Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 6
  • Uçotdan silinmiş peyvəndlərdən Sərdar Hacıyevin qazancı nə olub, Cəfər Məhərrəmovun nə…

Uçotdan silinmiş peyvəndlərdən Sərdar Hacıyevin qazancı nə olub, Cəfər Məhərrəmovun nə…

admin 06/10/2025
axa-reis

 

Məlum olduğu kimi Hesablama Palatası 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi aparıb. Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər olan müddət əhatə olunub.

Hesablama Palatasının sentyabrın 26-da yaydığı məlumatlarda bildirilir ki, “heyvanların xüsusi təhlükəli xəstəliklərin əleyhinə peyvəndlənməsinə ümumilikdə 39 milyon 4,4 min manat məbləğində vəsaitin xərclənməsi müqabilində sənədləşmələrdə heyvanların sayının artıq göstərilməsi, heyvanlara vurulmalı olan peyvəndlərin müvafiq ay üzrə gündəlik sayının fasiləsiz (ardıcıl günlər) olaraq yüksək (200 və daha çox civarında) intervallarda qeyd edilməsi, təsərrüfat sahiblərinin imzalarının olmaması kimi hallar fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan şəxslərlə (baytarlarla) bağlanmış müqavilələrin şərtlərində sifarişçinin müqaviləyə dərhal xitam verilməsi üçün əsasları kimi müəyyənləşdirilməyib, peyvəndlənən heyvanların identikləşdirilmə rekvizitləri üzrə hesabatlılığına dair icbari şərtlər də təsbit edilməyib.”

Hesablama Palatasının yaydığı bu məlumatlar ətrafında apardığımız araşdırma zamanı məlum oldu ki, Aqrar Xidmətlər Agentliyinin heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə açıq tender prosedurunda iştirak etmək istəyən təchizatçılara dövlət satınalmalarının portalında 28.07.2023-cü il tarixli elan vermişdir. Elanda bildirilir ki, çiçək xəstəliyi əleyhinə peyvənd vasitəsi-5.775.000 doza; qarayara xəstəliyi əleyhinə peyvənd vasitəsi- 4.960.000  doza; nodulyar dermatit xəstəliyi əleyhinə peyvənd vasitəsi- 1.860.000 doza; xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (REV-1) – 1.732.000 doza; iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı peyvənd vasitəsi (S-19) – 645.000 doza vaksin alınmalıdır.

Qeyd edək ki, heyvanlar arasında Çiçək, Nodulyar Dermatit, Qarayara və Bruselyoz xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə keçirilmiş sözügedən tenderdə Aqrar Xidmətlər Agentliyi 27.11.2023-cü ildə “Forester” LLC (VÖEN:415106389) ilə 2.190.569 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi “Forester” LLC ilə 5.176.670 manat dəyərində bir müqavilə də 14.09.2022-ci ildə xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı vaksinlərin satın alınması üzrə bağlayıb.

Agentliyin iki il ərzində 7 milyon manatdan çox dəyəri olan iki müqavilə bağladığı şirkətin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Forester” LLC kimi kommersiya qurumunun müəyyən edilmədiyi göstərilir.

Heyvanlar arasında Quduzluq, Leptospiroz, donuzların Taunu, atların Rinopnevmoniya və qrip xəstəliklərinə qarşı peyvənd vasitələrinin (vaksinlərin) satın alınması üzrə 700.538 manat məbləğində satınalma müqaviləsi 22.09.2023-cü ildə “ECOMEDİ” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN:1505088721) ilə bağlanılıb.

Hesablama Palatasının yaydığı məlumatda daha sonra qeyd edilir ki, “alınmış müvafiq partiya peyvəndlərin anbara 2023-cü ilin dekabr ayının 28-də, 29-da və 2024-cü ilin yanvar ayının 7-də mədaxil edildiyi halda 2024-cü il üçün heyvanlar arasında epizootiya əleyhinə diaqnostik və profilaktik Tədbirlər Planının icra reqlamenti funksional fəaliyyətin düzgün təşkil edilməməsi səbəbindən gecikdirilərək istifadə edilməsinə yol verilib, o cümlədən istifadə müddətinin bitməsinə 1-2 ay qalmış ümumilikdə 2 795 230 dozanın respublikanın 64 rayonuna çatdırılması sənədləşdirilib. Bu da həmin peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitetin formalaşmasında, nəticə etibarı ilə dövlət vəsaitlərinin səmərəli istifadəsində ciddi risklərin mövcudluğundan xəbər verib. Tədbirlər Planı ilə nəzərdə tutulan və həmin plana sonradan müvafiq qaydada razılaşdırılmaqla əlavələr edilən xırdabuynuzlu heyvanların sayına müvafiq istifadə edilməsi sənədləşdirilib 2023-cü il üçün dabaq xəstəliyinə qarşı peyvəndlərin sayından əlavə (zəruri ilkin sənədlərlə təsdiqlənmədən təkrar peyvəndləmənin mümkünlüyü adı ilə) 64 545 doza miqdarında peyvəndlər də uçotdan silinib ki, bu da əlavə (HSBXM-nin regional strukturları üzrə ilin sonuna peyvəndlərin qalığı və itki norması nəzərə alınmaqla) xərclərə yol verildiyini deməyə əsas verib.”

Qeyd edək ki, dövlət tərəfindən heyvanlar arasında xəstəliklərə qarşı peyvəndlərin alınmasına milyonlarla manat dövlət vəsaitinin ayrılmasına baxmayaraq bu günlərdə biz verilən məlumatlara görə Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Daşkəsən rayanloranıda iribuynuzlu heyvanlar arasında kütləvi şəkildə dabaq xəstəliyi yayılıb və hələ də qarşısı alnmayıb. Sakinlərin verdiyi məlumata görə bu Aqrar Xidmətlər Agentliyinin regional idarələri tərəfindən heyvanlara petvənd olunmasından bir iki ay sonra baş verib. Bu isə onu deməyə əsas verir ki, Hesablama Palatasının da qeyd etdiyi kimi, istifadə müddətinin bitməsinə 1-2 ay qalmış peyvəndlərin intizamlı qaydada iribuynuzlu heyvanlara vurulduqda belə tələb olunan müddətli immunitet formalaşmamışdır. Yəni vurulan peyvəndlərin ya vaxtı keçmişdir, ya da keyfiyyətini itirmişdir.

Xatırladaq ki, AXA Prezident İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə KTN yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyevdir.O, nazir Məcnun Məmmədovun əmri ilə 02.10.2023- cü ildə sözügedən vəzifəyə təyin edilib. Sərdar Hacıyev daha əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub. Sərdar Hacıyevin təyinatına qədər quruma Mirzə Əliyev rəhbərlik edib. Mirzə Əliyev vəzifəsindən 10 yanvar 2023-cü ildə azad edilib. Sərdar Hacıyevin təyinatına qədər quruma sədr müavini Cəfər Məhərrəmov rəhbərlik edib. Hesablama Palatasının Agentlikdə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər apardığı dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi zamanı quruma əvvəl Cəfər Məhərrəmov müavin olaraq,sonra isə Sərdar Hacıyev rəhbərlik ediblər. Aşkar olunan bu qədər ciddi nöqsanlara baxmayaraq nazir Məcnun Məmmədov tərəfindən təyin edilmiş hər iki şəxs hələ də vəzifələrinin başındadırlar.

 

Aktualinfo.org

 

 

 

 

 

 

 

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizində əsas tərəfdaşdır — Avropa Komissarı Marta Kos
Next: “Real”da xaos: Eqolar, qəzəb və Xabi Alonso ilə hesablaşma

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.