Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 27
  • “Putin çevriliş qorxusu keçirir” – “Bu, Kremlin paranoyasını nümayiş etdirir”

“Putin çevriliş qorxusu keçirir” – “Bu, Kremlin paranoyasını nümayiş etdirir”

admin 27/10/2025
2024-09-13t084800z_1393488177_rc2jz9a1vk4p_rtrmadp_3_russia-putin-scaled

 

Ukrayna ilə müharibənin yaratdığı iqtisadi problemlər və ictimai narazılıq Rusiya Prezidenti Vladimir Putinin mümkün çevriliş qorxularını daha da artırıb.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Qəzet qeyd edir ki, Putinin narahat olmaq üçün getdikcə artan səbəbləri var: Avropa İttifaqı və ABŞ yeni sanksiyalar tətbiq edir, biznes yüksək faiz dərəcələri ilə iflic vəziyyətindədir, dövlət borcu artır, bahalaşma sürətlənir və sair. Rusiya İqtisadi İnkişaf naziri Maksim Reşetnikov isə iqtisadiyyatın “tənəzzülün astanasında” olduğu barədə xəbərdarlıq edir. Hətta dövlət qurumu olan Rosstat belə etiraf edir ki, müharibənin əvvəlindən bəri inflyasiya artımı 40%-i keçib.

Maliyyə Nazirliyinin proqnozuna görə, Rusiyanın 2025-ci ildə büdcə kəsiri ÜDM-in 2,6%-nə və ya 5,7 trilyon rubla çata bilər. Bu, planlaşdırılan 0,5%-dən beş dəfə çoxdur və ən yüksək antirekorddur. Kəsiri ödəmək üçün hökumət vergiləri (2026-cı ildən ƏDV dərəcəsi 22%-ə qədər artacaq) və daxili borclanmanı kəskin şəkildə artırmağa məcburdur ki, bu da dövlət borcunu xeyli artıracaq. Hakimiyyət artıq büdcə kəsirini Milli Rifah Fondundakı vəsait hesabına bağlamağa da qorxur. Çünki zatən müharibədən əvvəl 10 trilyon rubl olan fondun vəsaiti 4,2 trilyon rubla qədər azalıb. 300 milyard dollara yaxın vəsait isə Qərb tərəfindən “dondurularaq”, faktiki Rusiyanın əlindən alınıb və hazırda hissə-hissə Ukraynaya verilməkdədir.

Neft gəlirləri azalır, Ukraynanın neft emalı zavodlarına zərbələri nəticəsində benzin və dizel həm bahalaşır, həm keyfiyyətini itirir, həm də əlçatmaz olur.

Harvard Universitetinin Rusiya və Avrasiya Tədqiqatları Mərkəzinin əməkdaşı Kreyq Kennedinin sözlərinə görə, Rusiyada bank böhranı təhlükəsi də gözardı edilə bilməz. O, Rusiyada hərbi müəssisələrin borcunun 190 milyard dollara – ölkənin illik büdcəsinin təxminən 37%-nə bərabər olduğunu qeyd edir. Rusiya bankları cəbhə üçün istehsalı dəstəkləməkdən ötrü kifayət qədər zəmanət olmadan hərbi sənaye şirkətlərinə aktiv şəkildə kredit veriblər. İndi bu kreditlərin əhəmiyyətli hissəsi defolt riski altındadır. “Bloomberg”-in məlumatına görə, kreditləri yığa bilməyən bəzi böyük banklar Mərkəzi Bankdan kömək istəməyə başlayıblar.

Vəziyyət Çindən artan asılılıq və Qərb sanksiyaları ilə daha da ağırlaşır. ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Ukrayna münaqişəsinin həllində irəliləyişin olmaması səbəbindən Rusiyanın ən böyük neft şirkətləri olan “Rosneft” və “Lukoil”-ə sanksiyalar tətbiq etdi. Bunun ardınca Rusiya neftinin əsas alıcıları olan Çin və Hindistan idxalı azaltdı. Bu da Kremlin valyuta gəlirlərinin azalması ilə nəticələnəcək. Bununla bağlı qəzet yazır: “Üç il yarımdan sonra ilk dəfə olaraq Rusiya həqiqətən ağrını hiss edir və bu, Kremldə panika yaradır”.

Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin fəxri direktoru Angela Stent qeyd edir ki, Putinin yaxın ətrafı mövcud vəziyyətdən çıxış yolu axtarır. Bunun üçün müxalifəti nüfuzdan salmaqla “Qərbin Rusiyanı parçalamağa çalışdığını göstərmək” istiqamətində addımlar atılır. Bu isə daxili qeyri-sabitlik dövründə standart bir taktikadır.

Qeyd olunur ki, 14 oktyabrda FSB ölkədə “konstitusiya quruluşunu dəyişdirmək” məqsədi ilə “hakimiyyəti zorakılıqla ələ keçirmək” planı hazırladıqlarına görə keçmiş “Yukos” sahibi Mixail Xodorkovski və Müharibəyə Qarşı Komitənin 22 üzvünə qarşı cinayət işi açıb. Londonda mühacirətdə olan Xodorkovskinin özü ittihamları “müxalifəti qorxutmaq üçün hazırlanmış yalan” adlandırıb.

Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru və ABŞ-nin Ukraynadakı keçmiş səfiri Con Herbst isə deyir ki, “Bu, Kremlin paranoyasını nümayiş etdirir – Putin öz rejimini gücləndirmək üçün düşmən axtarır”.

Qeyd edək ki, Putin real dövlət çevrilişi cəhdi ilə 2023-cü ilin iyununda üzləşib. Həmin vaxt “Vaqner” PMC-nin qurucusu Yevgeni Priqojin üsyana rəhbərlik edərək Müdafiə Nazirliyi ilə uzun müddətdir davam edən münaqişə bəhanəsi ilə Moskvaya doğru hərbi yürüşə başlamışdı. O günlərdə Putin hakimiyyətinin nə qədər çürük və zəif olduğu aydın göründü. Nə əhali, nə də siyasi isteblişment Putinin müdafiəsinə qalxmadı. Priqojini isə Rostov başda olmaqla, hərbi kolonun keçdiyi bütün şəhərlərdə böyük coşqu və dəstəklə qarşıladılar. Ona heç bir güc strukturu müqavimət göstərmədi. Lakin son anda o, planından imtina etdi və öz döyüşçülərinin Moskvaya doğru hərəkətini dayandırdı. Bundan bir neçə ay sonra isə Priqojin və yaxın adamlarının olduğu təyyarə partladıldı.

Hazırda Putin hakimiyyətinə qarşı hərbi müxalifət nəzərə çarpmasa da, böyük sosial narazılıq və iqtisadi problemlər heç də hərbi çevrilişdən az təhlükəli deyil. Cəbhədəki böyük itkilər qarşılığında “tısbağa sürətli irəliləyişi”, siyasi elita və biznes elitasının narazılığını, eləcə də Qərbin getdikcə daha da artan təzyiqlərini də bunun üzərinə gəlsək, Putinin çevrilişdən qorxması üçün doğrudan da kifayət qədər əsasının olduğunu söyləmək olar… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanla işləməyə davam edirik – Paşinyan
Next: Taksi sürücüləri etiraza qalxdı: Vəsiqə almaq belədirsə, kartı nə zülmlə alacağıq? – VİDEO

OXŞAR MÖVZULAR

hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026
2026-04-11-18-28-36XltjKNm8LhIHWHQAAgo4_file

İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir

admin 20/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.