Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • “Dövlət Satınalmaları Haqqında” Qanunun Niyazi Bayramova aidiyyatı yoxdumu?? – Antiinhisar Agentliyi cavab versin

“Dövlət Satınalmaları Haqqında” Qanunun Niyazi Bayramova aidiyyatı yoxdumu?? – Antiinhisar Agentliyi cavab versin

admin 20/10/2025
nb-gence

 

Gəncə şəhər İcra Hakimiyyəti birmənbədən satınalma metodu tətbiq etməklə Gəncə şəhərində qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi üçün yeni yaşayış binalarının (249 mənzilli yaşayış binasının) tikintisi üzrə “Reyhan Müəssisəsi” MMC ilə 2.000.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 16.10.2025-ci ildə dərc edilib.
Bəs Gəncə şəhər İcra Hakimiyyətinin 249 mənzilli yaşayış binasının tikintisini həvale etdiyi bu şirkət haqqında nə kimi məlumatlar var.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Reyhan Müəssisəsi” (VÖEN: 5600031641) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.03.2005-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 5000 manat olan MMC-nin hüquqi ünvanı YARDIMLI RAYONU, OSNAĞARAN,
qanuni təmsilçisinin isə Əliyev Coşqun Valeh oğlu olduğu göstərilir.
Vergi Xidmətinin məlumatlarında “Reyhan Müəssisəsi” MMC həm riskli, həm də passiv vergi ödəyicisi olduğu göstərilir. MMC-nin hazırki günə 161 966.41 manat vergi borcu var.
İndi gəlin görək  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu bu şirkətin satınalmalarda iştirakına yol verirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Reyhan Müəssisəsi” MMC-nin vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 2319020913029800 nömrəli, 05.05.2023-cü il tarixli Qərar qəbul edib. Göründüyü kimi hazırki günə də MMC-nin dövlətə 161 966.41 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 30.09.2019-cu ildə olub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “Reyhan Müəssisəsi” MMC həm riskli vergi ödəyicisidir, həm külli miqdarda verği borcu var, həm də VÖEN-i passivdir.
Qeyd edək ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.
Belə olan halda  Gəncə şəhər İcra Hakimiyyəti iki ildən çoxdur riskli vergi ödəyicisi hesab edilən, bir sahibkarlıq subyekti kimi fəaliyyətini dayandırmış, passiv vergi ödəyicisi olan “Reyhan Müəssisəsi” MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlayıb?
Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Həmin qanuna görə təchizatçının “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi; satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması; son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayışın olması mütləqdir.
Göründüyü kimi Qanunda hər şey açıq aşkar göstərilir. Amma buna baxmayaraq Gəncə şəhər İcra Hakimiyyəti sahibkarlıq fəaliyyəti dayandırılmış şəxslə, azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi məlum olmayan bir şirkətlə birmənbədən satınalma metodu tətbiq etməklə müqavilə bağlayıb.
Bunlarla bərəbər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarı ilə təsdiq edilmiş, açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi  meyarları da qüvvədədir.
Amma göründüyü kimi,  Gəncə şəhər İcra Hakimiyyəti birmənbədən satınalma metodu tətbiq etməklə 2.000.000 manat dəyərində satınalma müqaviləsi bağladığı “Reyhan Müəssisəsi” MMC bu meyarların heç birinə cavab vermir.  Maraqlıdır, satınalmalara birbaşa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu müqavilənin bağlanılmasına necə razılıq verib?
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Belə olan halda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Gəncə şəhər İcra Hakimiyyətinə “Reyhan Müəssisəsi” MMC kimi riskli bir vergi ödəyicisi ilə satınalma müqaviləsi bağlamağa hansı əsalarla yol verib?
Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 2018-ci ildənNiyazı Bayramovdur. Son yeddi il ərzində, yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Gəncədə bir çox dövlət layihələrinin həyata keçirilməsinə, İdman Sarayının, Dram Teatrının tikintisinə yüz milyonlorla  manata yaxın dövlət vəsaiti xərclənib. Satınalmalar yolu ilə ayrılan bu vəsaitlərin hamısı Niyazi Bayramova yaxınlığı ilə tanınan şirkətlər vasitəsi ilə həyata keçirib. Qanunsuz, qaydasız. Sanki, Niyazi Bayramov üçün “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanunu yoxdu. Sanki, sözügedən Qanunun Niyazi Bayramovun başçısı olduğu Gəncə şəhərinə heç aidiyyatı yoxdu. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də bir nəzarət orqanı olaraq Niyazi Bayramovun bu özbaşınalıqları ilə artıq barışmış kimi görsənir.
Aktualinfo.net

 

 

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: “Günü 30 manata işçi tapmaq olmur” – Çıxış yolu nədir?
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – Şuşada və Xankəndidə keçirilən tədbirlərin izi ilə…

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.