Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 4
  • Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -TƏFSİLAT

Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -TƏFSİLAT

admin 04/11/2025
RAMİZ-MM

 

Son günlər gündəmi zəbt edən “Ramiz Mehdiyev işi” bir çoxlarını, xüsusilə də media və QHT sektorunu ciddi narahat etməyə başlayıb. Nədən ki, Ramiz Mehdiyevin çətiri altında illərlə formalaşan gənclər təşkilatları, media qurumları və digər QHT-lər ifşa olunmaq qorxusunu yaşamaqdadırlar.

Lakin, dövlətə xəyanət planının tərkib hissəsinə çevrilmiş, illərlə bu planın reallaşmasına xidmət göstərmiş şəxslərin ifşa olunması nəinki zəruridir, çox vacibdir.

Bu dəfə Ramiz Mehdiyevin gənclər sektorunda, xüsusilə ali təhsil müəssisələrindəki gənclərin təşkilatlanaraq onların böyük bir şəbəkəsini əlində saxlamaq planı barədə məlumat verəcəyik.

Əvvəlcə onu qeyd etmək vacibdir ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu zaman çox nadir hallarda QHT və ya gənclər təşkilatı tədbirində iştirak edərdi. 

Amma, özünün müəllifi olduğu və gələcək planları üçün lazım olan təşkilatların yaradılması prosesində birbaşa özü iştirak edib.

Belə qurumlardan biri də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır. Təşkilatın 2009-cu il noyabr ayının 20-də keçirilən təsis konfransında Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Gənclər və İdman naziri Azad Rəhimov, onun müavini İntiqam Babayev və digər rəsmi şəxslər iştirak etmişdir.

Ramiz Mehdiyev konfransda çıxış edərək, tələbə gənclər təşkilatlarının qarşısında duran əsas vəzifələri şərh etmişdir. Qeyd etmişdir ki, bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yaradılması ilə tələbə gənclər təşkilatlarının inkişafında yeni bir mərhələ başlayır. Bu yeni qurum müxtəlif təşkilatlar arasında əlaqələndirici rolunu oynamaqla, ümumi məqsədlərə nail olmaq üçün səylərin və imkanların birləşdirilməsini təmin edəcəkdir.

Bu istiqamətdə daxil olan məlumata görə, həmin dövrdə Ramiz Mehdiyev və Elnur Aslanov cütlüyünün planı 200 minlik tələbə ordusunu bir əldə cəmləmək, “İrəli” İctimai Birliyi, Xaricdə Təhsil Alan Tələbələr və Məzunlar Birliyi ilə yanaşı, alternativ QHT-lər yaratmaq olub. Belə təşkilatlar büdcədən böyük vəsaitlər qoparmaqla yanaşı, özlərinin siyasi məqsədlərinin həyata keçirilməsi üçün zəruri olub.

Daha maraqlı məlumat isə həmin konfransda təşkilatın rəhbərliyinə kimin sədr gətirilməsidir. Hazırda  Milli Məclisin gənclər və idman komitəsinin sədri olan deputat Şahin İsmayılov uzun müddət Ramiz  Mehdiyevin xeyir-duası ilə həmin təşkilata rəhbərlik edib. Daha sonra onu parlament üzvlüyünə  qədər yüksəldə bilib.

QHT və gənclər sektorunda Şahin İsmayılovun təsir imkanlarını saxlamaq üçün, müxtəlif  vaxtlarda onu Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə həm Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə, həm də Prezident yanında Gənclər Fondunun Müşahidə Şurası üzvlüyünə daxil etdirmişdir.

Təqdim etdiyimiz fotoda Ramiz Mehdiyevin həmin konfransda çıxışı və yanındakı masada isə Şahin  İsmayılovun əyləşdiyi əks olunub. Bu fotonu əksər media resurslarından sildirməyə çalışsalar da, arxiv fotolarını tapmaq imkanımız oldu.

Xatırladaq ki, hələ 3-4 illər əvvəl mətbuatda Ramiz Mehdiyevə qarşı total hücuma başlayan İsmayılov, həm də bu hücumla özünü qorumaq istəyirdi. İnsafən keçmişə xəyanət edərək İsmayılov gələcəyi qörumuş oldu.

                    Şahin İsmayılov 

Şahin İsmayılov 14 fevral 2022-ci ildə mediaya verdiyi müsahibəsində bildirir:

“Ramiz Mehdiyev öz kiçik dünyasında oyun oynamaqda israrlıdır. AMEA-nın saytında adının qarşısına akademik sözünü qeyd edərək özünü elm adamı kimi təqdim etmək istəyən Ramiz Mehdiyev görünür nə elm adamı, nə də ziyalıdır. O, çox yaxşı bilir ki, onun administrasiya rəhbərliyində tutduğu vəzifəsindən getməsi islahatlar dalğasının ən önəmli halqalarından birini təşkil edirdi. Lakin, bundan heç bir nəticə çıxarmayan Mehdiyev ənənəvi formada fəaliyətini davam etdirir və öz kiçik dünyasında oyunlar oynamaqda israrlıdır”.

(Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/problem/171539-%C5%9Fahin-i%CC%87smay%C4%B1lov-ramiz-mehdiyev%C9%99-nec%C9%99-x%C9%99yan%C9%99t-etdi.html )

Ümid edirik ki, Ramiz Mehdiyevlə bağlı araşdırma aparan qurumlar onun gənclər, QHT, media və diaspor təşkilatlarındakı dayaqlarını tam ifşa etməklə yanaşı, onların məkrli planlarını öyrənə biləcəklər./yenixeber.org

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Şahin İsmayılov deputat olduğu Beyləqan rayonundan belə qovulmuşdur…

 https://www.youtube.com/watch?v=ayDLY27e9Nw

PAYLAŞIN:

Continue Reading

Previous: Zəfər xronikası. 4 noyabr 2020-ci il: Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
Next: Tanınmış estetik-cərrahdan KÜTLƏVİ ŞİKAYƏT – Əməliyyat etdiyi qadının burnu çürüyür? – VİDEO

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.