Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 8
  • “Sülh impulsu tükəndi” – Moskva Putin-Tramp görüşünün fiaskosunu təsdiq edir

“Sülh impulsu tükəndi” – Moskva Putin-Tramp görüşünün fiaskosunu təsdiq edir

admin 08/10/2025
putin_tramp (1)

 

“ABŞ və Rusiya Prezidentləri arasında avqustda Alyaskada keçirilmiş görüşdən sonra Ukrayna müharibəsinin başa çatdırılması üçün yaranmış “güclü impuls” demək olar ki, tükənib”.

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov oktyabrın 8-də Moskvada açıqlama verib.

“AzPolitika” xəbər verir ki, Ryabkov bu vəziyyətə görə əsasən “Ukraynanın son nəfərinə qədər savaş tərəfdarlarını” – ilk növbədə Avropa ölkələrini günahlandırıb.

S.Ryabko ABŞ rəhbərliyini birbaşa tənqid etməkdən çəkinib. Lakin o, Donald Tramp administrasiyasını “Tomahavk” qanadlı raketlərinin Ukraynaya mümkün tədarükünə realist və düşünülmüş şəkildə yanaşmağa çağırıb. “Bu raketlərin verilməsi müharibənin gedişatını dəyişməsə də, regionda vəziyyətin keyfiyyətcə dəyişməsinə səbəb olacaq”, – deyə Rusiya diplomatı bildirib.

Xatırladaq ki, Tramp və Putin arasında görüş 15 avqustda Alyaskada baş tutub. Görüşdən sonra Tramp Ukrayna Prezidenti və Avropa liderləri ilə də ayrıca danışıqlar apararaq, mümkün sülh parametrlərini müzakirə edib.

Media mənbələrinə görə, Rusiya bu müzakirələrdə əsas şərt kimi Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılmasını tələb edib. Lakin Kiyev bu təklifi qətiyyətlə rədd edib.

Hazırda Rusiya tərəfi sülh üçün aşağıdakı əsas tələblərində israrlıdır:

– Ukrayna Silahlı Qüvvələrinin dörd vilayətdən (Donetsk, Luqansk, Xerson və Zaporojye) tamamilə çıxarılması;

– Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi;

– Ukrayna ordusunun say və imkan baxımından azaldılması;

– Rusiyayönlü siyasi qüvvələrin fəaliyyəti və rus dilindən istifadəyə hüquqi təminatların verilməsi.

Buna cavab olaraq, Kiyev hazırda cəbhə xətti üzrə atəşkəsə şərtsiz razı olduğunu bildirir, lakin ərazi güzəştlərinə getmək niyyətində olmadığını bəyan edir.

ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, Ukraynanın öz torpaqlarını geri qaytarmaq imkanları var və ABŞ buna dəstək göstərə bilər. O, “Tomahavk” raketlərinin tədarükü barədə demək olar ki, qərar verdiyini, lakin bəzi açıq sualların hələ də olduğunu bildirib.

Eyni zamanda, Tramp vurğulayıb ki, ABŞ-nin məqsədi Rusiyanın məğlubiyyəti deyil, sülhün əldə olunmasıdır.

S.Ryabkov əlavə edib ki, Rusiya Strateji Hücum Silahlarının azaldılmasına dair Müqavilənin (SNV-3) müddətinin uzadılmasını gündəmə gətirmir. Lakin Prezident Vladimir Putinin bu müqavilənin 2027-ci ilə qədər bir illik texniki uzadılması təklifinin qüvvədə qaldığını bildirib. “Təəssüf ki, bu təklifə ABŞ-dən hələ də heç bir məzmunlu cavab verilməyib. Əgər bu maraqlı deyilsə, biz onsuz da davam edə bilərik,” – deyə Ryabkov qeyd edib.

Vaşinqton və Avropa İttifaqı hazırda Rusiyaya qarşı təzyiqləri daha da artırmaq niyyətindədir. ABŞ rəsmiləri Avropa ölkələrini:

– Rusiya enerji resurslarının alışından tam imtinaya,

– Rusiya dövlət aktivlərinin müsadirəsinə,

– Yeni sanksiyalar dalğasına qoşulmağa çağırır.

Moskva bildirir ki, Rusiya və Ukrayna liderlərinin görüşü yalnız artıq əldə olunmuş razılaşmaların rəsmiləşdirilməsi üçün keçirilə bilər, substantiv danışıqlar üçün yox.

Hazırda döyüşlər davam edir. Rusiya Ukrayna ərazisinə intensiv zərbələr endirir, Kiyev isə Rusiyanın sərhəd regionlarını atəşə tutur.

Beləliklə, Alyaska görüşü və ondan sonra baş verən diplomatik təmaslar müharibənin diplomatik yolla sonlandırılması üçün müəyyən ümid yaratmışdı. Lakin Qərbin sərt mövqeyi, Kiyevin ərazi bütövlüyü məsələsində güzəştsiz davranışı və Moskvanın tələblərindən geri çəkilməməsi nəticəsində bu “sülh impulsu”, Ryabkovun sözləri ilə desək, “əldə olunmamış imkan” olaraq tarixə düşmək üzrədir.

PAYLAŞIN:

Continue Reading

Previous: “Qəzza məsələsində çox ciddi danışıqlar aparırıq” – Tramp
Next: Şahin Bağırov büdcə imtahanından niyə kəsildi?

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.