Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 5
  • Eldar Əzizov bir xəbərdarlıq da Mais Məmmədova elan etsəydi…

Eldar Əzizov bir xəbərdarlıq da Mais Məmmədova elan etsəydi…

admin 05/11/2025
eldar-mais

 

Məlum olduğu kimi 30 oktyabrda Bakı şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Məlumata görə, müşavirədə qış mövsümünə hazırlıq, Yeni il tədbirlərinin keçirilməsi ilə bağlı iş planı, Prezident İlham Əliyevin Azərbaycan paytaxtında həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş tapşırıqlarının icrası və şəhərin parklarında gül və yaşıllıqların dizaynı müzakirə edilib.Rayon İcra Hakimiyyətləri başçılarına Yeni ilə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib. Müşavirədə həmçinin mümkün qar yağması ilə bağlı hərtərəfli tədbirlər planı qəbul edilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bu gün dövlət qulluqçularının əksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetirir. Lakin etik pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə halları tamamilə qəbuledilməzdir. O, vurğulayıb ki, bu cür davranış dövlət qulluğu prinsiplərinə ziddir və dərhal və obyektiv şəkildə qiymətləndirilməlidir.

“Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya uğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşdüyü hallari ilə qarşılaşırıq. Qoy hamı xatırlasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir”, – deyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib.

Qeyd edək ki, məlum müşavirədən iki gün sonra, noyabrın 1-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ rayon İcra Hakimiyyətində yoxlamaların aparılması  nəticəsində rayon icra başçısının müavini Nadir Yədulla oğlu Muradovun həbs edilməsi ilə bağlı məlumatlar yayıldı.

Sonradan medianın yaydığı məlumatlarda isə qeyd edilir ki, hələ 2023-cü ilin noyabr ayında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə və bir sıra problemlərlə bağlı müşavirə keçirib. Eldar Əzizov həmin müşavirədə bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib.

Qeyd edək ki, hazırda Bakı şəhərində ən çox narazılıqların baş verdiyi rayonlardan biri, bəlkə də birincisi Suraxanı rayonudur. Hazırda Suraxanı rayonunun ərazilərində, istər Suraxanı qəsəbəsi, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış massivi, istərsə də Hövsan qəsəbəsində daş qoymağa yer yoxdu. Sadaladığımız ərazilərdə qanunsuz tikililər baş alıb gedir. Bununla bağlı sosial şəbəkələrdə və elektron mediada saysız hesabsız məlumatlar var. Bəzən bu kimi hallar mərkəzdən kənarda, bəzi hallarda isə Suraxanı rayonunun ərazilərinə cavabdeh, məsul şəxslərin gözü qarşısında baş verir. Məsələn, elə Suraxan rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovun.

Qeyd edək ki, hazırda Suraxan rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin inzibatı binasının yerləşlidiyi küçədə, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi bərbad vəziyyətdədir. Sözügedən küçədə, 43 saylı poliklinikanın sağ-solu keçilməz haldadır. Buna səbəb ərazidə aylardır aparılan tikinti işləridir. Yəni, bütün bunlar rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovun gözləri qarşısında baş verir. Ərazidə tikinti işləri aparan şirkətlə (Bu şirkətin yol verdiyi bir çox qanuna zidd əməllər başqa bir yazının mövzusudur və yaxın günlərdə ictimaiyyətə çatdıracıq.) qəsəbə sakinləri arasında yaranan mübahisəli hallardan, narazılıqlardan Mais Məmmədov xəbərdardır. Amma nədənsə Mais Məmmədov sakinlərin haqlı narazılıqlarını gözardı edir, bir tikinti şirkətinin bərbad hala saldığı yolla hər gün işə gedib-gəlir.(Fotolarda əks olunan küçə ilə)

Məlum olduğu kimi ötən il Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Prezident İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə keçmiş deputat Adil Əliyev Suraxanıda İcra başçı vəzifəsinə təyin edilib. Mais Məmmədov isə artıq 30 ilə yaxındır ki, sözügedən vəzifənin başındadır. O, hələ Hacıbala Abutalıbovun 1995-2000-ci illərdə Suraxanı rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dönəmlərdən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışır. Mais Məmmədov 2005-2019-cu illərdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş İlqar Abbasovla da yüksək səviyyədə işbirliyi həyata keçiriblər. 12 noyabr 2019-cu il tarixdən 8 iyul 2024-cü il tarixə qədər  Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş Əziz Əzizovla da işləyib. Son bir ildir bu siyasəti Adil Əliyevlə uğurla davam etdirir.

Artıq 30 ilə yaxın bir müddət ərzində Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən Mais Məmmədovun fəaliyyəti də göz qabağındadır. Onun tutduğu vəzifə hesabına əldə etdikləri imkanlar barədə dövrü mətbuatda çox yazılıb. Yayılan informasiyalara görə, rayonun ayrı-ayrı qəsəbə və ərazilərində biznes obyektləri tikdirib.Bir restoranı da elə rəhbəri olduğu qurumun yaxınlığındakı parkın içində yerləşir. Mais Məmmədovun bunları hansı yollarla əldə etdiyinə gəlincə. Təbii ki, rayon ərazisində təmir-tikinti, abadlıq və digər işlərin görülməsi üçün büdcədən ayrılmış dövlət vəsaitlərinin silinməsi hesabına.

Məsələn elə 20.12.2024-cü ildə abadlıq işləri üzrə avadanlıqların alınması üzrə keçirdiyi açıq tenderdə İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 222.562,36 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Hansı ki,  “İnpeks.N” MMC həm riskli vergi ödəyicisidir, həm də külli miqdarda verği borcu var və qanunla satınalmalarda iştirakına yol verilməməlidir. Amma Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi satınalmanın təşkili zamanı “İnpeks.N” MMC-nin tenderdə iştirakına yol verib. Çünki şirkət rəhbərliyi ilə Mais Məmmədovun uzun müddətli işbirliyi olub və 25.05.2017-ci ildən 30.12.2019 -cu ilə qədər ehtiyat hissələrinin alınmasından tutmuş, təsərrüfat mallarının, abadlıq işləri üzrə avadanlıqların satın alınması, asfalt örtüyü işlərinin görülməsi, mənzil fondunun təmir işləri, xüsusi geyimlər alınması, ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin mal-material və xususi geyimlərlə təmin edilməsinin satınalınmasına qədər ümumi dəyəri 3 656  601 manat olan 22 satınalma müqavilələri bağlayıblar. Bu vəsaitlərin çoxu isə Mais Məmmədovun şəxsi biznesinə yatırılıb.

Yuxarıda qeyd etdiyimiz kimi, artıq 30 ildir bir vəzifənin başında oturan Mais Məmmədovun fəaliyyəti göz qabağındadır. Sizə təqdim etdiyimiz fotolarda da hər şey göz qabağındadı. Bütün bunları Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görür. Bütün bu göz qabağında olan əməllərinə görə Eldar Əzizov bir xəbərdarlıq da Mais Məmmədova elan etsədi, nə olardı?

 

Aktualinfo.net

Məqaləyə dair fotomateriallar:

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Next: “Rusiyada vətəndaş müharibəsi başlaya bilər” – Kremlin baş sosioloqu həyəcan təbili çalır

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.