Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 10
  • Əliyev-Putin görüşündə gözdən qaçan məqamlar – Sürprizə imkan verilmədi

Əliyev-Putin görüşündə gözdən qaçan məqamlar – Sürprizə imkan verilmədi

admin 10/10/2025
pt-ilham

 

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında uzun zamandır gözlənilən təkbətək görüş bu gün baş tutdu.

Görüş təkcə iki lider arasında münasibətlərin temperaturunu ölçmək üçün deyil, həm də Rusiya– Azərbaycan əlaqələrinin gələcək trayektoriyasını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı. Ən önəmli məqam, təbii ki, AZAL təyyarəsinin qəzaya uğraması fonunda yaranan gərginliyin danışıqlara necə təsir edəcəyi idi.

Görüş zamanı Vladimir Putinin açıqlamaları kifayət qədər diqqət çəkdi. Kreml başçısı AZAL-ın təyyarəsinin qəzaya uğramasını digər məsələlərlə yanaşı, Ukraynaya məxsus pilotsuz təyyarənin səmada olması ilə əlaqələndirib. Rusiya prezidenti dəqiqləşdirib ki, faciə günü Moskva Rusiya sərhədini keçən üç Ukrayna pilotsuz təyyarəsini aşkarlayıb. O bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb.

Putin görüşdə AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib. Deyib ki, Rusiya hadisə ilə bağlı bütün cavabdeh şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcək və təzminat ödəmək üçün lazım olan hər şeyi edəcək.

Əslində, Putinin səsləndirdiyi fikirlər Azərbaycan tərəfinin hadisənin ilk günlərindən etibarən tələb etdiyi məqamlar idi. Bakı qəzadan dərhal sonra olayın şəffaf araşdırılmasını, hüquqi qiymət verilməsini və zərərçəkənlərə təzminat ödənilməsini açıq şəkildə gündəmə gətirmişdi. Rusiya tərəfi uzun müddət bu məsələni texniki müstəviyə salmağa, məsuliyyəti yumşaltmağa çalışırdı. Lakin Azərbaycan tərəfinin ardıcıl, soyuqqanlı, lakin prinsipial davranışı Moskvanın mövqeyini dəyişməyə məcbur etdi.

Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyət bir neçə baxımdan həlledici idi.

O, faciəyə sırf emosional deyil, dövlət məsuliyyəti və beynəlxalq hüquq müstəvisindən yanaşdı. Bakı hadisəni nə siyasi manipulyasiya vasitəsinə çevirdi, nə də onu regiondakı gərginliklərin fonunda ritorik təzyiq elementi kimi istifadə etdi. Əksinə, Azərbaycanın mövqeyi başından bəri konkret idi: bu, texniki qəza yox, nəticələri olan real hadisədir və ona görə də məsuliyyət daşıyan tərəf hüquqi addım atmalıdır.

Putinin Düşənbədə səsləndirdiyi “kompensasiya ödəniləcək və günahkarlar cəzalandırılacaq” bəyanatı məhz bu prinsipial xəttin nəticəsidir. Rusiya faktiki olaraq hadisəyə dair Azərbaycan  tərəfinin irəli sürdüyü əsas tezisləri qəbul etdi. Əgər Bakı bu məsələdə emosional və qeyri-sabit mövqe nümayiş etdirsəydi, Moskva hadisəni “texniki səhv” kontekstində bağlamağa nail ola bilərdi. Amma ölkə başçısının sakit, lakin sərt diplomatik tərzi, qarşı tərəfi arqumentlərlə üz-üzə qoydu. Bu mənada Bakı Rusiya-Azərbaycan münasibətlərinin gələcəyində sürprizə imkan vermədi.

Ölkə başçısının usta diplomatik soyuqqanlı yanaşması Putinlə görüşdə də özünü bir daha göstərdi. Belə ki, Prezident İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.

“Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, – deyə dövlətimizin başçısı bildirib.

Düşənbə görüşü Bakı–Moskva münasibətlərində tonun yumşaldılması istiqamətində ilk real addım kimi qiymətləndirilə bilər. Hadisə ətrafında formalaşan emosional gərginlik artıq rasional çərçivəyə keçib və dialoq kanallarının bərpası reallığa çevrilib. Bununla belə, münasibətlərin tam əvvəlki səviyyəyə qayıdacağını demək hələ tezdir.

Azərbaycan  tərəfi üçün əsas məsələ təkcə faciəyə hüquqi qiymət verilməsi deyil, eyni zamanda etimadın bərpasıdır. Yaxın perspektivdə münasibətlərdə “kontrollu normallaşma” modeli müşahidə olunacaq. Yəni tərəflər əməkdaşlıq kanallarını açıq saxlayacaq, lakin Bakı ölçülü və riskləri əvvəlcədən hesablayan xəttini qoruyacaq.

Nəticə etibarilə, Azərbaycan–Rusiya münasibətləri yeni mərhələyə daxil olur. Bu mərhələdə Bakı rasional davranacaq, hər jesti və bəyanatı strateji dəyərləndirəcək. Azərbaycan artıq regionda etimadını yalnız öz gücünə söykənərək formalaşdıran dövlətdir və Moskva ilə münasibətlərdə də bu yeni reallıq həlledici faktor olacaq./globalinfo.az

PAYLAŞIN:

Continue Reading

Previous: İmmuniteti gücləndirir: Qışda bu 5 çayı mütləq için!
Next: Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı – Əvvəl qalib seçir, sonra uyğun görmür

OXŞAR MÖVZULAR

nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026
iran-rusiya-fl

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə…

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25/05/2026
  • Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq 25/05/2026
  • Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək 25/05/2026
  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.