Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 6
  • Gələn il kütləvi ixtisarlar gözlənilir – Hökumətin qarşısında çox ciddi çağırışlar dayanır

Gələn il kütləvi ixtisarlar gözlənilir – Hökumətin qarşısında çox ciddi çağırışlar dayanır

admin 06/11/2025
ixtisar

 

Azərbayanda pandemiya dövründə əhalinin məşğulluğunun təmin olunması məqsədi ilə yaradılan iş yerlərinin əksəriyyəti ixtisar olunub.

Apardığımız araşdırmaya görə, bu iş yerləri kommunal sektorda və bir sıra dövlət qurumlarında yaradılmışdı. Bu sırada Bakı və digər iri şəhərlərdə təsərrüfat hesablı qurumlar daha çox işçi qəbul etmişdi. Ümumilikdə 25 min nəfərə yaxın olan bu kateqoriyaya daxil olan vətəndaşların əksəriyyəti minimum əməkhaqqı – 400 manat məbləğində müxtəlif sosial işlərə cəlb olunmuşdular.

2025-ci ilin dövlət büdcəsində maliyyə kəsintilərinə görə onların əhəmiyyətli hissəsi artıq ixtisar edilib. “Azəriqaz” QSC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Təmiz Şəhər” ASC, Dövlət Baytarlıq Xidməti və s. qurumlar yeni əməkdaşlarla vidalaşıb.

Əldə etdiyimiz məlumata görə, 2026-cı ildə ixtisarların yeni dalğası başlayacaq. Bu, Maliyyə Nazirliyinin hökumət qarşısında qaldırdığı məsələlərdən biridir. Nazirliyin apardığı araşdırmalardan sonra büdcə təşkilatlarında xeyli sayda gərəksiz ştatların dairəsi müyyən edilib və onların ləğv edilməsi tövsiyə olunub. Mənbə bildirir ki, gələn ilki büdcə maliyyələşməsində bu məsələlər nəzərə alınıb və xərclər optimallaşdırılıb. Nazirliyin büdcəyə qənaət, xərclərdə şəffaflığın və nəzarətin təmin olunması məqsədi ilə elan etdiyi “təmizlənmə” büdcə təşkilatlarında çalışanların 20 faizə qədərini əhatə edə bilər. Gözlənilir ki, ilin əvvəlindən başlayaraq dövlət qurumlarında ixtisarlar başlayacaq.

Məlumdur ki, 2026-cı ildən özəl sektorda çalışanların əməkhaqlarından gəlir vergisi tutulacaq. İqtisadiyyat Nazirliyinin tövsiyəsi ilə güzəştlər dayandırılıb və gələn ilin büdcəsinə bu istiqamətdən əlavə 400 milyon manatın daxil olması proqnozlaşdırılır. Hökumətin bu qərarı özəl sektorda yeni büdcə planlaşdırılmasına rəvac verib. Belə ki, şirkətlər artan xərclərini kompensasiya etmək üçün planlar qurur, xərclərin optimallaşdırılması və gələcək sərmayələrin dəyərləndirilməsi proesi aparılır. Tədbirlər sırasında işçilərin ixtisara salınması hesabına maliyyə yükünün azaldılması əsas hədəflərdən biridir.

Beləliklə, həm dövlət, həm də özəl sektorda ixtisarlar qaçılmazdır, ötən il minlərlə vətəndaşın artıq işini itirdiyini nəzərə alsaq, hökumətin qarşısında çox ciddi çağırışlar dayanır. 2026-cı ildə işsizliyin cilovlanması, mövcud iş yerlərinin qorunması prioritetdir. Bu istiqamətdə hansı planlar var, iqtisadiyyata cavdeh qurumların rəhbərləri parlamentdəki büdcə təqdimatlarında ona aydınlıq gətirmədilər.

Onu da qeyd edək ki, xaricdən göndərilən vəsaitlərin kəskin azalması, qiymətlərin durmadan bahalaşması ölkədə əhalinin sosial vəziyyətini çətinləşdirir. İşini itirən vətəndaşların sayının artması isə bu mənzərəni daha da tündləşdirir. Ona görə də hökumət strukturları daxili investisyaları artırmalı, iş yerlərinin yaradılmasını stimullaşdıran layihələr həyata keçirməlidir. Əlbəttə, dövlət sektorunda ənənəvi iş yeri yaratmaq, bir qrup vətəndaşa minimum əməkhaqqı verib, bir ildən sonra onları bayıra atmaq çıxış yolu deyil. Dayanıqlı iş yerləri dövlətin dəstəklədiyi və qorudğu sahibkarlıq subyektlərində formalaşa bilər. Ona görə biznesi müxtəlif dövlət qurumlarının təzyiqindən qorumaq, onların dövlətin maliyyə resurslarına çıxışını sadələşdirmək və əlverişli mühit yaratmaq çox vacibdir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Vətəndaşların nəzərinə: Pensiya kapitalı bu qədər artacaq
Next: Varlılar üçün “vergi cənnəti” – Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.