Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 31
  • Putinə cavab, yoxsa Çinə hədiyyə? – Trampın nüvə hədələri parçalanmaya səbəb oldu

Putinə cavab, yoxsa Çinə hədiyyə? – Trampın nüvə hədələri parçalanmaya səbəb oldu

admin 31/10/2025
bf25560bd598f9d441fcf999c34e9731_yioj

 

ABŞ Prezidenti Donald Trampın nüvə silahı sınaqlarını bərpa etmək qərarı Konqresdə demokratlar və respublikaçılar arasında parçalanmaya gətirib çıxarıb. 
“The Hill”ə istinadla yazırıq ki, respublikaçılar Trampı Vladimir Putinin nüvə təhdidlərinə qarşı dayandığı üçün tərifləyir, demokratlar isə bu addımın məqsədəuyğunluğunu, təhlükəsizliyini, maliyyələşdirilməsini və yaratdığı presedenti şübhə altına alırlar.
“Bu, bizim üçün səhv olardı, çünki heç nə qazanmayacağıq. Əgər biz sınaq keçirsək, sonra Çin desə ki: “Yaxşı, mən də sınaqlara başlayıram”. Onlar öz nüvə silahlarını sınaqdan keçirməyə başlayacaqlar və nəticədə onların strateji gücü xeyli artacaq. Biz heç nə əldə etməyəcəyik. Bu, Çin üçün hədiyyə olacaq”, – deyə Arizona ştatından demokrat senator Mark Kelli, Senatın Silahlı Qüvvələr üzrə altkomitəsinin üzvü bildirib.
Massaçusets ştatından demokrat senator Elizabet Uorren isə sual edib ki, niyə respublikaçıları prezidentin göstərişinin icrası üçün lazım olacaq vəsaitin həcmi narahat etmir.
Lakin respublikaçılar Trampı qətiyyətlə dəstəkləyiblər.
“Bu, eskalasiya deyil”, – deyə Aydaho ştatından respublikaçı senator Ceyms Riş bildirib və Putini “dəli adam” adlandırıb:
“Heç kim inanmır ki, o [Putin] nüvə silahından istifadə edəcək… baxmayaraq ki, o, bütün bu müddət ərzində Trampı qorxutmaq üçün bu təhdidlərdən istifadə edib. Düşünürəm, Tramp demək istəyirdi ki: “Məni bu qorxutmur”.
Nümayəndələr Palatasının spikeri, Luiziana ştatından respublikaçı Mayk Conson da Trampı dəstəkləyərək bildirib ki, bu addım “ABŞ-ın düşmənlərinə ciddi siqnaldır”:
“Ali baş komandan istəyir ki, biz tam hazırlıqlı olaq. Biz Yer üzündəki son böyük supergüclüyük. Amma dünya sülhünü qorumaq üçün güc nümayiş etdirmək lazımdır — və prezident məhz buna inanır. O, bunu dəfələrlə nümayiş etdirib”, – deyə o əlavə edib.
Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qrem isə bildirib ki, Trampın Müdafiə Nazirliyinə verdiyi göstəriş Putin üçün bir “cavab”dır və Tramp onu Rusiya-Ukrayna müharibəsini bitirmək ümidi ilə danışıqlar masasına oturmağa məcbur etmək istəyir.
“Düşünürəm, Putin Trampı qiymətləndirmir, – deyə Qrem “The Hill”ə müsahibəsində bildirib. – Sən ölkəmizi hədələyirsən. Buna görə peşman olacaqsan”.
Bununla yanaşı, bəzi senatorlar prezidentin direktivinin kifayət qədər aydın olmadığını etiraf ediblər.
Viskonsin ştatından respublikaçı senator Ron Conson deyib ki, Trampın “nüvə sınaqları” dedikdə nəyi nəzərdə tutduğuna baxmaq lazımdır, lakin o, ABŞ-ın “nüvə qüvvələrini müasirləşmiş vəziyyətdə” saxlamağının vacibliyini vurğulayıb.
Arkanzas ştatından respublikaçı senator Tom Kotton isə bildirib ki, ABŞ öz nüvə arsenalını “dəstəkləməli və müasirləşdirməlidir”.
“1992-ci ildən bəri ABŞ sıfır güclü sınaqlar standartına bağlıdır, – deyə Kotton qeyd edib. – Prezident Trampın bizə Rusiya və Çinlə bərabər şəkildə nüvə arsenalımızı inkişaf etdirmək və modernləşdirmək imkanı verməsi sevindiricidir”.
Lakin Silahlara Nəzarət Assosiasiyasının icraçı direktoru Deril Kimbel Kottonun “Rusiya və Çinin nüvə sınaqları keçirdiyi” iddialarını “əsassız və çox mübahisəli” adlandırıb.
“Trampın nüvə siyasəti ardıcıl deyil və aydın deyil: bu gün o, denuklearizasiya danışıqları çağırır, sabah isə nüvə sınaqları ilə hədələyir”, – deyə Kimbel bildirib.
Bundan əvvəl Donald Tramp Pentaqona digər ölkələrlə bərabər şərtlərlə nüvə silahı sınaqlarına başlamağı tapşırmışdı. Bu proses dərhal başlayacaq.
Eyni zamanda, ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar Çin və Rusiyanın əlini gücləndirə bilər. ABŞ sınaqlara qayıdarsa, bu addım onilliklər boyu əksər ölkələri belə addımlardan çəkindirən razılaşmanı təhlükə altına qoya bilər.
PAYLAŞIN:

Continue Reading

Previous: Sahibkarların “kartdan-karta” istəyi, çeksiz alış-veriş… – Azad sahibkarlıq necə kölgələnir?
Next: “III dünya müharibəsi kandardadır”: Analitiklər yeni qarşıdurma barədə xəbərdarlıq edir

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.