Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 29
  • Mədəniyyət Nazirliyinin bir nəfərə bağlı iki şirkətlə işbirliyi davam edir – Adil Kərimlinin masasına

Mədəniyyət Nazirliyinin bir nəfərə bağlı iki şirkətlə işbirliyi davam edir – Adil Kərimlinin masasına

admin 29/10/2025
1738406053_adil-ker-med-naz

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti birmənbədən satınalma metodu tətbiq etməklə Yevlax şəhəri Heydər Əliyev adına Sarayın fasad və tamaşaçı zalının əsaslı təmirinin icrası zamanı nəzərdə tutulmayan abadlıq işləri və layihəyə edilən əlavə işlərin satın alınması üzrə açıq tenderin nəticəsini elan edib. Müsabiqənin qalibi “QARA QAYA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmiş və tərəflər arasında 449.977,96 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.  Məlumat satınalmaların portalında 28.10.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, bu “Əsaslı Tikinti və Təchizat” MMC ilə “QARA QAYA” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

“Əsaslı Tikinti və Təchizat” MMC Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev Mərkəzinin cari təmiri işlərinin satın alınması üzrə 264.580,3 manat dəyərində 05.05.2025-ci ildə, Yevlax şəhəri Heydər Əliyev adına Sarayın fasad və tamaşaçı zalının əsaslı təmiri işlərinin satın alınması üzrə 733.501,53 manat dəyərində 24.09.2024-cü ildə, Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospektində yerləşən Muğam Evinin cari təmir işlərinin satın alınması üzrə 345.641,84 manat dəyərində 06.08.2024-cü ildə “QARA QAYA” MMC ilə bağlamışdır.

İndi gəlin görək “Əsaslı Tikinti və Təchizat” MMC-nin satınalmalarda önəm verdiyi “QARA QAYA” MMC kimə məxsusdur və barəsində nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QARA QAYA”  (VÖEN: 3200070511) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 02.03.2006-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 50A, m. 2, qanuni təmsilçisinin isə Əliyarov Aydın Əliyar oğlu olduğu göstərilir. MMC-nin hüquqi ünvanı ilkin olaraq Bərdə şəhəri, Nizami küçəsi, Bərdə Tikinti Filialının binası olub. 10.01.2018-ci ildən MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir.

Qeyd edək ki, “QARA QAYA” MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğlu həm də “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən Tovuz rayonunda yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə qalib seçdiyi və  380.507,52 manat məbləğində satınalma müqaviləsi bağlamaq istədiyi   “TƏMİR-TƏCHİZAT-4”  MMC-nin qanuni təmsilçilərindən biri həm də təsisçisidir. Dövlət vergi Xidmətinin reyestr məlumatlarında 2016-05-16-ci il tarixdən 2023-01-31-ci il tarixədək “Təmir-Təchizat-4” MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğlu olub. Görsənən odur ki, hər iki MMC bir nəfərə məxsusdur, Əliyarov Aydın Əliyar oğluna.

Satınalmalarının portalında yerləşdirilən məlumatlardan aydın olur ki, Mədəniyyət Nazirliyinin “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti son ikiayda bir nəfərə bağlı iki şirkərlə ümumi dəyəri milyon manata yaxın 3 müavilə bağlayıb. Bu müqavilələrin bağlanılması zamanı isə ciddi qanun pozuntularına yol verilib. Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2020-2023-cü illərdə  “Təmir-Təchizat-4” MMC ilə ümumi olaraq 3 064 212 manat, “Qara Qaya” MMC ilə 794 434 manat məbləğində satınalma müqavilələri bağlanmışdır. MMC-lərin Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla yaxınlığı ehtimal edilir və analoji qanun pozuntularına burada da yol verildiyi iddia edilir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 15 oktyabr 2022-ci il tarixli qərarı ilə yaradılıb. MMC-nin direktoru Vəliyev Rafiq Mustafa oğludur.  O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmiş Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Təchizat” MMC-nin direktoru kimi deyil, “FİL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabr ayına qədər.

Medianın yazdığına görə bu dövrdə  “Əsaslı Tikinti və Təchizat” MMC Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının  ən bahalı tenderlərini 4-5 şirkətə verib. Onlardan biri də vaxtı ilə Rafiq Vəliyevin rəhbərlik etdiyi  “FİL AGENCY” MMC olub.

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
Next: Tikinti şirkəti vətəndaşın evini yerlə bir edib – İDDİA

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.