Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 7
  • ATU-da nə baş verir? – 956 tələbə kəsilib, təqaüdçülərin sayı 6 dəfə azalıb…

ATU-da nə baş verir? – 956 tələbə kəsilib, təqaüdçülərin sayı 6 dəfə azalıb…

admin 07/10/2025
tibb-univers
“Azərbaycan Tibb Universitetində son imtahan sessiyasında 956 tələbənin kəsilməsi təkcə statistik göstərici deyil, ali təhsil sistemində bir neçə dərin struktur probleminin əlamətidir”.
Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov Azərbaycan Tibb Universitetində Prezident təqaüdü alan tələbələrin sayının 6 dəfə azalması səbəblərindən danışarkən deyib.
Ekspertin fikirincə, bu hal həm qəbul mexanizmi, həm tədris prosesinin metodikası, həm də tələbə motivasiyası və nəzarət sisteminin keyfiyyəti ilə birbaşa əlaqədardır:
“Əgər 146 Prezident təqaüdçüsündən yalnız 22 nəfərin bu günədək təhsilini yüksək göstəricilərlə davam etdirə bilməsi faktı doğrudursa, deməli, problem tələbə seçimi ilə deyil, sistemin özündədir. Əvvəla, Tibb Universiteti ölkənin ən ağır və intellektual cəhətdən tələbkar ixtisaslarının toplandığı ali təhsil müəssisəsidir. Burada tədrisin intensivliyi, fənlərin çətinliyi və qiymətləndirmə meyarlarının sərtliyi təbii şəkildə yüksəkdir. Lakin kütləvi şəkildə kəsilmələrin baş verməsi təkcə tələbələrin hazırlıq səviyyəsi ilə izah oluna bilməz. Bu həm də tədrisin metodoloji və psixopedoqoji yanaşmalarında müasir standartların tam tətbiq olunmaması ilə bağlıdır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.2.7-ci maddəsində göstərilir ki, “ali təhsil müəssisələri tədrisin keyfiyyətini təmin edən daxili qiymətləndirmə sisteminə malik olmalı və bu sistem şəffaf, obyektiv və inkişaf yönümlü olmalıdır”. Halbuki, bəzi universitetlərdə, o cümlədən Tibb Universitetində qiymətləndirmə bəzən daha çox “sınaqdan çıxarma” prinsipi ilə aparılır, inkişafyönümlü rəyvermə və fərdi dəstək mexanizmləri isə zəifdir. Əlavə olaraq, qəbul sistemində tətbiq edilən test mexanizmi tələbənin nəzəri biliklərini ölçür, lakin tibb kimi praktik bacarıq tələb edən sahələrdə bu metodun məhdudluğu açıq görünür”.
Ekspert əlavə edib ki, tələbə universitetə yüksək balla daxil olsa da, o bilikləri real klinik, praktiki mühitdə tətbiq etməkdə çətinlik çəkir.

“DİM-in statistikası göstərir ki, 2024-cü ildə tibb ixtisaslarına qəbul olanların orta balı 650-dən yuxarı olub, yəni bu tələbələr ölkənin ən hazırlıqlı gəncləridir. Lakin sistem onların potensialını inkişaf etdirmək əvəzinə çox vaxt “elmi yüklənmə” və “çətin keçidlər” altında əzir. Bu tədris metodikasının hələ də klassik – yəni 20 il əvvəlki modeldə qalmasının nəticəsidir. Dünya təcrübəsində tibbi təhsilin keyfiyyəti və tələbə davamlılığı probleminə fərqli yanaşma tətbiq olunur. Məsələn, Finlandiya və Almaniyada “formativ qiymətləndirmə” sistemi var: tələbə semestr boyu davamlı qiymətləndirilir, zəif tərəfləri erkən müəyyənləşdirilir və ona əlavə tədris, mentorluq, psixoloji və akademik dəstək verilir. ABŞ universitetlərində isə “academic advising” mexanizmi vasitəsilə hər tələbəyə fərdi akademik müşavir təyin olunur ki, o, tədris və stress idarəetməsi üzrə yönləndirmə edir. Bu sistemlərdə məqsəd tələbəni cəzalandırmaq deyil, öyrənməyə dəstək olmaqdır. Azərbaycanda isə bir çox hallarda imtahanlar nəticə yönümlü deyil, seleksiya vasitəsinə çevrilir”.
Ekspertin sözlərinə görə, Tibb Universitetində kəsilmə hallarının çoxluğu həm də tədris mühitinin psixoloji atmosferi ilə bağlıdır:
“Çoxsaylı tələbələr bildirir ki, dərslərdə motivasiya mexanizmləri zəifdir, müəllim-tələbə münasibətləri bəzən köhnə nizam-intizam modelinə əsaslanır. Halbuki “Ali təhsil haqqında” Qanunun 18-ci maddəsinə görə, ali məktəblərdə akademik mühit azadlıq, qarşılıqlı hörmət və şəffaflıq prinsipləri üzərində qurulmalıdır. Tədris prosesində bu prinsiplərin pozulması tələbə performansına birbaşa mənfi təsir göstərir”. Bununla
Kamran Əsədov hesab edir ki, problemin kökü nə təkcə tələbədə, nə də yalnız müəllimdə deyil, sistemin özündədir:
“Azərbaycan Tibb Universiteti kimi strateji əhəmiyyətli ali məktəblərdə tədrisin metodologiyası yenilənməli, beynəlxalq tibbi təhsil modelləri ilə uyğunlaşdırılmalıdır. Məsələn, Böyük Britaniyanın “Problem-Based Learning” (PBL) metodu tələbəni mərkəzə çəkir, onu aktiv öyrənməyə təşviq edir, nəticədə passiv dinləyici deyil, düşünən və analiz edən həkim formalaşır. Bu metodun mərhələli tətbiqi Tibb Universitetində həm kəsilmə faizini azaldar, həm də tədrisin keyfiyyətini yüksəldər”.
Xatırladaq ki, Azərbaycan Tibb Universitetində Prezident təqaüdü alan tələbələrin sayı 6 dəfə azalıb, ötən imtahan sessiyasında 956 nəfər isə kəsilib. Ən çox kəsr I kurs tələbələrində müşahidə olunub./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Əliyevdən türk dünyasını qlobal gücə çevirəcək təklif…
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –Həbslər gözlənilir…

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.