Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 24
  • İraqlıları Azərbaycandan küsdürən sirli əl – Viza alverinin arxasında kim dayanır?

İraqlıları Azərbaycandan küsdürən sirli əl – Viza alverinin arxasında kim dayanır?

admin 24/10/2025
iraq-sef-k-
Məşhir ingilis diplomatı Henri Uottonun sözləridir: “Səfir öz ölkəsinin xeyri üçün başqa ölkəyə yalan danışmağa göndərilmiş vicdanlı adamdır”.
 
Amma təəssüf ki, bu sözləri Azərbaycanın bəzi xarici ölkələrdəki səfir və diplomatları haqqında işlətmək mümkün deyil. Məsələ burasındadır ki, onlar xarici ölkələrdə Azərbaycanı deyil, özlərini, öz maraqlarını düşünürlər və nəinki əcnəbiləri, Azərbaycan rəhbərliyini də aldadırlar. Söhbət təkcə yalanlardan da getmir. Bəzi ölkələrdəki diplomatlarımız bütün iş-gücünü bir tərəfə atıb, öz bizneslərini qurmaq üçün min bir oyundan çıxırlar. Bürokratik əngəllər yaratmaqdan başlamış viza alverinə, rüşvət və korrupsiyaya qədər…
Bütün bu əməllərin nəticəsi isə o olur ki, xarici ölkəyə milli maraqlarımız təmsil etməyə, ölkə başçısının uğurlu xarici siyasət kursunu həyata keçirməyə, ölkəmizin beynəlxalq nüfuzunu qaldırmağa göndərilən diplomatların bəziləri nəinki bu istiqamətdə heç bir ciddi adam atmırlar, əksinə, Azərbaycanın adına xələl gətirir, imicini yerlə bir edirlər. Onların fırıldaqçılığı, biznes maraqları, vəzifə səlahiyyətlərindən yararlanıb milyonlar qazanmaq ehtirası bizə baha başa gəlir: həmin ölkədə Azərbaycana və xalqımıza qarşı mənfi münasibət formalaşır.
Digər tərəfdən, bu cür fəaliyyət turizmlə bağlı dövlət siyasəti ilə ziddiyyət təşkil edir və ona ağır zərbə vurur. Azərbaycan hökuməti bir sıra ölkələrlə gediş-gəlişi sadələşdirmək, ölkəyə turist axınını, təbii ki, həm də turizmdən gələn gəlirləri artırmaq yönündə siyasət yürüdür. Bəzi səfir və diplomatların süni əngəlləri, tətbiq etdikləri özünəməxsus “qaydalar”, yaratdıqları turizm monopoliyası isə Azərbaycana səfər etmək istəyən əcnəbilər qarşısında “Çin səddi”nə çevrilir. Ölkəmiz külli miqdarda turizm gəlirləri və sərmayələrdən məhrum olur.
Bakupost.az
Götürək elə Azərbaycanın İraqdakı səfirliyini. Neçə illərdir ki, bu səfirliyin adı müxtəliv neqativ hadisə və qalmaqallarda hallanır. Bir neçə il əvvəl mətbutada İraqdan Azərbaycana səfər edən turistlərin viza alan zaman ciddi bürokratik əngəllər, rəsmi dövlət rüsumundan qat-qat baha olan məbləğlə üzləşmələrindən bəhs edən yazılar dərc olunurdu. Hətta 2020-ci ildə xarici işlər nazirinin sabiq müavini Nadir Hüseynovun vəzifə səlahiyyətlərindən istifadə edərək, 10 ilə yaxın müddətdə ərəb turistlərin ölkəyə gəlişi ilə əlaqədar viza alveri etdiyi barədə faktlar açıqlandı və həmin ilin sentyabrında o, vəzifəsindən azad edildi. Nazir müavini postunu şəxsi gəlir mənbəyinə çevirən, verilən vizaları qeydiyyata almayan Nadir Hüseynovun bu yolla milyonalarla manat gəlir əldə etdiyi bildirilirdi. Eyni vəziyyətin İraqdakı səfirliklə bağlı yarandığı da qeyd olunurdu.
İraqdakı səfiriyimiz nə işlə məşğul olur?
Qeyd edək ki, hazırda Azərbaycanın İraqda səfiri yoxdur. Onun səlahiyyətlərini müvəqqəti işlər vəkili Elnur Məmmədzadə yerinə yetirir. Ona qədər isə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov idi. 2019-2023-cü illərdə İraqdakı səfirliyimizə müşavir, müvəqqəti işlər vəkili vəzifəsini tutan Nəsir Məmmədov 2023-cü ilin 29 avqustunda fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi. 16 dekabr 2024-cü ildə isə o, geri çağırılıb. Başqa sözlə, Nəsir Məmmədov səfir olduğu müddətdə viza qalmaqalını yoluna qoya bilməyib və uzun illərdir mövcud olan bu problem hələ də qalmaqdadır.
Bakupost.azElnur Məmmədzadə
 
Artıq vəziyyət o həddə çatıb ki, əvvələr sosial şəbəkələrdə şikayətlənən İraq vətəndaşları, iş adamları artıq Azərbaycanın dövlət qurumlarına, xaricə səfər edən rəsmi şəxslərə səfirliyimizin fəaliyyəti, viza və pasport alveri, süründürməçilik, bu sahədə monopoliya yaradılması, rüşvət tələb edilməsi ilə bağlı şikayət edirlər. Azərbaycana sərmayə yatırmaq istəyən İraq şirkətləri də bu vəziyyətdən narazıdırlar.
Bakupost.az
Bakupost.az -ın əldə etdiyi məlumata görə, vəziyyətdən narazı olanlardan biri də İraqda fəaliyyət göstərən “Alkaither” şirkətidir. Şirkətin nümayəndəsinin bildirdiyinə görə, səfirlik vizaların verilməsi sahəsində qeyri-rəsmi monopoliya yaradıb. Belə ki, viza rəsmiləşdirilməsi yalnız “Əl-Zaeem” adlı şirkət vasitəsilə həyata keçirilir. Nəticədə rəsmi rüsum 20 ABŞ dolları olsa da, viza İraq vətəndaşlarına 350-400 dollara başa gəlir.
Bakupost.az
“Alkaither” təmsilçisinin iddiasına görə, İratqdakı digər şirkətlər səfirliyə viza üçün sənədlər təqdim etdikdə müraciətlərə uzun müddət baxılmır, müxtəlif bəhanələrlə onlara cavab verməkdən imtina edilir. “Əl-Zaeem” şirkəti vasitəsilə edilən müraciətlər isə qısa zamanda müsbət həllini tapır.
İraqın sadə vətəndaşları da səfirliyin yaratdığı “viza monopoliyası”ndan əziyyət çəkirlər. Onlardan biri də Samer Faisal Abdulsaheb Smaysemdir. O, viza üçün müraciət etdiyi Azərbaycan səfirliyinin davranışından çox narazı qalıb.
Bakupost.az
Bakupost.az -a açıqlamasında S.Smaysem bildirib ki, bu il avqustun 27-də Azərbaycana viza almaq üçün səfirliyə müraciət edib. Ona müraciətin qəbul edildiyinə dair rəsmi bildiriş verilib. Lakin 15 gün ərzində məsələyə baxılacağı bildirilsə də, S.Smaysem ay yarım ərzində heç bir cavab ala bilməyib. Onun dediyinə görə, bu, “Əl-Zaeem” adlı şirkətin səfirliklə birgə yaratdığı monopoliya ilə əlaqədardır:
“Dostlarım məndən bir həftə sonra “Əl-Zaeem” şirkəti vasitəsilə viza üçün müraciət etdilər. Onlar 345 ABŞ dolları ödəyərək, 3 gün ərzində viza aldılar. Mənə də məsləhət gördülər ki, özünü yorma, viza almaq istəyirsənsə, yeganə yol “Əl-Zaeem”ə müraciət etməkdir”.
Bakupost.az
S.Smaysemin sözlərinə görə, rəsmi müraciətlərə baxılması məqsədli şəkildə yubadılır, vasitəçi şirkətlərin xətti ilə edilən müraciətlər isə sürətlə və böyük məbləğ qarşılığında həllini tapır: “Bu, insanları manipulyasiya etmək və korrupsiyadır. Səfirliyin ədalətsiz davranışı səbəbindən mən tətilimi və səyahətimi təxirə salmalı oldum, ən əsası isə Azərbaycana etibarımı itirdim. Bu, sevdiyim və hörmət etdiyimiz ölkənin nüfuzuna zərər vurur”.
Qeyd edək ki, bu, İraq vətəndaşlarından olan ilk belə şikayət deyil. Bundan bir neçə il əvvəl Rania Moxsen və Zəhra əl-Cuburi adlı iki İraq vətəndaşı da ədalətsiz məhdudiyyətlərdən bəhs etmiş və bu məsələdə səfirliyi günahlandırmışdılar.
Göründüyü kimi, 20 dollarlıq viza İraq vətəndaşlarına öz dəyərindən 40-50 dəfə baha satılır. Bu biznesdən qazanılan milyonlarla dollar isə Azərbaycanın xarici siyasətinin etibar edildiyi “diplomatlar”ın və onların himayədarlarının cibinə gedir…
“Əl-Zaeem” şirkəti kimindir?
Yuxarıda qeyd etdiyimiz kimi, İraq vətəndaşları, iş adamları səfirliyimizlə yanaşı “Əl-Zaeem” şirkətinin də fəaliyyətindən narazıdırlar. Qeyd edək ki, “Əl-Zaeem” ərəb ölkələrində tanınmış brenddir. Bu brend altında Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İraqda bir neçə şirkətlər qrupu, hətta mühafisə, futbol klubları və s. fəaliyyət göstərir. Məsələn, mərkəzi ofisi Qətərdə yerləşən “Əl Zaeem Group” tibb, əczaçılıq və laboratoriya xidməti, səyahət və turizm, elektrik avadanlıqları və avtomobil ehtiyat hissələrinin satışı, restoran biznesi sahəsində fəaliyyət göstərir və şirkətin müxtəlif ölkələrdə onlarla filialı mövcuddur.
 
İraq vətəndaşlarının şikayətçi olduğu “Əl Zaeem Group” isə 2012-ci ildə yaradılıb və Bağdadın Əl-Mənsur rayonunda yerləşir. Turizm və səyahətlərin təşkili sahəsində ixtisaslaşan şirkətin baş direktoru Mohammed Alzaeemdir.
Bakupost.az
Sosial şəbəkə hesabındakı məlumatlarından aydın olur ki, onun yalnız səfirliyimizdə deyil, Azərbaycanda da ciddi əlaqələri var. Mohammed Alzaeem indiki vəzifəsinə qədər bir neçə il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Zaomi Travel”in baş direktoru olub. Ümumiyyətlə, “Əl Zaeem Group” yalnız turizm deyil, əmlak bazarında da ciddi fəaliyyəti ilə diqqət çəkir.
Bakupost.az
Şirkətin Dubay, Əbu Dabi, Bakı və digər şəhərlərdə ciddi biznes layihələri var. “Əl Zaeem Group”un Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak sahəsində ixtisaslaşan “Al Zaeem Real Estate” şirkətinin baş direktoru Əhməd Loubanidir. Şirkətin Bakı ofisi isə Xətai rayonu Mərkəzi bulvar küçəsi 5 ünvanında yerləşir.
Bakupost.az
Yuxarıda qeyd olunan şikayətlərlə bağlı Azərbaycan şəfirliyi ilə şərikli biznes qurmaqda adı hallanan “Əl-Zaeem” şirkəti ilə sosial şəbəkə üzərindən əlaqə saxladıq. Yaxın dostumuzun Azərbaycana səyahət etmək istədiyini bildirdik və viza məsələsində yardım istədik. Şirkətdən heç bir problem olmadığını, 500 ABŞ dolları qarşılığında viza və təyyarə bileti təşkil edə biləcəklərini söylədilər.
Bakupost.az
Qeyd edək ki, Bağdaddan Bakıya aviabiletlər uçuşdan bir neçə həftə əvvəl alındıqda onların qiyməti təqribən 160-190 ABŞ dolları edir. “Əl-Zaeem” şirkətinin açıqlamasından da aydın olur ki, Azərbaycana vizaların real qiyməti 20 dollar olsa da, bu, Bağdaddan Bakıya uşmaq istəyənlərə təqribən 300-350 dollar edir. Aviabilet və vizanın birlikdə qiyməti isə 500 dollar və ondan artıq təşkil edir.
Maraqlıdır, Azərbaycan XİN-də bu olaylardan xəbərdardırlarmı? Məsələ ilə bağlı XİN-ə sorğu ünvanlasaq da, hələlik cavab almamışıq./bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: Rusiya Zəngəzur dəhlizinə nəzarət edə bilməyəcək – Açıqlama
Next: Zəngəzur, AZAL, Mehdiyev… – Putin Əliyevə niyə indi zəng etdi?

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.