Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 7
  • Millət vəkili Vergi Məcəlləsində dəyişiklikləri tənqid etdi – “İxtisarlara səbəb olacaq…”

Millət vəkili Vergi Məcəlləsində dəyişiklikləri tənqid etdi – “İxtisarlara səbəb olacaq…”

admin 07/11/2025
d38f8406-42cf-4ae1-b052-081a8679d4ce (1)

 

Əli Məsimli: “Bu sistemin normal işləməsi üçün 14 faizlik vergi dərəcəsi yüksək idi, 10 faiz də yüksəkdir”

“Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. Bu mərhələnin hədəflərinə dolğun şəkildə çatmaqdan ötrü zəruri olan şərtlər içərisində iqtisadi artım templərinin sürətləndirilməsi və artımın keyfiyyətinin yüksəldilməsi xüsusi yer tutur. Artım templərinin sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi isə digər şərtlərlə yanaşı, vergi sisteminin yaşadığımız hazırkı mərhələnin tələblərinə uyğun şəkildə təkmilləşdirilməsini zəruri edib. Bu zaman vergilərin fiskal, tənzimləyici və stimullaşdırıcı funksiyalarının effektiv kombinasiyasına nail olunması mühüm əhəmiyyət kəsb edir”.

“AzPolitika” bildirir ki, bunu iqtisadçı, millət vəkili Əli Məsimli Vergi Məcəlləsində nəzərdə tutulan növbəti dəyişiklikləri şərh edərkən deyib.

O, xatırladıb ki, Vergi Məcəlləsində 45 əsas maddə üzrə 145 dəyişiklik nəzərdə tutulur və onlar 3 bloka bölünüb: “Birinci blok sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması adlanır. Burada ölkəmizdə istehsal olunan minik avtomobillərinin satışının ƏDV-dən azad edilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi təklif olunur. Yerli istehsalın dəstəklənməsi məqsədilə ölkə ərazisində istehsal olunan yük avtomobillərinin satışının və onların ehtiyat hissələrinin idxalında güzəştlərin tətbiqi nəzərdə tutulur. Ölkədə istehsal olunan yük avtomobillərinin satışının və onların ehtiyat hissələrinin ƏDV-dən azad olunması planlaşdırılır”.

İqtisadçı bildirib ki, ikinci blok vergi daxilolmalarının və büdcə gəlirlərinin tənzimlənməsi adlanır. Onun sözlərinə görə, burada neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulması güzəştinin ləğv olunması və həmin sektorun mərhələlərlə artan nisbətdə vergiyə cəlb olunması nəzərdə tutulur: “Məlumdur ki, qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manata qədər aylıq gəlirlərindən 2019-cu il yanvarın 1-dən 7 il müddətində vergi tutulmurdu. 2026-cı ilin yanvar ayından etibarən Azərbaycanda gəlir vergisi üzrə tətbiq edilən həmin güzəştlərin müddəti başa çatır.

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 5 faiz, 2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz vergi tutulacaq.

Əməkhaqqısı 8000 manata qədər olan şəxslərin gəlir vergisindən azad edilməsi yüz minlərlə əlavə əmək müqaviləsinin bağlanmasında mühüm rol oynayıb. Gələn ildən bu yöndə əks proses başlaya bilər. Əməkhaqqısı 8000 manata qədər olan şəxslərin gəlir vergisinə cəlb edilməsi nəticəsində müqaviləsiz işləməyə üstünlük verənlərin, yəni qeyri-rəsmi işçilərin sayı arta bilər. Bu dəyişiklik sahibkarlara da təsir göstərəcək və işçilərin ixtisarı prosesi baş verə bilər”.

Ə.Məsimli bildirib ki, üçüncü blok vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizə adlanır:“Bu blokun adı çox aktual olsa da, eləcə də dəyişikliklərdə nəzərdə tutulanlar vacib olsa da, Azərbaycandakı kölgə iqtisadiyyatının miqyası fonunda bunlar çox kiçik elementlərdir. Kölgə iqtisadiyyatını daraltmaq, labüd və mümkün olan hissəsini leqallaşdırmaq üçün daha geniş miqyaslı tədbirlər həyata keçirilməlidir”.

Millət vəkili qeyd edib ki, burada fiziki şəxslərin kirayə haqqı gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi təklif olunur. Onun sözlərinə görə, kirayə üzrə vergi dərəcəsinin 4 faiz bəndi aşağı salınmaqla tətbiq edilməsi kirayə üzrə qeydiyyatı bir qədər artıra bilər, amma tamamilə yox, yalnız müəyyən qədər: “Bu sistemin normal işləməsi üçün 14 faizlik vergi dərəcəsi yüksək idi, 10 faiz də yüksəkdir. Fiziki şəxslərin kirayə haqqı gəlirləri üzrə 14 faizlik vergi dərəcəsinin tətbiqi işləmirdi. İndiki 14 faizlə yeni təklif olunan 10 faizlik vergi dərəcəsi arasında elə bir fərq olmadığından, 10 faizlik vergi dərəcəsi də geniş miqyasda işləməyəcək. Çünki burada prosedur xərcləri, “Forma 2” almaq üçün xərclər və digər xərclər də var. Ona görə də fiziki şəxslərin kirayə haqqı gəlirləri üzrə 3-5 faizlik vergi dərəcəsi tətbiq olunsa, belə bir variantın işləmə dairəsi xeyli genişlənər. Vergi dərəcəsi 3-5 faizə salınsa, bu, vətəndaşlarda sözügedən sahədə vergi ödəmə vərdişini gücləndirə bilər. Ona görə də bu sahədə vergi dərəcəsinin aşağı salınması vacibdir”.

İqtisadçı vurğulayıb ki, bütün bunlarla yanaşı, sadələşdirilmiş vergi sistemində vergi dərəcələrinin optimallaşdırılmasını, eləcə də vergidən azad olan hissənin 200 min manatdan 400 min manata qaldırılmasını təkcə nəqdsiz hesablaşmalara aid etməklə məhdudlaşdırmaq yox, bütövlükdə tətbiqini vacib hesab edir: “Eyni zamanda həm də bu limiti 400 min manatla məhdudlaşdırmayıb, bu sahədəki məlum sui-istifadə hallarına qarşı etibarlı mexanizm tətbiq etməklə, məbləğin mərhələlərlə yenidən qaldırılması məqsədəuyğun olar”, – o qeyd edib.

Əli Məsimli xatırladıb ki, hazırda Azərbaycanda aylıq gəlirin 200 manata qədəri vergiyə cəlb olunmur: “Bu rəqəm bəlkə də nə vaxtsa müəyyən qədər əhəmiyyətli olub, amma indi çox aşağı bir məbləğdir. Fikrimizcə, bu qayda dəyişdirilməli, mərhələli şəkildə minimum əmək haqqından vergi tutulmaması prinsipi tətbiq edilməlidir. Vergidən azad edilən məbləğ 200 manat yox, hazırda 400 manata bərabər olan minimum əməkhaqqı məbləği olmalıdır. Zənnimizcə, beynəlxalq praktikada çox tətbiq olunan bu qaydanın bizdə də tətbiqi ədalətli olar”.

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
Next: TRAMP ƏLƏKBƏROVUN “YOLUNU BAĞLADI” – “Gunvor Group” da geri çəkildi

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.