Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 17
  • Portağal və balı unudun: Professor soyuqdəyməni tez aradan qaldırmağın yollarını açıqladı

Portağal və balı unudun: Professor soyuqdəyməni tez aradan qaldırmağın yollarını açıqladı

admin 17/10/2025
qrip
Payız-qış mövsümündə soyuqdəymə, öskürək və asqırma hallarının artdığı bir vaxtda immunoloqlar sağlam qalmağın bir neçə təsirli yolunu açıqlayıblar. 
London İmperial Kollecinin Bioloji Elmlər fakültəsinin rəhbəri, immunologiya üzrə professor Daniel Devis “The Telegraph” qəzetinə müsahibəsində immun sisteminə dair geniş yayılmış miflərə aydınlıq gətirib və həqiqətən faydalı olan üsulları sadalayıb.
Mif: Çoxlu C vitamini və portağal şirəsi sizi soyuqdəymədən qoruyar
Professor Devisin sözlərinə görə, C vitamini xəstəliyə tutulmaq ehtimalına təsir etmir. C vitamininin “immunitet gücləndirici” kimi tanınması məşhur alim, Nobel mükafatı laureatı Laynus Polinqin 1970-ci ildə nəşr etdirdiyi “Vitamin C and the Common Cold” adlı kitabdan qaynaqlanır. Lakin bu iddialar elmi əsaslara söykənmirdi. Araşdırmalar göstərib ki, C vitamini qəbul edənlər soyuqdəymədən cəmi 8 faiz daha tez sağalır – yəni fərq cüzi və klinik əhəmiyyət daşımır.
Həqiqətən kömək edənlər: D və A vitaminləri
Devis qeyd edib ki, immun sistemini gücləndirdiyi elmi cəhətdən sübut olunan iki vitamin var – D və A vitaminləri. “Nutrients” jurnalında dərc olunan 2020-ci il araşdırması D vitamininin səviyyəsi ilə immun sisteminin fəaliyyəti arasında birbaşa əlaqə olduğunu göstərib. D vitamini çatışmazlığı infeksiyalar və autoimmun pozuntular riskini artırır.
D vitamini iki formada mövcuddur: bitkilərdə və bəzi qidalarda olan D₂ və günəş işığı, balıq, yumurta və süd məhsullarında olan D₃. D₃ orqanizmdə daha effektiv mənimsənilir. A vitamini də immunitet üçün vacibdir; onun əsas mənbələri pendir, yumurta, yağlı balıq, süd və qaraciyərdir.
Mif: Probiotik yoqurtlar immuniteti gücləndirir
Professor Devis xəbərdarlıq edir ki, probiotik yoqurtların immun sisteminə təsiri barədə yetərli elmi sübut yoxdur. “Bağırsaq mikroflorası immunitetə təsir göstərir, amma bu əlaqənin mexanizmləri hələ tam başa düşülməyib”, deyə o bildirir.
Həqiqətən kömək edən: Stressin azaldılması
Elmi araşdırmalar göstərir ki, immun sistemi güclü saxlamağın ən təsirli yolu stressi azaltmaqdır. Uzunmüddətli stress zamanı orqanizmdə kortizol hormonu artır və immun reaksiyalar zəifləyir. 2024-cü ildə “Journal of Clinical Medicine” jurnalında dərc olunan tədqiqatda xroniki stressin immun sistemini ciddi şəkildə pozduğu və infeksiya riskini artırdığı sübut edilib. Buna görə istirahət, təbiət gəzintiləri və sosial ünsiyyət sağlamlığın qorunması üçün mühüm sayılır.
Mif: Bitki çayları və bal immuniteti gücləndirir
Professor Devisin fikrincə, bal və bitki çaylarının immunitetə təsiri elmi olaraq sübuta yetirilməyib. Bununla belə, bal boğaz ağrısını yüngülləşdirə, bitki çayları isə orqanizmi rahatlandıra bilər. Yəni bu məhsulları qəbul etmək zərərli deyil, amma onları “mucizəvi dərman” kimi görmək doğru deyil.
Həqiqətən kömək edənlər: Yuxu və müntəzəm fiziki fəaliyyət
Tam və keyfiyyətli yuxu güclü immun sisteminin əsas şərtidir. Aparılan tədqiqatlar göstərib ki, kifayət qədər yatan şəxslər vaksinlərə daha çox anticisimlə reaksiya verirlər. Həftədə üç və ya daha çox dəfə edilən orta səviyyəli idman – gəzinti, üzgüçülük, velosiped sürmək – soyuqdəymə riskini 26 faiz azaldır. Lakin həddindən artıq yüklənmə (məsələn, marafon qaçışı) əks təsir göstərə bilər.
İmmun sisteminin balansı əsasdır
Professor Devis vurğulayıb ki, məqsəd “immuniteti gücləndirmək” deyil, onun balansını qorumaqdır. İmmun sistem həddindən artıq aktiv olduqda orqanizmin öz toxumalarına hücum edə bilər və bu, allergiya və autoimmun xəstəliklərə səbəb ola bilər./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Birinci vitse-prezident Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
Next: Aİ Şurası və Avropa Parlamenti müdafiə investisiyalarına dair ilkin razılığa gəlib

OXŞAR MÖVZULAR

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.