Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – Şuşada və Xankəndidə keçirilən tədbirlərin izi ilə…

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – Şuşada və Xankəndidə keçirilən tədbirlərin izi ilə…

admin 20/10/2025
qht-aygün

 

Apardığımız araşdırmalar göstərir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi təkcə qrantların paylanmasında deyil, müxtəlif tədbirlərin keçirilməsi üçün dövlət satınalmalarında da ciddi saxtakarlıq yolunu tutub. Amma, nə karədirsə bu quruma “qaşın üstə gözün var” deyən yoxdur. 

Bu sətirlər “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı tərəfindən daxil olmuş yazıda yer alır.

Məlum aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

Bu ilin əvvəlində QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəsmisi açıqlama verərək, Şuşada QHT-lərin VI İnkişaf və Mübadilə Proqramının, Xankəndidə isə  QHT-lərin III Əməkdaşlıq Forumunun keçiriləcəyini bildirmişdir. Yəni, bu tədbirlər artıq Agentliyin planına daxil edilibmiş, bunlar təcili ortaya çıxan tədbirlər deyilmiş.

Lakin, dövlət satınalmalar portalında axtarışdan məlum olur ki, hər iki tədbir üçün “bir mənbə” satınalma metodundan istifadə edilərək “BRİGHT SOLUTİONS” MMC ilə müqavilə bağlanmışdır.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 49-cu maddəsində aydın göstərilir ki, “bir mənbə” satınalma metodu nə zaman tətbiq edilə bilər:

49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;

49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə.

Gördüyünüz kimi, bu halların heç biri əsas vermir ki, QHT-lərə Dövlət Dəstəyi  Agentliyi belə bir saxtakarlıq etsin.

Lakin, nəzarət qurumu belə halları nəzərə almadan Agentliyə satınalma müqaviləsinin bağlanmasına icazə vermişdir. Müqaviləyə  əsasən Agentlik “BRİGHT SOLUTİONS” MMC-yə 181 342 manat vəsait köçürmüşdür.

Maraq doğuran səbəblərdən də biri nəzarət qurumunun belə qanunsuzluğa qol qoyması və 2 tədbir üçün bu məbləğdə vəsaitin ayrılmasına razılıq verməsidir.

15 aprel 2025-ci ildə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Palatanın sədri Vüqar Gülməmmədov bir açıqlama vermişdi: “Bir mənbədən satınalmaların sayı və məbləğində artımın qeydə alınması şəraitində bu metod üzrə qiymətlərin optimallaşmasına zərurət var. Bir mənbədən satınalma metodunun vaxt məhdudiyyəti əsası ilə alınan icazələrinin Icra prosesində təsdiqinin tapmaması, bir mənbədən satınalma metodunun tətbiqinin vaxta qənaətə imkan verməsi fonunda əksər hallarda vəsaitə qənaətlə nəticələnməməsi kimi hallar müşahidə edilmişdir”.

Buradan Hesablama Palatasının sədri Vüqar müəllimə səslənirik. Sizin audit sahəsində kifayət qədər təcrübəniz var. Xahiş edirik, auditorlarınız  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətindəki bu saxtakarlıqları ciddi araşdırsınlar.

Təsadüfi deyil ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi mütəmadi olaraq bütün tədbirləri üçün “bir mənbə” satınalma metodundan istifadə edir. Görünür buradakı maraq digər satınalmalardan daha güclüdür. Əksər qurumlar bu metoddan il ərzində heç bir dəfə də istifadə edə bilmir. Görünür, əlahəzrət güc Agentliyin satınalmalarına böyük maraq göstərib, dəstək verir.

Əvvəlki yazılarımızda təqdim etdiyimiz kimi QHT-lərə Dövlət  Dəstəyi  Agentliyindəki  tədbirlərin keçirilməsinin bir səbəbi var, o da dövlət büdcəsində xeyli miqdarda pul çırpışdırmaq. Tədbirlərin mövzusuna, onların nəticələrinə ayrıca toxunacağıq. Görüntü, daha çox pul silmək üçün hər cür yola əl atırlar, rəsmi tədbirə musiqiçilərə qədər gətirib oxudurlar ki, büdcə böyük olsun. Soruşan yoxdur ki, tədbirdə qaldırdığınız problem və ya məsələnin nəticəsi necə oldu? /yenixeber.org 

PAYLAŞIN:

Continue Reading

Previous: “Dövlət Satınalmaları Haqqında” Qanunun Niyazi Bayramova aidiyyatı yoxdumu?? – Antiinhisar Agentliyi cavab versin
Next: Ofis sahələrinin icarəsindən kim daha çox qazanır, fiziki şəxs Rasim Rzayev, yoxsa…

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.