Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 7
  • Özəlləşdirmə “çek”ləri yenə gündəmdə

Özəlləşdirmə “çek”ləri yenə gündəmdə

admin 07/11/2025
çek

Postsovet ölkələrində məsələ çoxdan həllini tapıb; ekspertlərə görə, Azərbaycanda bu məsələnin həlli real görünmür

1996-cı ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Zaman-zaman özəlləşdirmə payları (çekləri) ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə müraciətlər edirlər. Ancaq problem həllini tapmayıb. Təxminən 1 milyona yaxın insan bu çekləri dəyərləndirə bilməyib.

Deputat Elman Nəsirov da Ayna.az-a deyib ki, özəlləşdirmə çekləri ilə bağlı problem qalmaqdadır. Onun sözlərinə görə, əvvəlki illərdə vətəndaşlardan oxşar müraciətlər edilib: “Xatirimdədir ki, vətəndaşların müraciəti ilə bağlı aidiyyəti orqanlara ünvanlanan müraciəti imzalayanlardan olmuşam. Təəssüf ki, hələlik özəlləşdirmə çekləri ilə bağlı hansısa qərar verilməyib. Görünür, ya məsələ araşdırılma mərhələsindədir, ya da hansısa çatışmazlıq var”.

Onun fikrincə, əlində çeki qalmış vətəndaşların bundan yararlana bilməsi lazımdır: “Bu məsələnin hansısa formada həlli vacibdir. Aidiyyəti dövlət orqanları araşdırma aparmalı, yekun qərar verməlidir. İndi Milli Məclisdə gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr gedir. Komitə müzakirəsi zamanı fürsət düşərsə, vətəndaşların müraciətini aidiyyəti hökumət nümayəndələrinin diqqətinə çatdıracağam”.

Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə  fəxr edirik - AZƏRTAC

 Aydın Hüseynov 

Deputat Aydın Hüseynov da bildirib ki, çeklərindən istifadə etməyən vətəndaşların haqqı tanınmalıdır. Onun həmkarı Elman Məmmədov da qeyd edib ki, hökumət hüququ pozulan insanların hüquqlarının bərpasını təmin etməlidir. Deputat Tahir Rzayev isə qeyd edib ki, bu problemə birdəfəlik nöqtə qoyulması vacibdir: “Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. Təbii ki, zamanında çeklərindən faydalanan insanlar oldu. Əksəriyyət isə özəlləşdirmə çeklərini “qara bazar”da satdı və bu çekləri alan şəxslər qiymətləndirmə əsasında müəyyən sexləri, zavodları özəlləşdirdilər”.

Bu çeklər həllini tapsa, onun qiymətləndirməsi necə olacaq? Axı üzərindən illər keçib, manatın dəyərində dəyişikliklər olub, o zaman bir çekin məbləği nə qədər hesablana bilər?

Hüquqşünaslara görə, özəlləşdirmə çekləri dövlət tərəfindən verilmiş mülkiyyət sənədi hesab olunur və konstitusiyanın 29-cu maddəsinə əsasən, vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən qorunmalıdır. Çeklərin dövriyyədən çıxarılması zamanı hər hansı kompensasiya və ya əvəz mexanizminin təqdim edilməməsi, hüquqşünasların fikrincə, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilər. Bu baxımdan, dövlətin məsuliyyəti yalnız iqtisadi deyil, həm də hüquqi və sosial xarakter daşıyır.

Əgər hökumət bu məsələni yenidən gündəmə gətirərsə, əsas sual çeklərin dəyərinin necə müəyyən ediləcəyi ilə bağlı olmalıdır. 1996-cı ildə bir özəlləşdirmə çeki təxminən 11 min köhnə manat, yəni 2,2 yeni manat nominal dəyərinə malik idi. O vaxtdan bəri manatın dəyəri dəyişib, inflyasiya və iqtisadi artım tempi də fərqlənib. Müxtəlif iqtisadi modellər əsasında aparılan təxmini hesablamalar göstərir ki, bu gün bir çeki 50-100 manat aralığında qiymətləndirmək olar. Beləliklə, bir vətəndaşın dörd çek üçün təxminən 200-400 manat dəyərində kompensasiya ala bilməsi mümkün görünür. Bu, rəsmi hesablamadan çox iqtisadi əsaslandırmaya söykənən qiymətləndirmədir və dövlət qərarı qəbul edilərsə, daha dəqiq inflyasiya indeksləri ilə hesablanmalıdır.

Dünya təcrübəsinə baxdıqda, postsovet ölkələrinin əksəriyyətində oxşar problemlər müxtəlif formalarda həll edilib. Çexiyada vətəndaşların çekləri səhmlərə çevrilib və onlar real mülkiyyət payı əldə ediblər. Rusiyada çeklərin bir hissəsi qara bazarda satılsa da, sonradan dövlət müəyyən kompensasiya proqramları həyata keçirib. Gürcüstanda vaxtı keçmiş çeklər üçün kompensasiya mexanizmi yaradılıb, Baltik ölkələrində isə vauçerlər dövlət istiqrazlarına çevrilib. Bu ölkələrin təcrübəsi göstərir ki, əsas məqsəd vətəndaşın mülkiyyət hüququnu tanımaq və onun itkilərini müəyyən qədər kompensasiya etməkdir.

Mütəxəssislər Azərbaycan üçün bir neçə real həll variantı irəli sürür. Bunlardan biri çeklərə görə simvolik pul kompensasiyasının ödənilməsi, digəri isə dövlət müəssisələrində vətəndaşlara kiçik səhmdar paylarının verilməsi ola bilər. Həmçinin çeklərin dövlət istiqrazlarına çevrilməsi və ya sosial layihələrdə vətəndaş payı kimi istifadə edilməsi kimi alternativlər də təklif oluna bilər.

Maşınım 7 saatdır ofisin qarşısında olduğu halda cərimə gəlib” — Natiq  Cəfərli

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı deyib ki, özəlləşmə çekləri ilə bağlı hər hansı qərarın veriləcəyini düşünmür: “Belə bir ehtimal çox aşağıdır. Çünki onların dövriyyədə olan müddəti çoxdan bitib. Onların dövriyyəyə yenidən qaytarılması mexanizminin Milli Məclis, ya Nazirlər Kabineti tərəfindən qərarın veriləcəyini, açığı, düşünmürəm. Düzdür, insanları narahat edən məsələdir, anlayıram. Amma onun həlli yolları ilə bağlı hökumət tərəfindən addım atılacağını da söyləmək çətindir”.

İqtisadçı-ekspert Akif Nəsirli: "Hökumət iqtisadiyyata nadir hallarda  qarışmalıdır" - MÜSAHİBƏ - VİDEO

Akif Nəsirli

İqtısadçı Akif Nəsirli də mövzu ilə bağl fikrini bölüşüb: “Əlində çek olan insanların hissləri ilə oynamaq bəzi məmurların, deputatların mərəzinə çevrilib. 1996-cı ildə həmin çeklər buraxılanda müəyyən olunmuşdu ki, bu çeklər 3 il müddətində dövriyyədə olacaq. 3 olmadı, 5 il dövriyyədə oldu. Bu, uğursuz bir layihə kimi dəyərləndirildi. Keçmiş postsovet məkanında bu çeklərlə özəlləşdirilmə heç bir yerdə uğurlu olmadı. Ən uğurlu olanı Baltikyanı ölkələrdə oldu, orada da vətəndaşlar narazılıq edirdi. Yəni 2011-ci ilə qədər bu proses oldu və bitdi. Ona görə bu barədə mülahizələr yürütmək, hansısa izahatlar vermək artıqdır. Həmin insanlar üçün şərait yaradılmışdı. Qanunvericilikdə nəzərdə tutulmuşdu 3 il olsun, amma bu çeklər beş il dövriyyədə qaldı,  dövriyyədə qaldıqca da öz dəyərini itirdi. Son vaxtlarda 3-5 manata həmin çeklər satılırdı. Bitmiş məsələni müzakirə etmək lüzumsuzdur”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: “Binə”də nə baş verir? – İkiqat kommunal ödəniş etiraz yaratdı
Next: Azərbaycandakı siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.