Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 9
  • Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur – Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…

Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur – Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…

admin 09/10/2025
şamax-natiq

 

Adlarının hallanmasını hələləik istəməyən Bakı şəhər sakinləri, təmizlik xidmətinin işçiləri hələ sentyabr ayının 18-də redaksiyamıza müraciət edərək üzləşdikləri problemi ictimailəşdirməyimizi, aidiyyatı dövlət qurumlarının diqqətinə çatdıqmağı və Şamaxı rayon Mərkəzi Xəstəxanasında gördəkliri işə görə zəhmət haqqlarının alınmasında köməklik göstərməyimizi istəyirdilər. Bununla bağlı elə sentyabr ayının 18-də aktualinfo.org “Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur” başlıqlı məqalə yaydı. Məqalədə göstərilən məlumatlara aydınlıq gətirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin və TƏBİB-in mətbuat xidmətinə, ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət ünvanladıq. Lakin bu qədər vaxt keçməsinə baxmayaraq hər iki qurum məqalədə göstərilənlərə münasibət bildirmədi. Odur ki, sözügedən məqaləyə bəzi əlavələr edərək bir daha diqqətinizə çatdırırıq. 

Xatırladaq ki, şikayətçilər qeyd edirlər ki, bir neçə gün əvvəl (1o-15 sentyabr tarixi aralarında) Şamaxı rayon Mərkəzi Xəstəxanasının fasadının yuyulmasına görə sifarış alıblar. Qaldırıcı yük maşını ilə Bakıdan yola düşərək bir gün səhər saat 7-dən axşam 10-a kimi Xəstəxanın şüşə fasadını yuyublar. İş bitdikdən sonra Xəstəxananın direktoru Natiq Əliyev baxış keçirib və yaxşı yuyulmadığını bəhanə edərək, xidmət üçün əvvəlcədən razılaşdıqları 1200 manatı verməkdən imtina edib. Çox mübahisədən sonra Xəstəxanasının şüşə fasadının ikinci dəfə yuyulmasına razılaşıblar. İki gün sonra isə qaldırıcı yük maşını ilə Bakıdan yola düşərək səhər saat 7-dən axşam 6-ya kimi Xəstəxanın şüşə fasadını yenə yuyublar. Xəstəxananın direktoru Natiq Əliyev yenə baxış keçirib və bu dəfə də bəyənməyərək işçilərin pulunu verməkdən imtina edib. Səbəb isə onu göstərib ki, “mən buranı cibimin pulu ilə yuduzdururam, yaxşı iş görməmisiniz, cibimin pulunu sizə niyə verməliyəm”.

Məsələyə aydınlıq gətirmək məqsədi ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsinin müdiri Ziyadxan adlı şəxslə əlaqə saxladıq. O, qeyd etdi ki, mən bilmirəm o işi direktor özü danışıb, özündən soruşun. Ondan xahiş etdik ki, məsələ ictimailəşmədən öncə direktorun diqqətinə çatdırın.Bir neçə saatdan sonra yenidən əlaqə saxladıqda Ziyadxan müəllim dedi ki, “direktorun diqqətinə çatdırdım, amma heç nə demədi”.

Aktualinfo.org Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevin fəaliyyəti barədə araşdırma apardı. Məlum oldu ki, Natiq Tahir oğlu Əliyev TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına 2025-ci ilin iyulun 29-da direktor təyin edilib. Natiq Əliyev daha əvvəl Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edib. Ondan əvvəl isə Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri və TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü kimi fəaliyyət göstərib. Natiq Əliyev 02.07.1995-ci ildə Şirvan şəhərində anadan olub, 2012-ci ildə Şirvan şəhər Məftun Osmanov adına 20 saylı orta məktəbi bitirib. 2013 -2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsində təhsil alıb. İxtisasca infeksionist olan Natiq Əliyev gənc həkimdir.

Göründüyü kimi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsini yeddi il əvvəl bitirmiş bir şəxsi Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edib. (Azərbaycan Tibb Universitetini bitirənlər karyera pillələrini belə sürətlə niyə qalxa bilmir?)  TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Natiq Əliyevi hələ 2023-cü ildə, 28 yaşında Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə çəkmişdir.

Sual yaranır. Tibb sahəsində hansı xidmətlərinə görə?

Mediada yayılmış avtobioqrafiyasında göstərilir ki, 2013-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, 2018-2022-ci illər ərzində isə yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb. 2019-2020-ci illərdə Türkiyənin “Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi”ndə infeksion xəstəliklər və klinik mikrobiologiya bölməsində, 2020-2022-ci illər ərzində “Marmara Üniversitesi”ndə təhsilini davam etdirib. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə ikinci ali təhsil alır.

N.Əliyev 2018-2021-ci illərdə Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant, 2021-2022-ci illərdə sanitar həkim vəzifəsində çalışıb. 2020-2022-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist, yeni təyinatınadək isə Sənaye Təbabət bölməsinin müdiri vəzifəsində çalışıb. N.Əliyev 2018-2019-cu illərdə Naxçıvan Tibb Kollecində müəllim, 2023-cü ildən etibarən isə UNEC Biznes Məktəbində (MBA) səhiyyənin idarə edilməsi ixtisası üzrə müəllim vəzifəsində çalışır.

Avtobioqrafiyasından da göründüyü kimi, Natiq Əliyev 2021-2022-ci illərdə sanitar həkim vəzifəsində çalışıb. Bəs necə olub ki, bu sanitar həkim bir ildən sonra Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb? Yenə sual yaranır. Tibb sahəsində hansı xidmətlərinə görə?

Əldə etdiyimiz məlumatlara görə Natiq Əliyevin anası Şirvan şəhərində tanınmış bir həkimdir. Çox güman ki, Natiq Əliyevin karyerasındakı yüksəliş də buradan qaynaqlanır.

Qayıdaq təmizlik xidmətinin işçilərinin pulunun verilməməsi məsələsinə. Qeyd etdiyimiz kimi Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev məsələyə heç bir münasibət bildirmədi. Odur ki, suallarımızı buradan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova ünvanlayırıq.

Şamaxı rayon Mərkəzi Xəstəxanası kimi mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-ə tabeli dövlət qurumudur?

TƏBİB-ə tabeli dövlət qurumu olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanası təmizlik kimi xidmətlərin görülməsi üçün nə üçün müqavilə bağlamır?

Satınalmaların portalına yerləşdirilmiş məlumata görə Şamaxı rayon Mərkəzi Xəstəxanası 18.12.2024-cü ildə balansında olan binalarda və həyətyanı sahələrdə cari təmir işlərinin satınalınması  üzrə “LOKAL GROUP” MMC ilə 135.606,66 manat məbləğində müqavilə bağlayıb.

Düzdür, bu müqavilə Natiq Əliyevin dövründə bağlanmayıb. Satınalmaların portalına yerləşdirilmiş məlumata görə 04.11.2024-ci ildə başlanan açıq tender 18.12.2024-cü ildə yekunlaşdırılıb. Satınalma müqaviləsi isə çox güman ki, 2025-ci ilin əvvəllərində bağlanılıb. Məlumatlara görə isə sentyabr ayında Şamaxı rayon Mərkəzi Xəstəxanasının texniki işçiləri həyətyanı sahələrdə oturacaqları rəngləyiblər. Xəstəxananın həyətyanı sahələrdə cari təmir işlərinin satınalınmasına ayrılmış 135 min manat haralara xərclənib?

Qeyd edək ki, 26.07.2025-ci ildə isə Şamaxı rayon Mərkəzi Xəstəxanası sanitariya-gigiyena və digər xidmət haqqı xərclərinin (dezinfeksiya işlərinin görülməsi) satınalınması üzrə “ECOMEDİ” QSC ilə 17.886,44 manat məbləğində müqavilə bağlayıb.

Qazanxana və cillerin ehtiyat hissələrinin təmiri xidmətlərinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusu isə 30.09.2025-ci ildə yekunlaşdırılıb və “GUE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 62.279,22 manat məbləğində müqavlə bağlamağı planlaşdırır.

Belə olan halda Natiq Əliyevin direktoru olduğu Şamaxı rayon Mərkəzi Xəstəxanası şüşə fasadın yuyulması üzrə niyə müqavilə bağlamayıb?

Natiq Əliyev Xəstəxanada abadlıq işlərinə niyə cibindən pul xərcləyir? Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev aylıq əmək haqqı nə qədərdir ki, Xəstəxanada abadlıq işlərinə cibinin pulunu xərcləyir?

TƏBİB-ə tabeli dövlət müəssisələrində rəhbər vəzifəli şəxslərin mühafizəçi ştataı varmı? Gənc kadr Natiq Əliyevin yanında gəzdirdiyi mühafizəçilərə maaşı kim verir, TƏBİB, yoxsa direktor?

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova və Səhiyyə naziri Teymur Musayevə ünvanladığımız suallara cavab verilmədi. Belə çıxır ki, gənc kadrı Natiq Əliyevdi elə onlardan biri himayə edir edir, arxasında dayanır ki, o da bu kimi özbaşınalıqlara yol verir. Müqavilə bağlamadan iş sifariş verir, sifariş etdiyi işin zəhmət haqqını isə ödəmir.

Bir də, əldə etdiyimiz yeni məlumatlara görə Natiq Əliyevin karyerasında belə sürətli yüksəlişə səbəb başqa bir nəfər də var. Onun da yüksək çinli bir məmur olduğu söylənilir. Pandemiya dövründə, Natiq Əliyevin Mərkəzi Neftçilər Xəstəxanasında həkim-infeksionist işlədiyi zaman həmin məmurun yaxının qayğısına çox qaldığı soylənilir. Bu barədə də növbəti yazılarımızda.

 

Aktualinfo.org

 

R.S. Mövzu təmizlik xidməti işçilərinin zəhmət haqqı verilməyənədək davam edəcək. 

PAYLAŞIN:

Continue Reading

Previous: Şahin Bağırov büdcə imtahanından niyə kəsildi?
Next: İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.