Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 6
  • Zəngəzur dəhlizi: Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Zəngəzur dəhlizi: Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

admin 06/11/2025
z-zur-d

 

Dəmir yolu xətləri, avtomobil yolu, dərin keçidlər və körpülər… Zəngilanda qarşılaşdığımız mənzərə Naxçıvana heç bir maneə olmadan gedib-gəlmək hədəfimizin reallaşmasına çox yaxın olduğumuza əminlik yaradır. Vaxtilə yalnız arzu kimi görünən bütün bunlar bu gün gözümüzün önündə reallaşır: Horadizdən başlayaraq, Cəbrayıla və Zəngilana uzanan, nəhayət Ağbəndə çatan avtomobil yolu bizi Mehriyə, oradan da Naxçıvana aparacaq yoldur. Və eynilə dəmir yolu xətti ilə də səfər etmək imkanına malik olacağıq. Bu, üfüqdə aydın görünən reallıqdır.

Zəngilanda gördüklərimizdən sonra əminliklə deyə bilərik: vaxtilə yalnız arzu kimi görünən, bu gün isə həyatın qayıtdığı torpaqlarımızın azad olunması kimi, Naxçıvana heç bir maneə olmadan yerüstü səyahət edə biləcəyimiz diləyi də tezliklə gerçəkləşəcək. Tarixi torpaqlarımız olan Qərbi Zəngəzurdan – Mehridən keçməklə Naxçıvana avtomobillə getmək ideyası ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülüb və 80-ci illərdə buna nail olmaq üçün mərkəzi hakimiyyəti – Moskvanı razı salmaq istiqamətində işlər də görülüb. Lakin ermənilərin Moskvaya təsiri nəticəsində bu ideya olaraq qaldı. Ulu öndər isə Azərbaycanda hakimiyyətə qayıdandan sonra torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, Naxçıvanın blokadadan çıxarılması uğrunda da mübarizəsini davam etdirdi. Hətta Ermənistanla danışıqlar masasında da bu gün gerçəkləşən Zəngəzur dəhlizi məsələsi müzakirə mövzularından biri olub. Təkcə Azərbaycanın yox, bütövlükdə bu coğrafiyanın qədərini dəyişdirən ideyanı gerçəkliyə çevirən lider məhz o oldu: Prezident İlham Əliyev.

İlham Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi layihəsi özündə çoxsaylı nəticələri əks etdirir.

– Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirir, beləliklə, muxtar respublikanın blokadasına son qoyulur;

– Azərbaycan və Türkiyə arasında quru əlaqəsi yaradılır;

– Türkiyədən başlayaraq, Mərkəzi Asiyaya qədər uzanan türk dünyasında coğrafi parçalanma aradan qalxır;

– Bütün region dövlətləri – Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İran, eləcə də regiondankənar ölkələr – Çin, Avropa İttifaqı, ABŞ üçün iqtisadi-lojistik dividentlər əldə etmək imkanı yaranır;

Bu ideya istiqamətində ilk addımların 2009-cu ildə atıldığı görünür. Türk Şurasının (TDT-nin əvvəlki adı) 2019-cu ildə keçirilən Bakı zirvəsində Prezident İlham Əliyev bəyan etdi ki, “Zəngəzur bölgəsinin Azərbaycandan alınaraq, Ermənistana verilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı”. Bu zaman aydın oldu ki, 9 il öncə – 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının məhz Naxçıvanda təsis edilməsindəki əsas hədəflərdən biri də məhz bu coğrafi parçalanmanı aradan qaldırmaq – Zəngəzur dəhlizini reallaşdırmaqdır.

2020-ci il Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan lideri Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr üçtərəfli razılaşmaya Naxçıvana maneəsiz keçidin açılmasını daxil etməklə Zəngəzur dəhlizi layihəsini rəsmiləşdirdi. Artıq müharibə bitmiş, diplomatik masada döyüş başlanmışdı. Döyüş meydanında Zəfər qazanan Prezident İlham Əliyev diplomatik masada da buna nail oldu və Zəngəzur dəhlizi ətrafında baş verən diplomatik döyüşdən – geosiyasi mübarizədən Azərbaycanı qalib çıxardı.

2020-ci ildə Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizinin açılması öhdəliyini götürən Ermənistan 2025-ci ilə qədər buna əməl etməmək üçün əlindən gələni edirdi. Rusiya ilə geosiyasi mübarizənin Cənubi Qafqaz cəbhəsini kəskinləşdirməyə çalışan Qərb ölkələri də bu məsələdə rəsmi İrəvana açıq dəstək verirdi.

– Avropada siyasi elita, xüsusilə erməni diasporu/lobbisinin təsirində olan siyasətçilər Ermənistanın öhdəliyindən yayınmasını dəstəkləyirdi;

– ABŞ-də Bayden-Blinken administrasiyası Cənubi Qafqazda kommunikasiyanın açılmasına Ermənistanın maraqları kontekstində yanaşırdı;

– Həm Bayden administrasiyası, həm də Avropa elitası 10 noyabr razılaşmasına əsasən Zəngəzur dəhlizində təhlükəsizliyin Rusiya tərəfindən təmin edilməsi ideyasına qarşı çıxaraq, vahid mövqedən çıxış edir, Ermənistan da bu situasiyadan istifadə edərək, Naxçıvana maneəsiz keçidi təmin etməkdən yayınırdı;

Lakin Prezident İlham Əliyev bütün bu geosiyasi oyunları pozmağı bacardı və Vaşinqton görüşündə tarixi nailiyyətlərə imza atdı. Avqustun 8-də Ağ Evdə görüşən Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzaladı. Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi – Zəngəzur dəhlizi ilə bağlı konkret qeydlər yer alır.

– “Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı” dəstəklənir;

– “Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ-la və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflərlə əməkdaşlıq edəcəkdir”: burada “üçüncü tərəf” Azərbaycandır;

Bu razılaşma ilə Zəngəzur dəhlizinin açılması reallaşır. Vaşinqton razılaşmasına əsasən, Azərbaycanın əsas hissəsinin Naxçıvanla maneəsiz bağlantısını təmin edəcək yol TRIPP adlandırılır, hərçənd, bunun Zəngəzur dəhlizi olduğu məlumdur. Dəyişən heç nə yoxdur: TRİPP, yaxud Zəngəzur dəhlizi, hər iki halda Naxçıvana maneəsiz keçid təmin olunur.

Zəngəzur dəhlizini siyasi müstəvidə reallaşdıran Azərbaycan layihənin praktiki müstəvidə icrası istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Dəhlizin Azərbaycan hissəsində tikinti işlərə 44 günlük müharibədə dərhal sonra – 2021-ci ildə start verilib.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın 2021-ci il oktyabrın 26-da təməlini atdığı Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Zəngəzur dəhlizinin əsas hissələrindən biridir. Hazırda inşası davam edən yol 123,6 kilometrdir: 78,5 kilometrlik hissəsi alt hərəkət zolağından, 45,1 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5–29,5 metr arasında dəyişir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, layihə çərçivəsində 8 qovşaq, 44 alt keçid, 5 üst keçid, eləcə də müxtəlif diametrli 314 suötürücü qurğu və ümumi uzunluğu 12 kilometr olan 3 tunel inşa edilir. Hazırda tunellərin qazma işləri başa çatdırılıb, asfalt-beton örtüyü üzrə isə son mərhələdə işlər aparılır. Layihə üzrə nəzərdə tutulan 24 körpünün 23-nün tikintisi tamamlanıb. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun 2026-cı ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Azərbaycanın Zəngəzur dəhlizinin fəaliyyətinin təmin edilməsi istiqamətində həyata keçirdiyi işlər davam edir:

– Ələt-Osmanlı: dəmiryolu cütxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 60 kilometrdir. Tikinti-quraşdırma işlərinə 2024-cü ildə başlanılıb və 2027-ci ildə yekunlaşdırılması nəzərdə tutulur. Hazırda tikinti-quraşdırma işlərinin 30 faizi yerinə yetirilib. İllik buraxılış qabiliyyəti 40 milyon ton təşkil edəcək.
– Osmanlı-Horadiz: dəmiryolu xətti təkxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 143 kilometrdir. Tikinti işləri 2025-2028-ci illərdə həyata keçiriləcək. İllik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.
– Horadiz-Ağbənd: dəmiryolu xətti təkxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 110,4 kilometrdir. Tikinti işləri 2021-2026-cı illər ərzində tamamlanacaq. Hazırda tikinti-quraşdırma işlərinin 68 faizi həyata keçirilir. İllik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.
– Naxçıvan (Salamməlik-Sədərək): dəmiryolu xətti təkxətlidir və elektrikləşdirilməyib. Marşrutun uzunluğu 188 kilometrdir. Tikinti işlərinə 2025-ci ildə başlanılacaq və 2028-ci ildə yekunlaşdırılacaq. İllik buraxılış qabiliyyəti 15 milyon ton təşkil edəcək.

Zəngəzur dəhlizinin ümumi uzunluğu 149,9 kilometrdir. Bunun 123,6 kilometri, yəni 95 faizi tamamlanıb.

Dəhlizin Ermənistan ərazisindən keçən 43 kilometrlik hissəsində isə layihələndirmə və tikinti işlərinə başlanılmayıb. Son məlumatlara görə, ABŞ nümayəndələri ilə Ermənistan rəsmiləri bu məsələnin üzərinə işləyir. Prezident İlham Əliyev isə Zəngəzur dəhlizinin 2028-ci ildə açıla biləcəyini bəyan edib.

“Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”, – dövlət başçısı vurğulayıb.

Zəngəzur dəhlizinin praktiki müstəvidə işə düşməsindən sonra:

– Cənubi Qafqaz Avrasiyanın nəqliyyat şəbəkəsində əsas hablardan birinə çevriləcək: Orta dəhlizin perspektivləri güclənəcək;

– Ermənistan regional kommunikasiyanın açılması ilə “dalan ölkə” olmaqdan çıxacaq, eyni zamanda, Şərq və Qərb, eləcə də Şimal və Cənub istiqamətində yeni çıxış imkanları qazanacaq;

– Region ölkələri – Rusiya və İran bu layihədən istifadə etməklə həm regional kommunikasiyada, həm də Avrasiyanın nəqliyyat şəbəkəsində iştirakçılıq imkanları artıra bilərlər;

– Türkiyə bu layihə vasitəsilə Cənubi Qafqazda və Mərkəzi Asiyada mövqelərin gücləndirə bilər;

– ABŞ və Avropa ölkələrinin Asiya bazarına, Çinin isə Avropa bazarına çıxış imkanları genişlənə bilər;

Gördünüyü kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün siyasi və iqtisadi-lojistik üstünlük qazandırmır, ümumilikdə region və regiondankənar qüvvələrə də yeni imkanlar açır. Tarixi ideyanı gerçəkliyə çevirən Prezident İlham Əliyev bu nailiyyəti ilə böyük bir coğrafiyanın gələcək inkişafını müəyyənləşdirdi.

Müəllif: Asif Nərimanlı

PAYLAŞIN:

Continue Reading

Previous: “Qarabağ” ingilislərə ŞOU GÖSTƏRDİ – Dünya bizdən DANIŞIR
Next: İşləməyən şəxs icbari tibbi sığortanı necə ödəyəcək? – Ödəməsələr cəriməsi var

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.