Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 5
  • “Rusiyanın Çindən asılılığı daha da artır” – Ekspert Pekində imzalanan kommünikeni şərh etdi

“Rusiyanın Çindən asılılığı daha da artır” – Ekspert Pekində imzalanan kommünikeni şərh etdi

admin 05/11/2025
cin-rusiya

 

Rusiyanın Baş naziri Mixail Mişustin 4 noyabrda Pekində Çin lideri Si Cinpinlə birgə kommünike imzalayıb. Sənədə əsasən, Rusiya və Çin bütün sahələrdə əməkdaşlığı genişləndirməyə və xarici çağırışlara müvafiq cavab verməyə davam edəcəklər.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə Çindən asılılığı daha da artır. O qeyd edir ki, Rusiya Qərbə sata bilmədiyi yeraltı sərvətləri Çinə satır, Qərbdən ala bilmədiyi texnologiyaları isə Çindən əldə edir.

Ekspertin fikrincə, imzalanan sənəddə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən bəndlər yer alsa da, onların əksəriyyəti əvvəlki razılaşmaların təkrarı xarakteri daşıyır: “Rusiya və Çin İkinci Dünya Müharibəsinin nəticələrinin təftişinə və tarixinin saxtalaşdırılmasına qarşı birgə mübarizə aparacaqlarını bildiriblər. Həmçinin Rusiya bir daha Tayvanın ‘vahid Çin’ prinsipinə daxil olduğunu təsdiqləyib. Halbuki, Moskva bu mövqeyi illərdir dəstəkləyir. Görünür, Kreml bu bəndin sənəddə yer almasına razılıq verib ki, Pekin də Rusiyanın təhlükəsizliyi və suverenliyinin təmin edilməsinə dəstək ifadə edən bəndi sənədə salsın.”

E.Şahinoğlu hesab edir ki, Çin bu “təhlükəsizlik” bəndi ilə dolayısı yolla Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmiş olur, halbuki Pekin artıq bu müharibənin uzanmasından narahatdır, çünki bu, onun iqtisadi maraqlarına mənfi təsir göstərir.

Ekspert əlavə edib ki, sənəddə Rusiyanın və Çinin beynəlxalq təşkilatlarda fəaliyyətlərini “siyasiləşdirməyə qarşı” əməkdaşlığı davam etdirmək barədə razılıq da yeni deyil: “Rusiya və Çin BMT, BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində uzun illərdir eyni mövqedən çıxış edirlər. Yeni sənəddə bu əməkdaşlığın gücləndirilməsinin vurğulanması sadəcə formal xarakter daşıyır.”

Onun sözlərinə görə, sənəddə diqqət çəkən yeganə yenilik Arktikada sülh və sabitliyin təşviqi, kosmik fəaliyyətlər, Ay stansiyasının tikintisi və tədqiqat missiyalarının əlaqələndirilməsi barədə bəndlərdir. Rusiya və Çin son illərdə Arktikanın enerji resurslarına xüsusi maraq göstərirlər.

E.Şahinoğlu xatırladıb ki, Mişustinin Pekin səfəri Çin lideri Si Cinpinin ABŞ Prezidenti Donald Trampla görüşündən az sonra baş tutub: “Kreml, görünür, Pekinin Vaşinqtonla yaxınlaşmasından narahatdır. Buna görə də Mişustinin səfəri və imzalanan kommünike ilə Çinin dəstəyini təsdiqləməyə çalışır. Lakin Çin Rusiyaya iri həcmli sərmayələr yatırmaqdan çəkinir, çünki ABŞ sanksiyalarının təsirindən ehtiyat edir.”

Politoloq əlavə edib ki, ABŞ-ın Rusiyanın iki böyük neft şirkətinə qarşı yeni sanksiyalar tətbiqindən sonra Çinin bəzi neft emalı zavodları artıq Rusiya neftinin alışını azaltmağa başlayıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib
Next: Çempionlar Liqası: “Qarabağ” “Çelsi” ilə oyunda növbəti xalını qazanıb

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.