Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 9
  • “Gecikdirilmiş 380 mindən çox vəsait işçilərə ödənilib…”

“Gecikdirilmiş 380 mindən çox vəsait işçilərə ödənilib…”

admin 09/10/2025
manat-azn

 

Ölkəmizdə sosial təminat sisteminin gücləndirilməsi sahəsində bu il də mühüm addımlar atılıb və Prezident İlham Əliyevin tapşırıqları əsasında icra olunan növbəti islahat paketi çərçivəsində cari ildə də pensiya, müavinət və təqaüdlərdə yeni artımlar edilib.

Bununla yanaşı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, həssas əhali qruplarının əmək bazarına çıxış imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlikdə keçirilən Kollegiya iclasında bildirib. Sosial ödənişlərdəki artımın bir göstəricisi olaraq, bu ilin 9 ayında pensiya təminatı üzrə ayrılan vəsaitin 467 mln. manat artaraq 5 mlrd. 326 mln. manat təşkil etdiyi qeyd olunub. Həmin dövrdə müavinətlər üzrə 861 mln. manat, Prezident təqaüdləri üzrə 551 mln. manat ödənildiyi və bu istiqamətdə də ayrılan vəsaitdə 7 faiz artım olduğu bildirilib.
9 ayda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin proqnozla müqayisədə 6 faiz və ya 342 mln. manat çox olmaqla 5 mlrd. 889 mln. manat, xərclərinin ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 481 mln. manat çox olmaqla 5 mlrd. 628 mln. manat təşkil etdiyi diqqətə çatdırılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən 137 min nəfərin işlə təmin edildiyi, 13,5 min nəfər peşə hazırlığına cəlb olunduğu, daha 15,7 min nəfərin özünüməşğulluq proqramına, 205 min nəfərin peşəyönümü xidmətlərə cəlb edildiyi qeyd edilib. İcrasına başlanan yeni məqsədli proqramların sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının artırılması, onlar üçün iş yerlərinin yaradılması baxımından əhəmiyyəti vurğulanıb.
Əmək müqavilələrinin artıq 96 faizinin elektronlaşdırıldığı qeyd edilib. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu ilin 9 ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 380,8 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən etdiyi, görülən tədbirlərlə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənildiyi, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 56 işçinin yenidən əvvəlki işlərinə bərpa etdirildiyi bildirilib.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrində 2174 nəfərə stasionar, 397 nəfərə yarımstasionar xidmətlər, həmçinin uşaq evi və ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələrində 551 nəfər uşağa, 30 şəhər və rayonda yaradılan Günərzi Qayğı Mərkəzlərində 900 nəfər uşağa xidmətlər göstərildiyi bildirilib.
Cari ilin yanvar-sentyabr aylarında DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərildiyi, DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin də DOST xidmətləri ilə əhatə olunmaları üçün atılan addımların davamı olaraq bu ilin avqust ayında Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər rayonunda DOST məntəqəsinin də istifadəyə verildiyi qeyd edilib.
Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 9 ayda 40,4 min şəxsə əlillik təyin edildiyi, 103 min şəxsin reabilitasiya xidmətləri həmçinin əlilliyi olan 11,2 min şəxsin 104 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.
Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılan işlər, yaşıl iqtisadiyyat çərçivəsində yeni peşələrin müəyyən edilməsi və yaşıl keçidin bacarıqları, peşə təhsilinə təsiri ilə bağlı tədqiqatların aparıldığı qeyd olunub.
İclasda yeni hazırlanmış 130 peşə və kvalifikasiya standartı təsdiq edilib. Qeyd edilən sahələrdə, habelə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, vətəndaş qəbulu sahələrində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub.
PAYLAŞIN:

Continue Reading

Previous: Yaşar Gülər: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı Qafqazda sülh və sabitliyə əhəmiyyətli töhfə verir
Next: BMT komitə iclasında Azərbaycanın sosial-iqtisadi nailiyyətləri vurğulanıb

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.