Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 6
  • Evimizdəki “Wi-Fi” təhlükəsi

Evimizdəki “Wi-Fi” təhlükəsi

admin 06/10/2025
internet_modem_vifi

 

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet və telekommunikasiya xidmətləri göstərən operatorlar və provayderlərin fəaliyyəti ilə bağlı müzakirələr keçirilib. Görüş zamanı fərdi evlərdə, mənzillərdə və müəssisələrdə “Wi-Fi” şəbəkələrinin qurulması prosesində təhlükəsizlik qaydalarına riayət edilməməsinin ciddi risklər yaratdığı qeyd olunub. Demək olar ki, hər birimizin evində və iş yerində “Wi-Fi” şəbəkəsi var. Bəs onun yaratdığı risklər barədə kifayət qədər məlumatlıyıqmı? Ümumiyyətlə, “Wi-Fi” şəbəkələrinin qurulması zamanı nələrə diqqət etməliyik?

“Ən böyük təhdidlər zəif şifrələrdir”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlama verən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizlik sektorunun əməkdaşı Rüstəm Müzəffərovun sözlərinə görə, fərdi evlərdə və müəssisələrdə “Wi-Fi” şəbəkələrinin təhlükəsizliyinə ən böyük təhdidlər zəif şifrələrdir: “Vətəndaşlar çox vaxt “123456” kimi sadə və asan təxmin edilə bilən şifrələrdən istifadə edirlər. Digər risklər isə köhnə şifrələmə protokollarından istifadə, routerlərin proqram təminatının yenilənməməsi və ağıllı cihazların zəif qorunmasıdır. Bu amillər kibercinayətkarların şəbəkəyə asanlıqla daxil olmasına şərait yaradır. Bu kimi risklərin qarşısını almaq məqsədilə Elektron Təhlükəsizlik Xidməti tərəfindən mütəmadi olaraq maarifləndirici kampaniyalar həyata keçirilir. Kütləvi informasiya vasitələrində, metrostansiyalarda, avtobus dayanacaqlarında və sosial şəbəkələrdə bu mövzuda xəbərdarlıqlar paylaşılır”.

Provayderlərin məsuliyyəti…

ETX nümayəndəsi bildirir ki, vətəndaşların təcrübədə ən çox etdiyi səhvlər ikimərhələli identifikasiyanı aktiv etməmək, təhlükəsizlik parametrləri dəyişdirilmədən routerlərdən istifadə və açıq “Wi-Fi” şəbəkələrinə VPN-siz qoşulmaqdır: “Təhlükəsizlik tələblərinə əməl olunmadıqda, vətəndaşların fərdi məlumatları ələ keçirilə, şəbəkədən isə kiberhücumlarda istifadə oluna bilər. Müəssisələr üçün isə bu, maliyyə itkisi və reputasiya zərəri ilə nəticələnə bilər. Bu məsələdə provayderlər müştərilərə təhlükəsizliklə bağlı təlimatlar təqdim etməli, müasir və etibarlı avadanlıqlarla təmin etməli, sistem yenilənmələri ilə bağlı vaxtında məlumat verməli, valideyn nəzarəti və qonaq şəbəkəsi funksiyalarını təklif etməklə kiberrisklərin azaldılmasına dəstək göstərməlidir”.

Fərdi və müəssisə şəbəkələrinə ciddi təhdid

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyir ki, “Wi-Fi” şəbəkəsi simsiz olduğu üçün siqnal fiziki mühitdə yayılır və bu, şəbəkənin uzaqdan “görünməsi”, tutula bilməsi deməkdir. Bu texnologiyanın xarakteri bəzi əsas zəifliklərə imkan verir:

– “Eavesdropping” / Paket dinlənməsi: trafik şifrələnməmiş və ya zəif şifrələmə ilə ötürülərsə, kənardakı haker paketləri oxuya bilər.

– “Man-in-the-Middle” (MitM) və “Evil Twin” hücumları: haker cihaz-router arasına girərək trafiki ələ keçirə və dəyişdirə bilər. “Evil twin” adlı saxta “access pointlər” istifadəçiləri fırıldaqçı şəbəkəyə yönləndirə bilər.

– “Firmware” zəiflikləri və yenilənmə: Router və AP-lərin (WIFI giriş nöqtələri) proqram təminatı (“firmware”) zəifliklərə malik ola bilər. Yenilənmədikdə hakerlər bu zəifliklərdən istifadə edə bilərlər.

– “Brute force” / Parol qırma hücumları: zəif və sadə parollar istifadə olunarsa, hakerlər “güc metodu” ilə şəbəkəni qıra bilər.

– Protokol səviyyəsində zəifliklər: məsələn, WPA, WPA2 standartlarının zəiflikləri mövcuddur. Bu zəifliklərdən istifadə oluna bilər.

– Siqnal sızması (“signal leakage”): “access pointlər” o qədər açıq yerlərdə yerləşdirilə bilər ki, siqnal bina xaricinə çıxar, bu, hakerlərə daha çox imkan yarada bilər.

– IoT / ağıllı cihazların zəifliyi: kameralar, sensorlar və digər “ağıllı” cihazlar tez-tez zəif parollar və yenilənmə gecikmələri səbəbi ilə onlar şəbəkədə “arxa qapı” rolunu oynaya bilər.

Mütəxəssis vurğulayır ki, Router, AP və kabellərə fiziki əlçatanlıq varsa, konfiqurasiyanı dəyişmək, cihazı söndürmək və ya yenidən qurmaq mümkündür. Bütün bu risklər fərdi və müəssisə şəbəkələrinə ciddi təhdid yaradır: ” E-poçt, serverlər, bulud xidmətləri, daxili şəbəkə resursları ələ keçirilə bilər. Xidmət dayana, istifadəçilərin əlaqəsi kəsilə bilər. Router və AP-lər zərərli proqramlara məruz qala, hakerlər “backdoor” yerləşdirə bilər. Kənar şəxslər sizin internet trafikindən istifadə edə, xərclər arta bilər. Müəssisə və fərdi şəxslər üçün itirilmiş etibar, qanuni nəticələr, maliyyə və imicin korlanmasının baş verməsi mümkündür. Xüsusilə dövlət və kritik infrastruktur sahəsində qanun və standartları pozmaqla hüquqi məsuliyyətə səbəb ola bilər”.

Atılacaq addımlar

İnternet şəbəkələrindən daha təhlükəsiz istifadə üçün atılacaq addımlara gəldikdə isə kibertəhlükəsizlik mütəxəssisi qeyd edir ki, güclü və unikal parol təyin etmək, “default” parolları ümumiyyətlə, parolları mütəmadi dəyişmək lazımdır: ” Router / “AP firmware”lərini mütəmadi yeniləyin. Modern şifrələmə protokollarından istifadə edin: WPA3 varsa onu, yoxdursa WPA2-AES. WPS (PIN metodu) funksiyasını deaktiv edin. Qoşulmada avtomatik rejimi deaktiv edin. Cihaz yalnız istifadəçi icazəsi ilə qoşulsun. Qonaq şəbəkəsi yaradın və daxili şəbəkədən izolyasiya edin. MAC filtrini əlavə tədbir kimi, amma əsas müdafiə kimi düşünməyin. Router idarəetmə interfeysini WAN tərəfində açıq olmamasını təmin edin (yalnız LAN-dan idarəetmə mümkün ola bilər). “Firewall” qurğularını aktiv edin və trafik filtrləməsini tətbiq edin. Trafikin şifrələnməsini artırmaq üçün xüsusi korporativ VPN istifadə edin. Şəbəkə monitorinqi və loglama aparıb, qeyri-adi fəaliyyətləri izləyin. Cihazları (xüsusilə IoT) minimal qabiliyyətlərlə konfiqurasiya edin, “default” parolları mütləq dəyişdirin. Şəbəkə istifadəçilərini təhlükəsizlik qaydaları ilə tanış edin və daimi maarifləndirin”.

PAYLAŞIN:

Continue Reading

Previous: Dələduzların növbəti oyunu: İşbazların toruna düşməmək üçün ekspert tövsiyəsi
Next: Bu, Moskvaya güclü zərbələrə imkan verəcək – Markov

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.