədə Ukraynaya ayrılan imkanlar azalacaq. Bunun nəticəsində Kiyevin hərbi potensialı zəifləyəcək və ukraynalılar müdafiəni saxlamaqda daha çox çətinlik çəkəcəklər”, deyə o qeyd edib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropadakı təxribatlarla bağlı kinayəli açıqlama verib. O bildirib ki, guya Moskva və Qərb artıq Soyuq müharibə mərhələsini keçiblər.
“Biz artıq başqa formada bir qarşıdurma vəziyyətindəyik: burada çoxdan soyuqluq hiss olunmur — artıq od var və bunu Qərb ölkələrinin özləri də etiraf edirlər”, deyə Zaxarova bildirib./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: SON UÇUŞ – Hekayə
Next: 8 trilyon büdcə kəsiri, yanacaq çatmıq, cərimələr artır – Putinin “Valday”da görməzdən gəldiyi problemlər

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.